AZƏRBAYCAN
RESPUBLİKASININ PREZİDENTİ 2018-CI İLİ
-AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN
ETMİŞDİR
NURU PAŞA HƏZRƏTLƏRİ
ŞƏRƏFİNƏ BÖYÜK BİR ZİYAFƏT
Müsəlman Şərqində
ilk demokratik respublikanın elan edilməsinin 100 ilinin 23 ayı
müstəqillik, 71 ili istila-fasilə dövrüdür. Vətəni
tərk edib mühacirət həyatı yaşayan mücahidlər
müstəqilliyin yenidən qələbəsi uğrunda
mübarizələrini qətiyyətlə davam etdirmişlər.
Mühacirət mətbuatı bu, istila-fasilə
dövrünün canlı salnaməsidir. Nəzərdən
keçirək.
(Əvvəli ötən
şənbə sayımızda)
10 təşrini-sani
(noyabr) yekşənbə gününün axşamı
Bakı şəhər əhalisi tərəfindən qəhrəman
ordumuzun şanlı komandanı Nuri Paşa həzrətləri
şərəfinə yay klubunun zalında böyük və
mütəntən (təntənəli) bir ziyafət verildi.
Klubun içi və dəhlizləri
gözəl və pürqiymət xalılar ilə döşənmiş,
divarları dəxi ay-ulduzlu al bayraqlarla bəzənmiş idi.
Yuxarıda böyük musiqi orkestri, aşağıda da həm
Osmanlı və həm Azərbaycan türklərinə məxsus
milli sazəndə və xanəndələr tərənnümsaz
olmaqda idilər.
Hökumət əhlindən
ümum nazirlərimiz Baş nazir ilə bərabər, şəhərimizin
bütün böyük məmurları, ümum zabitan əfəndilər,
İran konsulu cənabları, ziyalılarımız,
böyük tacirlərimiz və sair əyan və əşraf
ziyafətdə hazır idilər.
Nuri Paşa həzrətlərinin
salona virudi əsnasında musiqi orkestri tərənnümsaz
olub məclis əhli səfbəsteyi-ehtiram durub, Paşa həzrətlərini
səmimiyyətlə salamladılar; bədə hər kəs
mız başında özünə məxsus olan yerini tutub
ziyafət başlandı.
Yemək əsnasında
Baş nazirimiz Fətəli xan Xoyski həzrətləri birinci
olaraq bəliğ bir nitq söyləyib, Azərbaycan türklərinin
bəndi-əsarətdən xilas ilə naili-səadət
olması yolunda tökülən Osmanlı türk qanına
işarə ilə: “Bu qan və bu qan tökülən
mübarək yerlər heç bir vəqt unudulmaz və xatirdən
çıxmaz”, - buyurdular. Bədə Nuri Paşa həzrətlərinə
müraciətən idarei-kəlam edərək, Azərbaycan
türklərinin təşəkkürati-əmiqanələrini
Paşa həzrətlərinə bildirib qədəh
qalxızdı. O halda bütün həzərat ayağa
duraraq müzəffər və şanlı komandanımız
Paşa həzrətlərinin şərəfinə şərbəti
nuş olub, sürəkli alqışlarla izhari-məsərrət
və şadmani etdilər.
Həqiqət, bu
böyük məclisdə hamının, baxüsus Bakı əhlinin
olmazın dərd, möhnət, bəla və zillət
çəkdikləri və olmazın həqarətlərə
düçar olduqları ağarmış
saç-saqqallarından, solğun çöhrələrindən,
məhzun gözlərindən bəlli olan üzlərində
bu axşam o qədər bəxtiyarlıq və bundan
dolayı o dərəcə şükr və səna əlaimi
peyda və hüveyda idi ki, keçmiş qara günlərin fəna
təsirləri bugün nail olduğumuz ağ günlərin
sürurbəxş əsərləri müqabilində
unudulmaq üzrə olduğu aydın və aşkar idi!
Əvət, fəna təsirlər
unudulur, fəqət o təsirləri buraxan qara günlər
unudulmaz, onları unutmaq üçün ya filosof
olmalıdır, ya laübalı!..
Nə qərib təsadüf:
Təqribən bir il
bundan əqdəm, bu gün ay-ulduzlu türk bayrağı ilə
donatlanmış olan bu salonda bolşevik Suxarçev, Nikolay
zamanına məxsus bir hakimi-müstəbid vəziyyətini
alaraq, hüquqi-siyasiyyə və insaniyyələri
xüsusunda ağız açmağa “cürət” edən
Bakı müsəlmanlarını təhdid yolu ilə:
“Bakıda daşı daş üstə qoymaram!” - deyə
meydan oxuyurdu.
