Qəmər Almaszadə adına müsabiqənın
qalibləri mükafatlandırıldılar
İyunun
26-da Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında Qəmər Almaszadə adına II Beynəlxalq rəqs
müsabiqəsi qaliblərinin mükafatlandırılması
mərasimi və qala-konserti keçirilib.
Mədəniyyət
Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının birgə təşkilatçılığı
ilə keçirilən müsabiqədə ölkəmizlə
yanaşı, Türkiyə, ABŞ, Bolqarıstan, İspaniya,
İsrail, Qazaxıstan, Rusiya, Ukrayna və Yaponiyadan olan balet
ustaları iştirak ediblər.
“Klassik
rəqs" (solo və duet kateqoriyalarında), "Milli rəqs"
(solo, duet və ansambl kateqoriyalarında), "Müasir rəqs"
(solo, duet və kollektiv kateqoriyalarında) nominasiyaları
üzrə keçirilən müsabiqəyə 16-26 yaşda
oğlan və qızlar qatılıblar.
Onların
rəqs məharətini və səhnə cazibəsini
Rusiyanın Xalq artisti Vyaçeslav Qordeyev, Azərbaycanın
xalq artistləri Rəfiqə Axundova, Roza Cəlilova, Afaq Məlikova,
Ukraynanın Xalq artisti Boris Kolnoquzenko, Bolqarıstan Balet
Assosiasiyasının rəhbəri, UNESCO-nun rəqs sənəti
milli komitəsinin Bolqarıstan üzrə sədri Silviya
Tomova, Estoniyanın əməkdar artisti, UNESCO-nun beynəlxalq
rəqs şurasının üzvü Vasili Medvedyev, İsrail
Dövlət Baletinin prima balerinası və bədii rəhbəri,
Beynəlxalq Xoreoqraflar İttifaqının İsraildən
olan daimi üzvü Nina Gerşman, Azərbaycanın və
Rusiyanın Əməkdar artisti Vitali Axundovdan ibarət
münsiflər heyəti qiymətləndirib.
Qaliblərə
diplom və hədiyyələr təqdim edilib. Münsiflər
heyətinin qərarı ilə
birinci yeri Qumar Sultanbek (Qazaxıstan), İrina Matsepa
(İspaniya), "Bakının ulduzları" rəqs
ansamblı (Azərbaycan), ikinci yeri Metis Lov (ABŞ), Ayan
Eyvazova və Makar Ferştdant (Azərbaycan), Andriyenko Vladislav və
Polevayeva Yelena dueti (Ukrayna), üçüncü yeri isə
Lean Reyzer və Elinor Ostrovki dueti (İsrail), Jasmin Seizova
(Bolqarıstan), Mehdiyeva Dilarə (Azərbaycan) və Yuşenko
Roman və Qnizdilova Olqa (Ukrayna) qazanıblar. Beynəlxalq
müsabiqənin Qran-pri mükafatını qalibi isə Rusiya
təmsilçiləri Arefyev Mistislav və Fukuda Siori olub.
İştirakçılar sırasında Azərbaycanı təmsil
edən Lalə Aslanova TÜRKSOY-un xüsusi mükafatına
layiq görülüb. Müsabiqənin Qran-Pri
mükafatına Rusiya təmsilçisi layiq
görülüb.
Mükafatı
qalibə Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar
Elm Xadimi, professor Timuçin Əfəndiyev təqdim edib.
Tədbir
müsabiqə qaliblərinin qala-konserti ilə başa çatıb.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 29 iyun- S.7.