Türk dillərinin tədqiqinə dair yeni kitab

 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın "İnfinitivı i imena deystviya v tyarkskix yazıkax" ("Türk dilllərində məsdərlər feili isimlər") adlı növbəti - dördüncü kitabı işıq üzü görüb.

 

Monoqrafiya türk dillərində onların dialektlərində məsdərlərin, birincili ikincili feili isimlərin leksik-semantik mahiyyətinin morfoloji-sintaktik əlamətlərinin müqayisəli-tarixi təhlilinə həsr edilmişdir. Hər bir məsdər feili isim formasının müfəssəl təhlili onların həm oxşar, həm diferensial morfoloji-sintaktik fonetik xüsusiyyətlərinin aşkar edilməsinə imkan vermişdir. Bundan əlavə kitabda türk dillərində məsdərlərin feili isimlərin əsas anlayışları, terminləri onların təsnifat prinsipləri araşdırılır.

 

Monoqrafiyada türk dillərində onların dialektlərində hər bir məsdər feili isim şəkilçilərinin tarixi inkişaf gedişi izlənilir etimologiyası kifayət qədər ətraflı öyrənilir. Bundan başqa, onların türk dillərində daha yayılmış növləri müəyyənləşdirilir. Kitabda, həmçinin, türk dillərində məsdərlərin feili isimlərin başqa formalarla genetik qohumluğu izlənilir.

 

Monoqrafiya, filoloqlar şərqşünas-türkoloqlar üçün tövsiyə olunur.

 

Kitabın redaktoru professor Rüfət Rüstəmov, rəyçilər isə professorlar Sayalı Sadıqova Məhərrəm Məmmədlidir.

 

525-ci qəzet  2018.- 22 iyun.- S.7.