AZƏRBAYCAN
ORDUSU
Sən xalqımın
aldığı nəfəsdən yaranmısan,
Azadlığa sevgidən, həvəsdən
yaranmısan,
Oddan-alovdan keçən
bir səsdən yaranmısan!
Dilimizin nidası, sözümüzün vurğusu,
Azərbaycan ordusu,
Azərbaycan ordusu!
Bir əsr bundan öncə qoyulsa da təməlin,
Tarixlərin ən dərin
qatına çatır əlin.
Azərbaycan eşqiylə
bağlıdır hər əməlin!
Biləklərin qüdrəti,
ürəklərin duyğusu,
Azərbaycan ordusu,
Azərbaycan ordusu!
Cavanşir tarixlərə
adını qanla yazıb,
Babək bayraq
qaldırıb, zülmə üsyanla
yazıb,
Koroğlu nərə
çəkib, qılınc-qalxanla yazıb!
Vətənimin qeyrəti,
torpağımın namusu,
Azərbaycan ordusu,
Azərbaycan ordusu!
Keçdi neçə
yüzillər, sən yenidən yarandın!
Torpağımın ruhuna sanki bədən
yarandın!
Nə yaxşı sən doğuldun, nə yaxşı sən
yarandın!
Cavanların təpəri,
körpələrin yuxusu,
Azərbaycan ordusu,
Azərbaycan ordusu!
Əliağa Şıxlinski sənə
"yaran, ol" dedi,
General Mehmandarov "marş,
irəli, sol" dedi,
Ana Vətən dil
açdı, sənə
"yaxşı yol"
dedi!
Hər atanın övladı,
hər ananın yavrusu,
Azərbaycan ordusu, Azərbaycan
ordusu!
Sular axdı, bulandı, coşan ümmana döndü,
Nuhun zamanı kimi sanki tufana döndü!
Ulu Öndər yenidən Azərbaycana döndü,
"Gəl" dedi,
gözlərində qalmadı
bu arzusu,
Azərbaycan ordusu, Azərbaycan
ordusu!
Yurdun hər qarışını
sən qorudun qanınla,
Torpaqlara can verdin nəfəsinlə,
canınla.
İftixar mənbəyimsən öz adınla, sanınla!
Sarsıda bilməz səni
heç bir düşmən qurğusu,
Azərbaycan ordusu, Azərbaycan
ordusu!
Ali Baş Komandanım
uca haqq savaşında,
Xalqın ümid yerisən
Qarabağ savaşında!
Təbrik edirik səni qocaman yüz yaşında!
Nə qədər yazsam,
yenə qaldı sözün çoxusu,
Azərbaycan ordusu, Azərbaycan
ordusu!
Güləmail MURAD
525-ci qəzet.- 2018.- 26 iyun.- S.7.