Amerikanın xilaskar peyğəmbəri
- Abraham Linkoln
Telman ORUCOV
(Əvvəli ötən şənbə
sayımızda)
Fort Samter
və Vətəndaş müharibəsinin başlanması
Vəzifəsinə
başladıqdan az sonra Linkoln Samter
qarnizonundan mesaj aldı ki, ərzaqla təmin olunmasalar və
ya köçürülməsələr, qısa müddətdə
acından öləcəklər. Linkoln hərəkət
etməyi bir aylıq müddətə təxirə saldı.
Ona bu məsələ barədə bir-birinə
zidd olan məsləhətlər verilirdi.
Linkoln düşünürdü ki, əgər
müharibə başlasa, təbii olaraq orduları
qaldırmaq, gəmilər qayırmaq lazım gələcəkdir. Vahid ölkədə
birləşmək prinsipi, həm də əgər ABŞ
Fransa və İspaniya ilə müharibəyə girsə,
bütün amerikalılara öz təsirini göstərəcəkdir.
Qoca Eyb dərc etdirdiyi proklamasiyada Virciniya da daxil olmaqla
bütün ştatları ona qoşun göndərməyə
çağırdı. Bəziləri isə buna
gülürdü, əgər Merilend Birlikdən getsə,
hökumət Vaşinqtonu tərk etməli olacaqdı. Əgər paytaxt qiyamçılara uduzulsaydı,
Linkolnun impiçmentini tələb edən, həm də bunun
uğuruna ümid bəsləyən bir hərəkat
başlayacaqdı. Əgər Linkoln vəzifədən
getsəydi, hakimiyyəti Syuard ələ keçirəcəkdi.
Paytaxt da Harrisburqdan şimalda olan bir yerə
köçürüləcəkdi. Beləliklə,
Şimali Amerika Respublikasındakı xaosu heç bir yolla
dayandırmaq mümkün olmayacaqdı.
General
Skott, Dövlət katibi Syuard və digərləri ona təlqin
edirdilər ki, fort tərk edilsin. Syuard başa
düşürdü ki, faktiki olaraq fortdan əl çəkiləcəkdir.
Digər tərəfdən,
Respublikaçıların çoxu təkid edirdi ki,
hansısa bir zəiflik göstərilsə, bu, partiyaya və
Birliyə bədbəxtlik gətirəcəkdir. Nəticədə
Linkoln iki yüngül ekspedisiya hazırlamağa göstəriş
verdi, onlardan biri Fort Samter, digəri isə
Floridadakı Fort Pikvis üçün idi. O, Samter fortunu
yalnız ərzaqla təmin etmək sahəsindəki öz cəhdini
Cənubi Karolina qubernatoruna da bildirdi.
Linkolnun ekspedisiyası gələnə qədər
Konfederat hökuməti mayor Andersondan tələb etdi ki,
qarnizon fortdan çıxsın, o isə bunu rədd etdi. 12 aprel 1861-ci
ildə sübhçağı Konfederat batareyaları limana atəş
açdı. 4 iyulda Linkoln Konqresslə
görüşəndə, bunu hökumətə
qarşı hücum kimi qiymətləndirib, “silahlı
münaqişənin başlandığını” bildirdi.
Konfederat nümayəndələri isə
özlərinin atəş açmalarına baxmayaraq, Linkolnun
özünü əsl təcavüzkar kimi ittiham etdilər.
Linkoln Birliyi qoruyub saxlamaqda qətiyyətli idi. O, Konfederata qarşı
dayanmalı idi və belə nəticəyə gəldi ki, Samterdə
də dayanış gətirmək lazımdır.
Linkoln bundan əvvəl uzun müddət Nümayəndələr
Palatasının üzvü olmuş qoca Franklin Blerlə
söhbət edəndə o, Prezidentə demişdi ki, sən
Fort Samteri axıra qədər əldə saxlamalısan. Sən ona ərzaqla
kömək edəndə, qiyamçılar atəş
açacaqlar. O vaxt sən güc vasitəsilə Birliyi
bərpa etmək hüququna malik olacaqsan. Qoca siyasətçi
hər şeyi əvvəlcədən düzgün təsəvvür
etmişdi və bildirmişdi:
- Mister Prezident, qalib niyə və necə udduğunu və
ya özünün təcavüzkar
olub-olmadığını izah etməyə heç vaxt
ehtiyac duymur.
