Əbülfəs Qarayev Moldova nümayəndə heyətilə görüşdü

 

Martın 1-də mədəniyyət turizm naziri Əbülfəs Qarayev Moldova Respublikası Təhsil, Mədəniyyət Tədqiqatlar Nazirliyi Aparatının rəhbəri Georq Postikenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Ə.Qarayev qonaqları salamlayaraq "Moldova ədəbiyyatı günləri"ni ikitərəfli əlaqələr üçün ciddi addım kimi dəyərləndirib. Bildirib ki, bu cür qarşılıqlı layihələr ümumilikdə Azərbaycan-Moldova arasındakı əməkdaşlığa stimul verir: "Tədbirə Moldovanın tanınmış mədəniyyət ədəbiyyat xadimlərinin dəvət olunması ədəbiyyat adamlarının bir-birini tanımasına xidmət edir. Bu gün hər iki tərəfin bir-birinin ədəbi mühiti ilə tanışlığı cəmiyyətin ölkələrimiz arasında baş verən mədəni proseslərdən xəbərdar olmasına şərait yaradır".

Səfər çərçivəsində keçiriləcək görüşlərin səmərəliliyinə ümidvar olduğunu qeyd edən Əbülfəs Qarayev diqqətə çatdırıb ki, bu gün Azərbaycanla Moldova arasında əlaqələr yüksək xətlə inkişaf etməkdədir. GUAM üzvü olan ölkələrin birgə layihələrində Moldova ilə əməkdaşlığın perspektivləri ortaq layihələrin müsbət nəticələrini vurğulayan nazir Azərbaycanda keçirilən mədəniyyət layihələrində Moldovanın aktiv iştirakından məmnunluğunu ifadə edib. Bildirilib ki, Moldova incəsənət ustaları mütəmadi olaraq Azərbaycanda keçirilən beynəlxalq musiqi, teatr digər festivallarda iştirak edirlər: "Kitab mətbuat sahəsində əməkdaşlıq isə bu tanışlığı bir addım da yaxınlaşdırır. İnsanların intellektual inkişafına xidmət edən kitabların ədəbiyyat adamlarının tanıdılması mühüm əhəmiyyət kəsb edir".

İki ölkə arasında münasibətlərin inkişafında göstərdiyi xidmətlərə görə hər iki ölkənin səfirliklərinə Moldova Azərbaycanlıları Konqresinə təşəkkürünü bildirən Əbülfəs Qarayev xalqlarımız arasında oxşar mədəniyyətlərin olduğunu vurğulayıb. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycanın Novruz bayramı ilə Rumıniya Moldova respublikalarının milli bayramı olan Bahar günü - Martişor bayramı arasında oxşar xüsusiyyətlər qeyd edilib.

Moldova Respublikası Təhsil, Mədəniyyət Tədqiqatlar Nazirliyi Aparatının rəhbəri Georq Postike səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. O, Bakıda "Moldova ədəbiyyatı günləri" layihəsinin həyata keçirilməsində göstərdiyi təşəbbüsə görə əlaqədar təşkilatlara minnətdarlıq edib.

Vurğulanıb ki, iki ölkə arasında son 25 ildə siyasi, mədəni, iqtisadi əlaqələr inkişaf edib, Moldovada Azərbaycan diasporunun normal fəaliyyəti təmin olunub. Georq Postike Moldovada nəşr olunan "Azərbaycan xalçaları" seriyasından təqvimi nazirə təqdim edib.

Görüşdə iştirak edən Moldovanın Azərbaycandakı səfiri Georq Leuka Azərbaycan Yazıçılar Birliyinə qurumun Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinə minnətdarlığını bildirib. Qeyd edib ki, proqrama Mərkəzin nəşri olan "Dünya ədəbiyyatı" jurnalının Moldova ədəbiyyatına həsr olunmuş xüsusi sayının hazırlanması, Arkadie Suçevianunun "Qağayı ilə göndərilən məktub" şeir toplusu, İqor Volnitskinin "Mənə ölməyi öyrət" kitabının müzakirəsi təqdimatları, habelə Moldova poeziya gecəsinin keçirilməsi daxildir. Bildirilib ki, Kişinyovda Azərbaycan ədəbiyyatı ilə bağlı çap edilən kitabların təqdimatı keçiriləcək.

Səfir il ərzində qarşılıqlı mədəni tədbirlər planı haqqında da məlumat verib. Bildirib ki, Moldova sənət ustaları Azərbaycanda keçiriləcək Beynəlxalq Muğam festivalı, "İpək yolu" beynəlxalq musiqi festivalında iştirak edəcək, çoxsaylı qarşılıqlı layihələr reallaşdırılacaq.

Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov konqres tərəfindən görülən işlərdən söz açıb. Vurğulayıb ki, konqres Moldovada fəaliyyət göstərən yaradıcı ittifaqlarla sıx əməkdaşlıq edir.

Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanu mədəni sahədə əlaqələrin möhkəmlənməsində maraqlı olduqlarını bildirib: "Mədəni yaxınlıq ölkələr arasında ictimai-siyasi vəziyyətə hər zaman müsbət təsir göstərir. Kişinyovda Azərbaycan yazıçılarının hekayə antologiyası, Xalq yazıçısı Anarın " qoç, qara qoç" romanı nəşr edilib".

Sonda nazir Əbülfəs Qarayev 65 illik yubileyi dünya mədəniyyətinə verdiyi töhfələrə görə Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanuya Azərbaycanla Moldova arasında ədəbi-mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzova fəxri fərman hədiyyələr təqdim edib.

Qeyd edək ki, Moldova nümayəndə heyəti Mədəniyyət Turizm Nazirliyinin dəstəyi, AYB Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı, Moldova Azərbaycanlıları Konqresinin iştirakı ilə martın 3-dək Bakıda keçirilən "Moldova ədəbiyyatı günləri"ndə iştirak etmək üçün ölkəmizdə səfərdədir.

 

 

525-ci qəzet.- 2018.- 2 mart.- S.7.