Buna qarşı olaraq
Şurayi-Milli rəisi Rəsulzadə Məhəmməd
Əmin yoldaşımız: “Əvət! Biz istirdadi-hüquq
yolunda mübarizə edəriz, nəticədə bizə ya
istiqlalımız qalar, ya uçurulmuş daşlar. Fəqət
əmin olunuz, müvəqqəti müzəffəriyyət
sizin üzərinizdə olsa da, daimi zəfər bizimdir!” - deyə
gələcəkdən xəbər vermişdir.
Bu axşam Rəsulzadə
cənabları öz səlis nitqində bu fəqərəyi
yada salıb qanlı və həqşikən suxarçevlərin
rəcəz oxuduğu bu meydanda bugün daimi və azim bir
türk zəfərinin bayram edilməsinə işarə ilə
həqq sözün həqq yerinə düşməyindən
dolayı izhari-məsərrət və məmnuniyyət eylədi.
Əvət! Əgər
Suxarçev bu axşam klub salonuna bir nəzər yetirib də
bu al bayraqları, bu şanlı komandanları, bu qəhrəman
zabitlər, bu cəsur əsgərlər, bu bəşşaş
(gülərüzlü) və bəxtiyar çöhrələri
görsə idi, hədəsinin nə qədər
gülünc və bica olduğunu özü də etirafa məcbur
olardı.
Rəsulzadə nitqinə
davam edərək: siyasi üfüqdə qara buludlar
görünən kibidir, lakin bu qara buludlara qarşı nurilərimizin
zülmət şikən nuri var dedikdə bütün əhli-məclis
ayağa qalxıb Paşa həzrətlərini xüsüsi
bir təzim və təbcil ilə alqışlamağa
başladılar.
Bir ildən bəri əziz
müsafirimiz və keçirdiyimiz qara günlərə bizimlə
bərabər şərik olan Rövşən bəy həzrətlərinin
bəliğ nitqi o qədər yanıqlı və qədər
atəşin idi ki, hazirun üzərində böyük bir təsir
buraxdı. Qayeyi-amalımıza yetmək, istirdad edilmiş
hüququmuzu son qüvvəmizlə saxlamaq və bu yolda hər
bir fədakarlığa hazır olmaq üçün bu gecənin
şərəfinə yəmin lüzumundan bəhslə əhli-məclisin
ruhunu yüksəldirdi.
Hazirun aramızda oturan
bir zatın nitqinə müntəzir görünürdü,
bu zatın (şəxsin) illərdən bəri eşitmədiyi
səsini eşitmək, fikrini bilmək, nəzəriyatından
xəbərdar olmaq istəyirdi. O möhtərəm zat sevgili
ustadımız Əhməd bəy Ağayev idi ki, nitq söyləmək
üçün yerindən qalxarkən salonda dərin bir
sükunət əmələ gəlib hər kəs
bütün diqqətini ona tərəf ətf etdi.
Əhməd bəyin
nitqində bəzilərinin gözlədiyi atəş yox idi,
amma həqiqi bir səmimiyyət vardı; “Bən
Bakıyı İstanbulda və İstanbulu Bakıda
görüb də özümü o qədər bəxtiyar
görürəm ki, daha ölsəm də, qəmim yoxdur,
dünyadan kam almış gedərəm” kibi sözləri o qədər
səmimi bir lisan və lisani-hal ilə söyliyordu ki, eşidənlər
dəxi özünü Əhməd bəy kimi bəxtavər
və bəxtiyar hiss edirdilər.
Biz Əhməd bəyin
nitqini icmala cəsarət etməyib, tamamilə qəzetəmizdə
dərc üçün lütfən bizə göndərmək
ümid və istidasilə oxucularımızı səbrə
dəvət edirik.
Bu qədər nitq və
alqışlara cavab olaraq Nuri Paşa həzrətləri
gözəl İstanbul şivəsilə ruhumuza ləzzət
verən və məzmunca qəlbimizi bir taqım əndişələrdən
təmiz qılmağla sürur və şadimani-binəhəyəatımızı
mucib olan qayət bəliğ və səlis bir nitq iradilə
məclis əhlini şərəfyab və minnətdar
buyurdular.
Bu nitqin təsiri ilə
idi ki, hər kəsdə gələcəyə artıq əndişəsiz
bir nəzər əmələ gəlib kəndində
böyük bir ümid, yüksək bir ruh hiss edərək
xoşbəxt və xoşvəqt bir hal ilə bir-birini təbrik
edib, məclisə xitam verdilər.
Ü. (Üzeyir)
“Azərbaycan”
12 noyabr 1918, ¹37
RƏSULZADƏ
MƏHƏMMƏD ƏMİN BƏYİN NİTQİ
Bugünlərdə Nuru
Paşa həzrətləri şərəfinə kəşidə
edilmiş olan ziyafətdə Azərbaycan Milli Şurası sədri
və İstanbul konf-ransı mürəxxəsləri rəisi
Rəsulzadə Məhəmməd Əmin cənablarının
söyləmiş olduqları nitqi eynilə qarelərimizə
təqdim ediyoruz.
