Azərbaycanlı
türkoloq Ukraynada
yüksək elmi nailiyyətə imza atıb
Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə
fəlsəfə doktoru,
fövqəladə və
səlahiyyətli səfir
Azərbaycanlı və Ukraynalı
Ziyalılar Assambleyasının
sədri Fərhad Turanlı, mövzusu "Türk-Osmanlı yazılı
mənbələrində XVI-XVIII əsrlərdə Kazak dönəmi
Ukrayna tarixi" olan elmi tətqiqatını
uğurla başa çatdıraraq 2017-ci ildə
tarix elmlər doktorluğu dissertasiyasını
Taras Şevçenko adına Kiyev Milli Universitetinin Xüsusi Elmi Şurasında "tarix yazıcılığı, mənbəşünaslıq
və xüsusi tarixi fənlər" ixtisası üzrə elmi müdafiə edib.
Elmi şuranın iclasında Ukraynanın məşhur alimləri - professorlar Yaroslav Kalakura, Yuriy Koçubey, Valeriy Smoliy, İvan Patrılyak, Ludmila Dyaçenko, İqor Verba, İrina Voytsehivska, Taras Çuhlib, Vitaliy Şerbak, Serhiy Kudryaçenko, Viktor Kıryukov, Marina Palienko, Oleq Bubenok, Olha Borısova, dosentlər Vyaçeslav
Stanislavski, Oksana Vasılyuk,
Nataliya Zub-Rudenko, Oleq Kupçık, o cümlədən, Türkiyədən
professorlar
Mustafa Öztürk, Azmi Özcan, Yücəl Öztürk, Məhmət İnbaşı,
Orhan Kılıç,
Nuri Kavak və başqa nüfuzlu alimlər iştirak ediblər.
Qeyd edək ki, Fərhad Turanlı 1960-cı ildə
Azərbaycanın Sabirabad
rayonunun Çiçəkli
kəndində anadan olub. 1977-ci ildə Muğangəncəli
kənd orta məktəbini bitirib.
Ukrayna vətəndaşı
olan Fərhad Turanlı 1992-ci ildə Vasil Stefanik adına İvano-Frankovsk
Dövlət Pedaqoji İnstitutunun tarix fakultəsini bitirib.
1993-1996-cı illərdə Prikarpattya Dövlət Universitetin aspiranturasında
(Ukrayna) "Dünya tarixi" ixtisası üzrə oxuyaraq "Türk mənbələrinə
görə XVII y. Ukryana
Kazak Dövləti-Kırım Xanlığı-Türk-Osmanlı İmperatorluğu münasibətləri"
mövzusunda elmi tədqiqat işləri aparmaqala bərabər,
1994-1996-cı (o cümlədən, 2001-ci
ilin oktyabr ayında) illərdə İstanbul Universitetinə
dəvət olunaraq Osmanlı Türkcəsi, ərəbcə, qədim
əlyazmalar (paleoqrafiya),
tarix, dinşünaslıq,
mədəniyyət və
digər elmlər üzrə xüsusi dərslər keçərək,
elmi tətqiqat işlərini Türkiyənin
arxiv və kitabxanalarında davam etdirmişdir.
1997-ci ildə Tarix
elmləri namizədliyi
üzrə elmi dərəcəyə nail olmaq
üçün, Ukrayna
Milli Elmlər Akademiyasının Mihaylo Hruşevskiy adına
Qədim Əlyazmalar və Məmbəşünaslıq
institutunun (Kiyev) xüsusi Elmi Şurasında dissertasiya müdafiə edib. 2003-cü ildə isə həmin institutun doktoranturasını
bitirib. 2017-ci il oktyabr ayının 12-də
də "Türk-Osmanlı
yazılı məmbələrində
XVI-XVIII əsrlərdə Kazak dönəmi Ukrayna tarixi" tarix elmlər doktorluğu dissertasiyası mövzusunda
yazdığı elmi
əsərini Ukrayna Təhsil və Elm Nazirliyi Taras Şevçenko adına Kiyev Milli Universitetində
müdafiə edib. Hazırda
"XVI-XIX yüzillərdə Türk-Osmanlı İmperatorluğu,
Ukrayna Kazak Dövləti,
Kırım Hanlığı
və Şərqi Avropa Dövlətləri arsındaki münasibətlər"
mövzusunda elmi tədqiqatını davam etdirir.
Fərhad Turanlı 1997-2000-ci illərdə Prikarpattya Vasil Stefanik Milli Universitetində də elmi-pedaqoji fəaliyyət göstərib. 2002-2006-cı illərdə
Taras Şevçenko adına Kiyev
Milli Universitetinin Filologiya İnstitutunun Türkologiya kafedrasının
dosenti vəzifəsində
elmi-pedaqoji fəaliyyət
göstərərək, bilavasitə
bu universitetdə
"Türk Enformasyon
və Araştırma
Mərkəzi"ni qurub.