Prezident
cavabında ona dedi ki, mən azlığın prezidentiyəm.
İndi mən düşünməliyəm ki,
bu azlıq məni necə seçmişdir. Kanada və Meksika sərhədləri arasında
yalnız mən tam hüquqlu prezidentəm. Syuardı və Çeyzi seçicilər ona
görə rədd etdilər ki, ictimaiyyət onları düz
və ya səhv olaraq bir abolyutsionist, müharibəyə can
atan adamlar kimi gördü. Ona görə
də partiya və sonra millət mənə tərəf
döndü. Kentukkidən, qul sahiblərindən
tutmuş, sərhəd ştatlarında olan adamlara qədər
- mənim arvadım da Kentukkidəndir - hamı deyirdi ki, o,
(Linkon özünü nəzərdə tuturdu)
quldarlığın genişlənməsinə imkan verməyəcəkdir.
Lakin həm də quldarlığın
inkişaf etdiyi ştatlarda onun ləğv edilməsi
üçün hakimiyyətə malik olmayacaqdır. Məhz bu ümidlə onlar mənə səs verdilər
ki, mən öz dediklərimə əməl edəcəyəm
və sülhü qoruyub saxlayacağam.
Ancaq bunu
da xatırlatmaq olardı ki, üç il əvvəl
Linkoln Senat üzvlüyünə namizəd olanda demişdi
ki, “mən inanıram ki, bu hökumət yarıqul və
yarıazad olmağa daim dözə bilməz”. Linkoln
indi bu fikrini onunla izah edirdi ki, mən hələ irəlini
görmürdüm. Gözləmirdim ki, ev
yıxılacaqdır. Bu, o demək idi ki, o,
Birliyin parçalanmasını gözləmirmiş.
Linkoln
Blerin böyük təcrübəsinə işarə edərək
ona dedi:
- Siz o
adamlardan birisiniz və düşünürsünüz ki, mən
Friportda hakimə qurduğum tələyə o da
düşmüşdür.
Prezident Duqlasla olan debatını nəzərdə
tuturdu. Bir qədər sonra Linkoln yaxınlaşan daha ciddi təhlükəni
və reallığı görməyi bacardı və
Çeyzə demişdi ki, əgər biz Fort Samterə əlavə
kömək göndərsək, mütləq müharibə
olacaqdır.
Fort Samter yaxınlığında baş verən hadisə
Cənubda da, Şimala bərabər bir effekt yaratdı. Cənub da
Şimala qarşı birləşdi. Bir ay tərəddüd
etmiş 4 qul ştatı ayrılmaq haqqında dekret verdi.
Ağ
Evin qırmızı otağındakı iclasda Linkoln cibindən
bir sənəd çıxarıb dedi:
- Mən
istəyirəm ki, siz bəzi şeyləri eşidəsiniz. Bu, Proklamasiyadır. (Həmin sənəd
sonralar 13 aprel Proklamasiyası kimi məşhurlaşdı).
Mən əsas maddələri oxuyacağam. Karolina,
Corciya, Alabama, Florida, Missisipi və Luizianadakı elementlər
qanunun icra edilməsinə maneçilik törətdiklərinə
görə onların məhkum edilməsi ilə sənədi
başlayacağam. “Execution” sözü
ingilis dilində həm icra etmək mənasını verdiyi
kimi, həm də “edam etmək” mənasında işlədildiyindən,
senator Duqlas bu sözü eşitdikdə diksindi.
Duqlasın qanunun icra edilməsi barədəki sualına
Linkoln cavab verdi ki, bəli, hakim, bu and mənim
bastionumdur (qalamdır), mənim qalxanım və mənim
“qılıncımdır”. Mən Birliyi qoruyub
saxlamağı, mühafizə və müdafiə etməyi
onlara bəyan edəndə, onların artıq heç bir
seçimi yox idi.