Natiq əfəndi diyor
ki:
Böyük türk
ordusunun qəhrəman zabitləri, gənc Azərbaycan
Cümhuriyyətinin azad vətəndaşları! Şimdi
hökumət rəisinin nitqini dinlərkən
xatırladım. Bir il əvvəl idi. Xilaskar Osmanlı
qardaşlarımızla bərabər olaraq duz-çörək
yedigimiz bu salonda o zaman başqaları oturuyordu. Demokratizm prinsipini
suyi-istemal edən bolşeviklər burada, türk və müsəlman
mərkəzində, yerli əmələ və
köylünün protestosuna rəğmən yabancı bir cəmiyyət
təşkil eləmiş, bolşevik-daşnaksakan çətələri
Bakıya müstövli olmuşlardı.
Bolşeviklər
bütün aləm hüzurunda millətlərə kəndi
müqəddəratlarını təyin etmək həqqini
elan, dünyayı cənnət yapacaqlarını vəd eləmişlərdi.
Xüsusi olaraq Lenin tərəfindən Qafqasiya fövqəladə
komissarı təyin olunan Şaumyan naminə
çıxarılmış əmrnamə ilə Türkiyə
Ermənistanının muxtariyyəti dəxi elan olunmuşdu.
Biz də Azərbaycan muxtariyyəti tələb ediyorduq. Eyni
zamanda da “Müsavat” ümumi intixabla degil, təsəllüt
yolilə toplanmış olduğuna mötəriz idik.
Fəqət bu muxtariyyət
həqqindəki tələbimiz rus burjua firqələrindən
ziyadə Bakı bolşeviklərinin etirazını mucib
oluyordu; onlar bizə qarşı əngəllər törədiyorlardı.
Nəhayət, açıqdan-açığa təhdidlərinə
məruz qaldıq. Bizə dedilər ki: “Nahaq yerə səy
ediyorsunuz. Azərbaycan muxtariyyətə layiq degildir. Siz
muxtariyyət degil, onun əvəzində xarabazarlara nail
olarsınız!
Əgər bu məqsədinizdən
əl götürməz də mücahidatınızda davam edərsəniz
əmin olunuz ki, görəcəginiz müvəffəqiyyətlər
yalnız qış günlərinə münhəsir
qalıb müvəqqəti olacaq, yaz açılınca
böyük Rusi-ya cəzanızı verməyə gecikmiyəcəkdir”.
O zaman vaqe olan bu təhdidlərə
qarşı gərək “Müsavat” iclasında və gərək
mətbuat səhifələrində müqabilə edərək
- “məqsədimiz yolundakı mücahidədən vaz
keçməyiz, Türkiyə ermənilərinə muxta-riyyət
vəd edən Leninin bakılı şagirdləri Azərbaycan
muxtariyyətçilərini xarabazarlıqlarla təhdid etsələr
də, biz kəndi məqsədimizdən əl çəkməyiz,
hər növ təhlükələri gözə alaraq
mücahidəmizə davam edəriz. Bizim degil, sizin müvəqqəti
bir qələbə ça-lacağınızı bilər,
bundan dolayı sizi təbşir edəriz. Fəqət bir az da
daimi qələbənin kimə aid olacağı həqqində
düşünmənizi ixtar eyləriz. Əlbət ki, bir
Lenin də çıxar bizim muxtariyyətimizi təmin edər!”
- demişdim.
İştə əfəndilər,
bir sənə əvvəl təhdid olunduğumuz bu binada
şimdi o sırada ümid etdigimiz bir zəfəri elan
ediyoruz. Müvəqqəti qələbə onların, daimisi
bizimdir! (Alqışlar).
İş sisli “Şimal
hürriyyətinə” qalsaydı bu gün məhv olub
bitmişdik. Lillahülhəmd ki, teyri-istixlasımız Cənubun
bərraq və saf səmasından doğdu, iştə onun həyatbəxş
nurları ilə isiniyoruz (Alqışlar). Daimi qələbədən
bəhs etdigim bu sırada çəkilməz fəlakətlər
keçirmiş olan qəlblərə üfiqi-siyasətdə
təraküm edən qara buludlar bəlkə də bəzi əndişələr
ilqa edər.
Fəqət bu əndişələrə
məhəl yox. Türklər Bakıda ilk dəfə degildirlər.
Böylə bir vəziyyəti-siyasiyyəyi Bakı bundan 350 sənə
əvvəl dəxi keçirmişdir. O vəqt Özdəmir
oğlu Osman paşa bir miqdar əskərlə bu tərəflərə
gəlmiş, Şamaxı, Quba, Dərbənd və
Bakıyı almışdı. Bir az sonra Hökuməti-Mərkəziyyə
əqdi-sülh edərək Özdəmir oğlu yalnız
qalmış, İstanbul tərəfindən tərk olunmuşdu.
