Bəkir Çobanzadənin 125 illiyi beynəlxalq konfransla qeyd edildi

 

Beynəlxalq Mətbuat MərkəzindəSosial İqtisadi İslahatlara Dəstəkİctimai Birliyinin təşəbbüsü Bakı Dövlət Universiteti Filologiya fakültəsinin dəstəyi ilə görkəmli türkoloq, professor Bəkir Çobanzadənin 125 illik yubileyinə həsr olunmuş "Azərbaycan dili: dünən bu gün" mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.

Konfransın açılış mərasimində Azərbaycanın tanınmış dilçi alimləri, müəllimlər, tələbələr gənc tədqiqatçılar iştirak ediblər.

Konfransa Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Bosniya-Hersoqovina Qırğızıstanın müxtəlif elm təhsil müəssisələrindən ümumilikdə 170 məqalə təqdim olunub. Onlardan 128-i təşkilat komitəsi tərəfindən çapa tövsiyə edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Açılış nitq ilə çıxış edənSosial İqtisadi İslahatlara Dəstəkİctimai Birliyinin sədr müavini layihə rəhbəri Saday Vəliyev təşkilatın son illər həyata keçirdiyi layihələrdən BDU-nun Filologiya fakültəsi ilə uğurlu əməkdaşlıqdan söz açıb. Bildirib ki, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ilin 1-ci qrant müsabiqəsinə layihə şəklində təqdim edilib qalib gəlib.

BDU-nun Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov Bəkir Çobanzadənin dilçi ədəbiyyatşünas alim kimi Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən, Azərbaycan dilinə göstərilən dövlət qayğısından bəhs edib. Bildirib ki, Azərbaycanda filologiyanın təşəkkülü inkişafı, əsasən, Bakı Dövlət Universitetinin yaradılması ilə bağlıdır. Azərbaycanda dilçi ədəbiyyatşünas kadrların hazırlanmasında Universitetin Filologiya fakültəsinin müstəsna xidmətləri olub.

BDU-nun “Türkoloji araşdırmalar” ETL-in  kiçik elmi işçisi, Tələbə Elmi Birliyinin sədri Pərvin Eyvazovun konfrans barəsində hesabat xarakterli çıxışından sonraBəkir Çobanzadəsənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edən qonaqlar – AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor Sayalı Sadıqova, Gəncə Dövlət Universitetindən professor Yadigar Əliyev dosent Afaq Yusifli, Azərbaycan Texniki Universitetinin professoru Əzizə Mikayılova, BDU-nun dosenti Qızılgül Abdullayeva BDU-nun tələbəsi Təranə Qocayeva Bəkir Çobanzadə irsinin aktuallığından, Azərbaycanda dilçiliyin inkişafına dövlət qayğısından, qarşıda duran əsas vəzifələrdən, gənclərin elmi tədqiqat işlərinə cəlb olunmasının zəruriliyindən söz açıblar.

Sonda konfransın təşkil olunmasında yaxından iştirak etmiş BDU-nun bir qrup müəllim tələbəsinəSosial İqtisadi İslahatlara Dəstəkİctimai Birliyi adından təşəkkürnamələr təqdim olunub.

 

 

525-ci qəzet.-  2018.- 26 iyun.- S.7.