Bakıda Moldova ədəbiyyatı ilə bağlı tədbirlər

 

YAZIÇILAR BİRLİYİNDƏ "DÜNYA ƏDƏBİYYATI" DƏRGİSİNİN "MOLDOVA" XÜSUSİ SAYININ TƏQDİMATI OLUB

 

Dünəndən etibarən Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin dəstəyi, Moldova Azərbaycanlıları Konqresinin iştirakı Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı ilə Bakıda "Moldova Ədəbiyyatı Günləri" keçirilir.

Layihə çərçivəsində dünən AYB sədri, Xalq yazıçısı Anarla görüşən nümayəndə heyəti sonra "Natəvan" klubunda "Dünya ədəbiyyatı" dərgisinin "Moldova ədəbiyyatı" xüsusi sayının təqdimat mərasiminə qatılıblar.

Mərasimdə AYB rəhbərliyi, Moldovadan ölkəmizə təşrif buyuran qonaqlar, azərbaycanlı yazarlar jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu "Moldova ədəbiyyatı günləri"nin məramları proqramı haqqında məlumat verib. Qeyd edib ki, bununla bağlı Kişinyovda imzalanan Əməkdaşlıq Memorandumuna əsasən, moldovalı müəlliflərin əsərləri ana dilimizdə, Azərbaycan ədiblərinin yaradıcılığı isə rumın dilində nəşr olunub.

Mərkəzin nəşri olan "Dünya ədəbiyyatı" dərgisinin bir sayı bütövlükdə Moldova ədəbiyyatına həsr edilib. Bundan başqa, moldovalı müəlliflərdən şair Arkadi Suçevyanunun "Qağayı ilə göndərilən məktub" adlı şeir kitabı İqor Volnitskinin "Mənə ölməyi öyrət" adlı romanı Azərbaycan dilində çap olunub. Bu müddət ərzində Moldovada da Azərbaycan ədəbiyyatı ilə bağlı işlər görülüb. Azərbaycan ədiblərinin hekayələrindən ibarət "Atama məktub" antologiyası, Xalq yazıçısı Anarın " qoç, qara qoç", Xalq yazıçısı Elçinin "Baş" romanı çap olunub. Moldovada nəşr edilən ədəbi əsərlər sırasında Xalq yazıçısı Çingiz Abdullayevin romanı da var.

AYB-nin sədri Anar Moldova Azərbaycan ədəbi əlaqələri haqqında fikirlərini bölüşüb, keçirilən tədbirləri yeni nəşrləri yüksək qiymətləndirib. Anar qeyd edib ki, bu cür layihələr ölkələr arasındakı dostluq mədəni əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayır.

Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov çıxışında Azərbaycan Moldovanı özünün iki vətəni adlandırıb bu məzmunda əlaqələrə ürəkdən sevindiyini vurğulayıb. Konqres tərəfindən görülən işlərdən söz açan sədr vurğulayıb ki, bu qurum Moldovada fəaliyyət göstərən yaradıcı təşkilatlarla sıx əməkdaşlıq edir. V.Novruzov onu AYB-nin fəxri üzvü seçdiklərinə görə Birliyin sədri Anara qurumun rəhbərliyinə təşəkkürünü bildirib.

Moldovanın Azərbaycandakı səfiri Georq Leuke il ərzində nəzərdə tutulan qarşılıqlı mədəni tədbirlər planı haqqında da məlumat verərək bildirib ki, Moldova sənət ustaları Azərbaycanda keçiriləcək Beynəlxalq Muğam festivalı, "İpək yolu" beynəlxalq musiqi festivalında iştirak edəcək, birgə layihələr reallaşdırılacaq.

Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanu mədəni sahədə əlaqələrin möhkəmlənməsində maraqlı olduqlarını bildirib. Qeyd edib ki, mədəni yaxınlıq ölkələr arasında ictimai-siyasi vəziyyətə hər zaman müsbət təsir göstərir. "Dünya ədəbiyyatı" dərgisinin xüsusi sayından söz açan qonaq nəşrdə müasir moldovan ədəbiyyatının bütöv mənzərəsinin əks olunduğunu vurğulayıb.

"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru Seyfəddin Hüseynli nəşrin "Moldova ədəbiyyatı" sayında əsərləri yer alan müəlliflər, moldovan ədəbiyyatının buradan görünən mənzərəsi haqqında ümumi məlumat verib.

Daha sonra moldovalı yazıçı İqor Volnitski, Moldova Respublikası Təhsil, Mədəniyyət Tədqiqatlar nazirinin kabinet rəhbəri Georq Postike başqaları çıxış edərək görülən işlərə görə hər iki ölkənin nümayəndələrinə təşəkkürlərini bildiriblər.

Layihə çərçivəsində növbəti tədbir dünən R.Mustafayev adına Milli İncəsənət Muzeyində keçirilib. Tədbirdə əvvəlcə şair A.Suçevyanunun Azərbaycan dilində nəşr olunmuş "Qağayı ilə göndərilən məktub" kitabı təqdim edilib, müəllif öz şeirlərini oxuyub. Sonra isə Nikolae SpetaruLeo Butnaru öz şeirlərini səsləndiriblər.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 2 mart.- S.7.