Fəqət o cəsur komandan məyus olmamış, əzminə
xələl gətirməmişdi. Hər növ
hücumları müdafiə etmək lazım idi. Osman
Paşa Bakı neftini inhisar altına almış, ipəgə
külli maliyyat vəz eləmiş, bu surətlə büdcəsini
yoluna qoymuş, Bakı qalasını təmir edərək
müdafiəsini Əhməd bəy namında bir komandana
tapşırmış, kəndisi Dəmir Qapıya - Dərbəndə
çəkilmişdi. Bu surətlə Bakı altı ay tamam
mühasirəyə dayanmış, nəhayət düşməni
rəf edə bilmişdi. Tarix yenə təkrar edə bilər,
həm etməlidir! (Alqışlar).
Həzərat, maddətən
qələbəyi-daimi qazanmış olduğumuz - nəu-zubillah
- müvəqqəti olsa belə, Azərbaycan istiqlalı mənən
qazanılmış nemətlərdəndir. Dağları, dərələri,
susuz səhraları aşıb gələn
qardaşlarımızla bərabər şu doğma
topraqlarımız üzərində qayalaşdıq, yenidən
qardaş olduq. Topraqlarımız əsrlərdən bəri
yekdigərini qaib etmiş qardaşların əməl yolunda
verdikləri qurban qanları ilə islandı; Turan toxumu əkildi.
O böyük fikrin yıldızı doğdu. Dan yeri
ağardı. Osmanlıların benami-türkçilərindən:
“Vətən nə
Türkiyədir türklərə, nə Türküstan,
Vətən
böyük və müəbbəd ölkədir Turan”
- deyən Ziya Gökalp
bəy hərbi-ümuminin ibtidasında təfal edərək:
“Rusiya dağılıb
viran olacaq,
Türkiyə
böyüyüb Turan olacaq”
- demişdi. Turan bu
gün maddətən qazanılmamışsa da, mənən
hasil olmuş; Turan fikri doğmuşdur. Bir kərə
doğan fikir bir daha ölməz, bir daha sönməz! Ən
qaranlıq gecələrimizdə bizə məşəli-hürriyyət
gətirən və ən çətin dəmlərimizdə
imdadımıza gələrək bizi xilas edən
qardaşlarımızı bizə doğru qoşduran,
yolumuzda qurbanlar verdirən iştə bu məfkurə, bu yeni
doğmuş əməl günəşidir. O əməl
günəşi ki, bir Nuru da (Nuru Paşayı göstərərək)
iştə bizimlə bərabər! (Sürəkli
alqışlar). Yaşasın əməl yolunda fədayi-can
edən türk ordu və zabitanı, yaşasın
böyük Turan! (Təkrar sürəkli alqışlar).
“Azərbaycan”
14 təşrini-sani
(noyabr) 1918, ¹39
Kəşidə -
düzəldilmiş
Müstövli - ortaq
Təsəllüt -
hökmlə
Mötəriz - etiraz edən,
müxalif
Mucib - səbəb
Təbşir - şad
Bərraq - parlaq
İstixlas - xilas olma, qurtulma
Teyr - quş
ORDUMUZ
Bir neçə
zaman bundan əvvəl parlaman iclaslarının birində hərbiyyə
nazirimiz general Səmədbəy Mehmandarovun ordumuzun təşkili
haqqındakı bəyanatını dinlədik. Ordu görməmiş, rəsmi
əskərliyə adət etməmiş olan millətimiz
içində birinci qədəm olaraq ordu təşkil etmək
işinin nə qədər çətin bir əmr və bu
işin bu qat-qarışıq zamanda nə tövr
müşkülat və maniələr qarşısında əngəllərə
düçar olduğunu eşidib, bütün çətinliklərini
təsəvvürə gətirməklə bu çətinlikləri
rəf və izalə edəcək olan zatın nə qədər
sahibi-qüdrət və maliki-qüvvət bir orqanizator
olması lüzumunu da dərk etdik. Bu təsəvvüratdan
hasil olan təəssüratın o rəng və ya bu rəngdə
olması hərbiyyə nazirimiz olan general həzrətlərinin
istedadına bağladığımız ümidin qəvi və
ya zəifliginə vabəstə idi. Rus
ordusunda əskərlik istedad ilə məxsusi bir məqam
qazanmış və Port-Artur mühasirəsində
böyük qəhrəmanlıqlar göstərməklə
ad çıxarmış olan Səməd bəy həzrətlərinin
bacarıq və istedadi-əskəriyyəsinə ümidimiz bər
kamal idi. O idi ki, general həzrətlərinin bəyanatını
dinləyib də ordu təşkili işimizin bütün
çətinliklərini təsəvvürə gətirməklə
bərabər, general həzrətləri bu çətinlikləri
rəf edər deyə ümidvar olduq.
