Milli Kitabxana UNEC-lə birgə tədbir keçirdi
Dünən Azərbaycan Dövlət
İqtisad Universiteti
(UNEC) ilə Azərbaycan
Milli Kitabxanası "Elmi-tədqiqat ili" çərçivəsində "Tədris və akademik kommunikasiyanın təminatında elmi nəşrlər və kitabxanaların rolu: beynəlxalq standartlar və UNEC təcrübəsi"
mövzusunda birgə dəyirmi masa keçiriblər.
UNEC-in Elm
şöbəsi, Biznes
və menecment fakültəsi ilə Milli Kitabxananın təşkilatçılığı ilə keçirilən dəyirmi masada UNEC-in
professor-müəllim heyəti,
tələbələr, Milli
Kitabxananın əməkdaşları,
nəşriyyat, redaksiya
və kitabxana əməkdaşları, kitabxana
müdirləri, jurnal
redaktorları və oxucular iştirak ediblər.
Azərbaycan Milli Kitabxanasının
direktoru professor Kərim
Tahirov həm UNEC, həm də Milli Kitabxana üçün bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən,
kitabxanaların elm, təhsil,
informasiya mərkəzi
kimi cəmiyyətin inkişafındakı rolundan
danışıb. O, həmçinin,
universitetin yeni tipli kitabxana layihəsinin çox uğurlu bir layihə olduğunu vurğulayıb, bunu
professor-müəllim heyətinin
və tələbələrin
kitabxana xidmətlərindən
həftənin 7 günü
və 24 saat ərzində daha faydalı şəkildə
yararlanmaları istiqamətində
mühüm addım kimi qiymətləndirib.
UNEC-in Elm
şöbəsinin müdiri,
professor Zahid Məmmədov
kitabxanaları uğurun
təminatçısı, intellektual xəzinə, kitabxanaçıları isə
elmin lokomotivi adlandırıb, bu tədbirin əsas elm məbədi olan Milli Kitabxanada keçirilməsinin təqdirəlayiq
olduğunu qeyd edib. O deyib ki,
universitetləri kitabxanasız
təsəvvür etmək
qeyri-mümkündür. Z.Məmmədov UNEC-də xarici tədqiqat işlərinin
Azərbaycan dilinə,
eləcə də öz elmi nəşrlərinin
xarici dillərə tərcümə edilməsi
məqsədilə Tərcümə
Mərkəzinin yaradıldığını,
bu işə tələbələrin də
cəlb edildiyini bildirib.
UNEC-in Biznes və
menecment fakültəsinin
dekanı, dosent Mirağa Əhmədov yaradılmış şəraitə
görə Milli Kitabxanaya təşəkkürünü
bildirib, kitabxanaçı
peşəsini ən şərəfli peşə
adlandırıb. O, universitetdə
elmi fəaliyyətin genişləndirilməsi məqsədilə
həyata keçirilmiş
yeni layihələrdən
danışıb.
Milli Kitabxananın
direktor müavini Mələk Hacıyeva univeristetin əməkdaşları
tərəfindən çap
olunmuş kitabların
Milli Kitabxanaya verilməsinə diqqəti
çəkərək bu
məsələdə köməklik
göstərməyi xahiş
edib. Professor Zahid Məmmədov və universitet nəşriyyatının
müdiri Kamil Hüseynov universitet tərəfindən çap
olunmuş kitabların
vaxtında kitabxanaya göndərildiyini, ayrı-ayrı
alimlər tərəfindən
başqa nəşriyyatlarda
nəşr edilmiş
kitabların da kitabxanaya göndərilməsi
üçün lazımi
köməklik göstəriləcəyini
bildiriblər. Pofessor Kərim
Tahirov öz kitablarının Milli Kitabxanaya verilməsində
müəlliflərin də
maraqlı olduqlarını,
bu əsərlərin
kitabxananın milli arxiv fondunda mühafizə edilərək
gələcək nəsillərə
ötürülməsinin, eyni zamanda, bu
sahədə dövlətin
qanunlarının icrasının
vacibliyini vurğulayıb.
UNEC nəşriyyatının redaktoru Rəhilə Cəbrayılova oxucular üçün yaradılmış
gözəl şəraitə
və mədəni münasibətə, xidmət
mədəniyyətinə, fondun tamlığının
təminatına ciddi çalışdıqlarına görə Milli Kitabxananın rəhbərliyinə
və əməkdaşlarına
təşəkkür edib.
UNEC kitabxanasının müdiri Nəzifə Bəxtiyarova universitet kitabxanasının müasir
standartlar əsasında
qurulması, təkmilləşdirilməsi
məqsədiləm həyata
keçirilən işlərdən
danışıb, Milli
Kitabxananın daima onlara dəstək verdiyini və gələcək əməkdaşlığa
ümidini qeyd edib.
Professor Zahid Məmmədov
universitet rəhbərliyi
adından Milli Kitabxananın direktoruna təşəkkür edib,
gərəkli dəstəyi
təmin etdiyinə görə Mədəniyyət
və Turizm Nazirlinə minnətdarlığını
bildirib.
Professor Kərim Tahirov
sonda bu təşəbbüsə görə
UNEC-ə minnətdarlığını bildirib, bu təşəbbüsün
ilk olaraq məhz bu universitet tərəfindən irəli
sürüldüyünü yüksək qiymətləndirərək,
gələcəkdə birgə
layihələrin davamlı
şəkildə həyata
keçirilməsini arzulayıb.
Sonda tədbir iştirakçıları UNEC əməkdaşlarının elmi nəşrlərindən ibarət müxtəlif dillərdə olan ədəbiyyatlar, eləcə də Milli Kitabxananın nəşrlərini əks etdirən geniş kitab sərgisi ilə tanış olublar.
525-ci qəzet.- 2018.- 1 mart.- S.2.