Özbəkistanda Qara Qarayev adına Mədəniyyət və
İncəsənət Mərkəzi açıldı
Daşkənddə Qara Qarayev adına Azərbaycan
Mədəniyyəti və
İncəsənəti Mərkəzinin
açılışı olub.
Heydər
Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin (AMM) təşkilatçılığı
ilə yaradılan mərkəzə ölkəmizin
tarixi, mədəniyyəti,
və musiqi incəsənətinə dair
çoxsaylı kitablar,
disklər, not nəşrləri,
bədii filmlər, milli geyim və
milli musiqi alətlərimiz hədiyyə
edilib.
Mərkəzdə Azərbaycan mədəniyyətinə
dair suvenirlər, rəsmlər, habelə tanınmış musiqiçilərimizin
portretləri, dahi bəstəkar Qara Qarayevin yaradıcılığına
dair bannerlər yerləşdirilib.
Açılış mərasimində məlumat
verilib ki, mərkəz qardaş ölkədə Azərbaycan
mədəniyyətini, musiqi
sənətini geniş
təbliğ edəcək
və xalqlarımız
arasında dostluq körpüsünü daha
da genişləndirəcək. Mərkəzdə mədəniyyətin müxtəlif
sahələrinə dair
açıq dərslər,
tələbələr üçün
Azərbaycan bədii filmləri, milli mədəniyyətimizə, musiqimizə
dair görüşlər
və tədbirlər
keçiriləcək.
Azərbaycan mədəniyyəti günü
çərçivəsində AMM ilə SMİ arasında əməkdaşlığa dair
memorandum imzalanıb. Memoranduma əsasən
tərəflər mədəniyyətin
müxtəlif sahələrinə
dair əməkdaşlıq
edəcək, təcrübə
mübadiləsi aparılacaq.
Mədəniyyət gününün
açılışında institutun prorektoru, professor Davlat Mullacanov dost Azərbaycan xalqının mədəniyyəti
ilə yaxından tanış olmaq imkanı yaratdığı
üçün AMM-nə
öz təşəkkürünü
bildirib. O, xarici ölkənin institutlarında
ilk mədəniyyət gününün
keçirildiyini, bunun
iki ölkə arasında mədəni əlaqələr sahəsində
yeni imkanlar açacağını qeyd
edib.
Mədəniyyət Mərkəzinin
direktoru Samir Abbasov iki ölkə
arasında elmi-mədəni
əlaqələrin inkişafında
xidmətlərinə görə
institutun rektoru,
professor İbrahim Yuldaşova
Mədəniyyət Mərkəzinin
fəxri diplomunu və öz unikallığı ilə
seçilən Azərbaycan
xalça sənətini
özündə əks
etdirən "İrəvan
xalçaları" kitabını
hədiyyə edib.
Tədbirdə Azərbaycan-Özbəkistan dostluğuna
dair klip, milli mədəni irsimiz, habelə Azərbaycanın Qarabağ
bölgəsində və
digər işğal olunmuş torpaqlarda tarixi abidələrə dair sənədli film nümayiş etdirilib.
Tədbirin sonunda Azərbaycan Milli Kitabxanası tərəfindən instituta
göndərilən nəşrlər
kitabxanaya təqdim edilib.
XƏDİCƏ
525-ci qəzet.- 2018.- 2 mart.- S.7.