Ümidvar
olmağımızda da səhv etmədik. Həqiqət
Gəncədə “Novruz” münasibətilə qurulmuş olan
Azərbaycan ordusu rəsmi keçidini gördükdən
sonra, ordu təşkili işimizin kəmali-intizam ilə irəli
getdigini bileyn müşahidə edib qəlbimizdə dərin
bir əminlik hasil olduğunu hiss etdik.
Ordu təşkili
işimiz bu intizam ilə dəvam edirsə bir qədər
zamandan sonra mükəmməl bir ordusilə sayılan bir
dövlət olduğumuzu hər kəs iqrar etməgə məcbur
olacaqdır.
Arzumuz budur ki,
qoşunumuzun bir kərədə manevrasını görək. Boylə manevra ki,
böyük bir əndazədə qurulub ordu hissələrimizin
hər bir əməliyyatına şamil və came
olsun. Ümid edirik ki, havalar düzəldikdən
sonra general həzrətləri bunu da bizə göstərməklə
qəlbimizi şad etməkdən əlavə, aramızda əskərlik
hissiyyat və həvəsini qat-qat artmasına da böyük
bir səbəb olarlar. Bunu intizar etməklə
bərabər cəhandidə və kar azmudə nazirimizə
artıq-artıq müvəffəqiyyətlər diləməkdəyiz.
Hacıbəyli Üzeyir
“Azərbaycan”, 26 mart 1919,
¹145
“İSTİQLAL” QƏZETƏSİNİN BİR
MƏQALƏSİ
Bakıda müntəşir
türk milliyyətpərvər “Müsavat” firqəsinin
vasiteyi-nəşri-əfkarı bulunan “İstiqlal” qəzetəsində
M.Ə.Rəsulzadə imzası ilə “Türkiyə məsələsi”
ünvanlı vaxtilə “Təsviri-Əfkar” rəfiqimiz tərəfindən
iqtibas olunan bir məqaləyi dəxi salifüzzikr
(adıçəkilən) nitqlə həmayar olduğundan
aşağıda dərc ediyoruz.*
“Həlli
gözlənməkdə olan dünya məsələləri
arasında bizi ən çox əlaqədar edən ana məsələlərdən
biri, yox birincisi heç şübhəsiz ki, Türkiyə məsələsidir.
Türkiyə məsələsi
heç bir zaman biz azərbaycanlılar üçün
ürəyimizin ən nazik (həssas) pərdələrilə
hiss olunur bir məsələ halından xaric
olmamışdır. Aləmi-İslamın hər
zamandakindən daha həssas, daha rəqiq (diqqətli) və
daha həyəcanlı olaraq duyduğu bir məsələ
bizim üçün həm türk, həm də azərbaycanlı
olmaq etibarilə, daha incə və daha müəssir bir
duyğu və qayğı halını iqtisab eyləmişdir.
Biz qəddar düşmən əlində biəman
düşüb də “Ay haray imdad!...” deyə
bağırdığımız ümidsiz bir zamanda
“harayımıza” yetişən “dil və din”
qardaşlarımızın əndişəli günlərini
nasıl duymayız?! Burada, Bakı haləsində,
şəhid düşən qazilər və orada İstanbulu
müdafiə üçün sinələrini sipər edən
fədailərin eyni vəzifə, eyni əməl və məqsəd
yolunda öldüklərini nasıl unuduruz?!”
Antantanın Azərbaycan
istiqlalını təsdiqi xəbəri yas içində
bulunan İstanbulda toy kibi tələqqi edilmiş,
istiqlalımızı təsdiq günlərində
yapdığımız şənliklərdə İstanbulun
türklərdən alınacağına aid
çıxarılan qara xəbərlər, xalqımıza
toy içində bir yas təsiri hasil etmişdi.
Azərbaycan
xalqının türklük, müsəlmanlıq əlaqəsi
bir yanda, sadə haqpərvərligi və insani
düşüncəsi belə bu qədər miknət, mətanət
və mərdlik göstərən Anadolu Türkünü
haqqı-təbiisindən məhrum bir halda görməyi qətiyyən
təsəvvür edəməz. Çünki bunu nə
hövsələsinə sığdırır, nə də
vicdani-bəşərə rəva görür. Çünki o, bütün ideallara rəğmən
Anadolu türk qardaşında böyük bir həyat qabiliyyəti
görür. Bunun dəlili olmaq üzrə
də Türkiyənin bugünkü halını göstərir.
“Xəstə adam” tələqqi olunan bu məmləkət,
bütün talesizliginə rəğmən məğlubiyyətin
acı təsirlərinə Rusiyadan da, Avstriyadan da daha ziyadə
təhəmmül göstərdi, qəvami-ictimaiyyəsini
dağıtmadı, şirazeyi binasını
(nizam-intizamını) pozmadı.