2006-2007-ci illərdə Beynəlxalq
İdarəçilik Akademiyasının
Averroes adına Ukrayna-Ərəb İnstitutunun
Beynəlxalq əlaqələr
kafedrasının dosenti
vəzifəsində işləyib.
2007-ci ildən etibarən və hal-hazırda 1615-ci ildə
təsis olunan, o cümlədən, Amerika və Avropada tanınan "Kyevo-Mohılyanska
Akademiya" Milli Universitetinin Humanitar Elmlər Fakultəsinin profesoru vəzifəsində
elmi-pedaqoji fəaliyyət
göstərir. Eyni
zamanda, 2011-2012-ci dərs
ilində İvano Franko Lvov Milli Universitetinin Yaroslav
Daşkeviç adına şərqşünaslıq
kafedrasının müdiri
vəzifəsində işləyib;
2012-2014-cü illərdə Beynəlxalq Ukrayna Universitetində özünün
qurduğu şərqşünaslıq
kafedrasının professoru
və müdiri vəzifəsində də
fəaliyyət göstərib.
Türkologiya, İslamşünaslıq, Ukraynaşünaslıq, Beynəlxalq
münasibətlər, Politologiya
mövzusunda bir sıra dərs proqramlarının müəllifidir.
Fərhad Turanlı bütün bu fəaliyyətlərinə görə
"Ukraynada Şərqşünaslıq
elminin inkişafında
xüsusi əməyinə
görə" (2002); "Kyevo-Mohılyanska Akademiya"
Milli Universitetində şərqşünaslıq elminin
inkişafında xüsusi
əməyinə görə"
(2008) mükafatlarla təltif
olunub. Eyni zamanda, 2010-cu ildə
Ukrayna Dini və Milli münasibətlər
Dövlət Komitəsinin,
Ukrayna Milli Yazarlar Birliyinin mükafatları ilə də təltif olunub.
Azərbaycan diasporunun fəal üzvlərindən
olan Fərhad Turanlı 2001-ci ildə Bakıda keçirilən
Dünya azərbaycanlılarının
Birinci Qurultayında və bir sıra
Beynəlxalq elmi konfranslarda (Ukraynada, Polşada, Türkiyədə,
Azərbaycanda, Ruminiyada
vs.) iştirak edib. Azərbaycan-Ukrayna (2001), Türkiyə-Ukrayna (2002)
münasibətləri mövzusunda
ilk konfranslar təşkil
edərək kitablar nəşr etdirib. Ukraynada və xarici ölkələrdə nəşr
olunan 150 elmi əsərlərin, o cümlədən,
3 monoqrafiyanın müəllifidir.
Ukrayna Azərbaycanlılar Konqresinin
və diaspora hərəkatının rəsmi
qurucularından və
iştirakçılarından biridir.
Ukraynada siyasi fəaliyyətləri
ilə də tanınan Fərfad Turanlı 2006-2008-ci illərdə
Ukrayna Ali Şurasının
(Parlamentinin) Beynəlxalq
Əlaqələr və
Millətlər Komitəsinin
sədri, beynəlxalq
aləmdə məşhur
olan diplomat, millət vəkili Gennadiy Udovenkonun köməkçi
və məsləhətçisi;
2014-cü ildə isə
Parlamentin Elm və Təhsil Komitəsinin sədri millət vəkili Liliya Qırineviçin köməkci
və məsləhətçisi
olaraq da fəaliyyət göstərmişdir.
2016-cı ildə Səudiyyə Ərəbistanı
Kralı Z. A. Salman İbn-Abdal-Əziz As-Saudun
şəxsi dəvətinə
əsasən Kəbəyə
Həcc ziyarətinə
gedib.
Fərhad Turanlı 2016-cı ildə
Dünya Azərbaycanlılarının
IV Qurultayında Azərbaycan
Respublikası Prezidenti
tərəfindən "Tərəqqi"
medalı, 2018-ci ildə
Ukrayna Azərbaycanlıları
Birləşmiş Diasporunun
Xalq Cümhuriyyətinin
qurulmasının 100-cü ildönümü münasibəti
ilə təsis olunan orden ilə
təltif edilib.
F.Turanlı Ukraynada, o cümlədən,
Avropada tarix elmləri doktoru dərəcəsinə yüksələn
ilk azərbaycanlı türkoloq
alimdir, diaspora quruculuğundakı fəaliyyətləri
də xüsusi əhəmiyyət kəsb
edir.
525-ci qəzet.- 2018.- 28 iyun.- S.7.