Son posta ilə
alınan mətbuat, ingilis nöqteyi-nəzərinin
İstanbul haqqında getdikcə kəsbi-vüzuh (şübhəlik)
etməkdə olduğunu göstəriyordu. Nəhayət
axırki günlərdə alınan teleğraflar qəti surətdə
göstəriyor ki, İstanbul məsələsi Türklərin
faydasına olaraq həll edilmişdir.
Fəqət
bir İstanbul, bir İzmir məsələlərinin
fövqündə bir də Anadolu Türklügünün həqiqi
istiqlalı və iqtisadi inkişafının təmini məsələsi
vardır.
Türkiyə əski ərazisindən: Rumelisindən, Misirindən,
Tunisindən, Fasından, Hicazından, İraqından, Beynəlnəhreynindən
həpsindən keçər, beşərtaki Anadolu təkrar
kapitülasyonlara məruz qalmasın, beşərtaki artıq
kəndi qanını, canını kəndi yurduna, kəndi
övladına sərf edən Türk Mehmətcigi yurduna sahib
olsun.
Ümid edəlim
ki, böylə olacaq. Çünki türk milləti böylə
istiyor. Çünki vicdani-bəşəriyyət
böylə əmr ediyor!”
“Yeni Qafqasya”
28 Mayıs 1924, ¹17
DARÜLFÜNUNUN 10 İLLİYİ
Bakı qəzetələrindən
öyrəndiyimizə görə Milli Azərbaycan hökuməti
tərəfindən təsis edilmiş Bakı
Darülfünunu 10 illik yublesini təsid (qeyd) etmişdir. Bu münasibətlə
Bakı komunistləri və komunist keçinən bəzi
professorlar qəzetələrdə məqalələr
yazmış və Milli Azərbaycan hökumətinin bu şərəfli
haqqını kəndilərinə çıxmaq çün
müxtəlif provakasyon və iftiralar sovurmağa qeyrət
etmişlərdir. “Komunist” qəzetəsi bu münasibətlə
yazmış olduğu baş məqaləsində vaxtilə
“Müsavat” hökumətinin darülfünun təsis etmək
niyətində olmadığını utanmadan söylədikdən
sonra diyor ki: “Müsavat” hökuməti Tiflis
Darülfünununun Bakıya köçürüləməsi
ətrafında nəticəsiz çıxışlarda
bulunaraq Darülfünun qapılarını Türk əməkçiləri
üçün bağlamaq istəmişlərsə də məqsədlərinə
çatmamışlardır”.
Xalqın gözünü pərdələmək
məqsədilə bəyan edilən bu qəbil provakasyonlar zənn
etməliyiz ki, tarixi bir həqiqət olaraq Azəri
xalqının zehnində yerləşmiş olan bu həqiqəti,
yəni Darülfünunun Milli Azərbaycan hökuməti tərəfindən
təsis edildigi fikrini silmiş olsun.
Darülfünun
fəaliyyətinə aid yazılmış olan bir məqalədən
anlaşıldığına görə Bakı
Darülfünunu təsisindən bu vaxta qədər 1500
mütəxəssis buraxmışdır. Darülfünunda
52 professor və 300-dən fəzlə asisent, elm adamları
çalışmaqdadır. Tələbələrin
miqdarı 2400-dən fəzlədir.
“Odlu-Yurd”
aprel 1930, ¹14
AZƏRBAYCAN HƏYAT VƏ
MƏTBUATINDAN DARÜLFÜNUNDA
MİLLİYYƏTÇİLİK
Mütəəddid
dəfələr qeyd etdigimiz kibi Azərbaycan xalqının
bilxassə münəvvər zümrənin bolşevik
kültürü, rus harsı və ələlümum
rusçuluğa qarşı yapdıqları milli hars
mücadiləsi getdikcə artmaqda və hər vəsilə
ilə kəndini göstərməkdədir. Bu hərəkatın
bariz bir misalına son gələn Bakı qəzetələrinin
bir nüsxəsində dəxi təsadüf ediyoruz.
“Komunist” qəzetəsinin
(¹51.4.3) yazdığına nəzərən bir müddət əvvəl
Azərbaycan darülfünunu hüquq fakültəsi tələbələri
tərəfindən darülfünun daxilində milliyyətçilik
və şovinistlik yapan 4 tələbənin açıq
mühakiməsi yapılmışdır. Mühakimə
edilənlərin 2-si rus milliyyətçiligi yapan Sazanov və
Veliçayev nam rus və digər 2-də türk milliyyətçiligini
propağanda edən Daşdəmirov və Vəkilov nam 2
türk tələbəsidir.
Sazanov və
Veliçayev darülfünunda məcburi olan türk dili dərslərinin
tamamilə mənasız və yersiz olduğunu söyləyərək
türk dilini “qeyri mədəni bir millətin dili kibi” tələqqi
ediyorlarmış.
İmtahlarda
mufəffəq olmayan Sazanov və Veliçayev hiddətlənərək
“Bu nə dildir ki, biz buna hazırlanıyoruz. Türk dilinə
qətiyyən ehtiyacımız yoxdur. Məzun
olduqdan sonra biz Bakıda qalacaq degiliz. Həm
də Bakıdan türklərə nə var. Türklər
yalnız qəzalarda hökmranlıq yapa bilərlər” kibi
sözlərlə qapıyı çırparaq müəllim
odasını tərk etmişlərdir.
Vəkilov və
Daşdəmirov isə rus milliyyətçiligi yapan Sazanov və
Veliçayevin əksinə olaraq dərslərin rusca
oxudulmasına etiraz və protesto edən və “milli ruhla zəhərlənmiş
şovinist” (dırnaq içərisindəki cümlə
“Komunist” qəzetəsindəndir) tələbələrdir.
Bunlar dərslərini rusca
oxudan professora dərs əsnasında etiraz edərək dərsin
türkcə oxudulmasını tələb etmiş və hiddətlənərək:
“Azərbaycan türklərindir, hər yerdə eyni zamanda
darülfünunda dəxi dərslər türkcə
oxudulmalıdır. Biz dərslərin türkcə
oxudulmasını tələb ediyoruz” deyə dərsləri tərk
etmişlərdir.
Davayı rövyət
(müzakirə) edən məhkəmə heyəti
uzun-uzadıya isticvadan (dindirmədən) sonra Sazanov,
Veliçayev və Vəkilovun qəti olaraq
darülfünundan tərdinə və digər Sovet ali məktəblərinə qəbul edilmək
haqqından məhrum edilmələrinə qərar
vermişdir. Daşdəmirov isə Vəkilov tərəfindən
“ixva” edildigindən (yoldan
çıxarıldığından) dolayı müəyyən
şərtlərlə darülfünuna
buraxılmışdır.
Mühakimə cərəyanını
təsvir edən qəzetə bu kibi milliyyətçi
ünsürlərin darülfünunda qayət çox
olduğunu qeyd etdikdən sonra diyor ki: “Müsavat” firqəsinin
doğma malı və məşğuliyyətini təşkil
edən milliyyətçilik və şovinistliklə
mücadiləyi şiddətləndirməli və bu kibi hərəkətlərin
önü alınmalıdır”.
Azərbaycan
daxilində rusçuluq, rus harsı ilə milli Azərbaycan məfkurə
və harsının açıqcasına
çarpışdığını göstərən bu
xarakteristlik mühakimə əlyövm (hələ də)
davam edən milli mücadilə səfahatını göstərdigindən
dolayı şayani-diqqətdir.
***
Bir müddət
əvvəl kollektivize işlərilə əlaqədar olaraq
Azərbaycan Komunist firqəsi Bakı Komitəsinin ümumi bir
ictimai vüqu bulmuşdur. Azərbaycan Komunist
firqəsi məsul katibi Çikalo Azərbaycanda tətbiq edilən
kollektivize siyasəti, bu siyasətin tövlid etdigi bərbad vəziyyət
haqqında məruzatda bulunmuşdur.
Stalinin ricət
hərəkətinə dəxi təmas edən Çikalo
kollektivize işlərində təsadüf edilən qüvvətli
müqavimətdən müfəssələn bəhs edərək
daima kəndisini göstərən və aktiv fəaliyyətilə
Komunist firqəsinin siyasətinə mane olan sağ və sol
cinahın fəaliyyətinə qarşı qəti mücadilə
yapılması fikrini irəli sürmüşdür.
Çikalonun kollektivize nəticələri
haqqında faktlara müstənidən söylədiginə nəzərən
Azərbaycanın müxtəlif yerlərində tətbiq edilən
bu siyasət son dərəcə əlim nəticələrə
müncər olmuş və “Kollektivizeyi tətbiqə məmur
edilən qəza müməssillərinin yanlış hərəkətləri”
köylü zümrəsini Sovet hökumətinə
qarşı büsbütün düşmən bir vəziyyətə
soxmuşdur.
Faktlardan
anlaşıldığına görə kollektivize ilə məşğul
olan mərkəzi müəssisə köylərə göndərmiş
olduğu bir təlimatnamədə hübubatdan başlayaraq hər
şeyin: xoruz, toyuq, hətta bardak, tabak və sair bu kibi
şeylərin kollektivize edilməsini daha doğrusu köylərin
yağma edilməsini əmr etmişdir. Təbiətilə
köylərdə bulunan komunist müməssillər də əmri
yerinə yetirmiş və zavallı köylüləri soyub
soğana çevirmişlərdir. İşin ən
şayani diqqət cəhəti şu ki, Azərbaycanın bir
qəzasında kollektivize əmrini alan
Komunist firqəsi katibi və İcraiyə komitəsi katibi dərhal
qolçomaqları imha etmək lazımdır deyərək,
işə başlamış və qolçomaqların təkmil
buğda, ərzaq, əşya və paralarını
aldıqdan sonra kəndi aralarında təqsim etmişlərdir.
Bu qəbil hadisələr Azərbaycanın bir
çox yerlərində vüqu bulmuş və orta hallı
fikir zümrəsi gözətilmədən minlərcə
köylü həbs edilmişdir.
Sonra
Naxçıvan köylərinin bir çoxunda kolxoz təşkilatı
müməssilləri köylüləri zorla toplayaraq ictima
toplamış və ictimada heç bir şey haqqında məlumat
vermədən köylülərin listesini
yapmışlardır. İsimlərinin neçün
yazıldığını soran köylülərə
yalnız “kolxoz yapacağız” cavabı ilə iktifa
edilmişdir. “Bizə yol göstəriniz, məlumat
veriniz nə yapacağız, heç bir təlimat yoxmu” - deyən
köylülərə müməssillər rusca yazılı
təlimatnaməyi verərək: “bunlar rusca da olsa ziyan yoxdur
iyi materyallardır” - demişlərdir. Rusca bilməyən
köylülər “Biz rusca bilmiyoruz bizim öz dilimizlə
yazılması yoxmu” deyincə “Bizdə olan budur
çalışın rusca öyrənin” deyərək
köyü tərk etmişlərdir.
İştə
bolşevizmin təxribkar siyasəti nəticəsində kəndi
zəngin yurdunda ac və çıplaq qalan zavallı Azərbaycan
köylüsünün vəziyyətini təsvir edən bu
faktlar, yalnız rəsmi mətbuata keçənlərdir. Kim bilir
ört bas edilən daha qaç minlərcə hadisələr
vardır?
***
Yeni Azərbaycan
maarif komisarı təyin edilən Ağa Soltanovun maarif
kadrları haqqında “Komunist” qəzetəsinə (¹ 59, 16, 3)
yazmış olduğu məqalədən
anlaşıldığına nəzərən Azərbaycanın
maarif kadrosu çox zəif bir vəziyyətdə bulunuyor. Mövcud məktəbləri
idarə üçün 2800-ü türk olmaq üzrə
4360 müəllimə ehtiyac vardır. Bunların
yetişdirilməsi üçün şimdiyə qədər
heç bir təşəbbüsdə
bulunulmamışdır. Məktəbləri
müəllimlə təmin üçün orta məktəb
və pedaqoji texnikumlarını vaxtından əvvəl
buraxmaq və nöqsan təhsillərinə baxmayaraq məzun
olanları müəllim olaraq məktəblərə təyin
etməgə qərar verilmişdir.
Məktəbə
qədərki yeni ibtidai tərbiyə məsələsi
büsbütün zəif bir haldadır. Bu məqsədə xadim
müəssisələr vəziyyətlərinin fənalığı
dolayısı ilə şəhərdə yalnız 8,3, köylərdə isə 0,5 nisbət
çocuq ala biləcək vəziyyətdədir. Bu qəfil müəssisələrin zəfi
düşməsinə səbəb bir tərəfdən
lazımi təxsisatın verilməməsi, digər tərəfdən
mütəxəssis pedağokların bulunmamasıdır.
Mütəxəssis
müəllim və vəsait olmadığından ziraəti
sənaye kibi məslək məktəblərinin vəziyyəti
dəxi ötəkilərdən iyi degildir. Müəllim
yetişdirmək məqsədilə mövcud pedağoji
fakültəsinin bilafasilə yeni bütün sənə
müddətincə çalışmasına qərar
verilmiş və bunlardan başqa bir çox müəllim
kurslarının açılması qərarlaşdırılmışdır.
Müəllimlərin
ideolojilərinə təmas edən məqalə sahibinə
görə türk müəllimləri ideoloji xüsusunda pək
də əmin adamlar deyildirlər. Müəllimlərin
çoxu milliyyətçilik “zəhəri ilə zəhərlənmiş”
və proletar tərbiyə və məfkurəsinin
düşməni olmuşlardır. Maarif komisarına
görə əmələ və köylü içərisindən
əsil “proletar” müəllim yetişdikdən sonra müəllimlər
içərisində qəti bir təmizlik yapmalı və məktəblər
“yabançı ünsür”lərdən təmizlənməlidir.
Y.Əli
”Odlu-Yurd”, may
1930, ¹15
Rövyət - məsələni
müzakirə edən, işə baxan
İsticvab - dindirmə
İxva - yoldan
çıxarma, azdırma
Əlyövm - hələ də
Ricət - geriyə dönmə,
qayıtma
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.-2018.- 30 iyun.- S.20-21.