Duqlas deyəndə ki, Virciniya da Birlikdən
çıxır, bəs Merilend necə? Linkoln buna cavab verdi ki, o, Merilendi güc tətbiq etməklə
saxlamağa hazırlıq görmüşdür. Mən bunu bacarmasam, biz bu şəhəri (Kolumbiya
mahalında yerləşən Vaşinqtonu nəzərdə
tuturdu) itirəcəyik. Merilendin qubernatoru
bizimlədir. Kentukkinin qubernatoru isə
ayrılmağın xeyrinə iş aparır. Bizim
qəhrəmanımız mayor Anderson da kentukkilidir. Mayor Fortu dünən rəsmi olaraq Birləşmiş
Ştatlar ordusunun himayəsinə qaytarmışdır.
Duqlas
Linkolna dedi:
- Sənin
mənə Friportda qazdığın dərin qəbirdən
sonra - və mən mister Devisə bənzəmirəm,
heç də lənətə gəlmiş səfeh də
deyiləm, - şübhələnirəm ki, sən manevr edirsən.
Müharibə gələcəkdir, mister
Prezident.
Linkoln
buna belə cavab verdi:
- Bəli,
o, artıq gəlmişdir.
Duqlas:
- Beləliklə,
sən indi respublikanı yenidən yaratmaq üçün
heç bir şansa malik deyilsən.
Linkoln həmsöhbətinə
diqqətlə nəzər yetirib dedi:
- Sənin
şirin və qartalın millətin hansısa əcdadının
izi ilə getməyə dözə bilməz. Sənin
böyük adamın “fərqlənmək üçün
susuzluqdan yanır, alovlanır”. Və
güman ki, o, buna nail olacaqdır. Lakin
qulların azad olunması hesabına və ya azad adamları
qula çevirmək hesabına. Mən
çıxışımı da belə bir ümidlə
bitirdim ki, biz Corc Vaşinqtona qayıdacağıq və
heç vaxt onun prinsiplərini pozmayacağıq. Mən görəcəyəm ki, biz
Respublikaçılarıq, sizin hamınız isə
Demokratsınız. Mən baniləri təqlid etməyə
əks ola bilmərəm.
Sonra o,
narazılıqla Duqlasa dedi:
- Eh,
hakim! Belə də davam elə və sən, həqiqətən
də, şirin nərə çəkməsini eşidəcəksən.
Cənubun liderləri də başlanğıcda
müharibə variantını gözləmirdilər. Onlar fikirləşirdilər
ki, ölkəni vətəndaş müharibəsinə deyil,
Konstitusiya böhranına gətirib çıxaracaqlar.
Lakin Samterdə top atəşlərinin səsi eşidildikdə,
bu atəşi cənublular atmışdılar, yeni niyyətlər
meydana çıxdı və coşan ehtiraslar bütün
ölkəni bürüdü.
11 ştat ayrıldıqda parçalanma prosesi
dayandı. Konfederasiyanın qalan 4 qul ştatını -
Delaveri, Merilendi, Kentukki və Missurini öz tərəfinə
çəkmək cəhdləri isə fayda vermədi.
Beləliklə, Şimal 23 ştatdan, Cənub isə 11
ştatdan ibarət olmaqla, özlərinin yeni
mövcudluğuna başladılar. Şimalın əhalisi
22 milyondan çox idi, ayrılan ştatların əhalisi isə
9 milyon nəfərə qədər idi. Bir
sıra amillər nəzərə alındıqda
Şimalın qalib gəlməsi ehtimalı daha böyük
idi.
Fort Samterdəki atəş əvvəldən gözlənildiyi
kimi, azad ştatların ərazilərində vətənpərvərlik
canlanması yaratdı. Şimalın bir müsbət cəhəti
də onun xarici əlaqələrinə əsaslanırdı.
Böyük Avropa dövlətlərindən təkcə
biri Cənubu tanısaydı, Linkolnun elan etdiyi Cənub
limanlarının blokadası bir andaca dağılardı.
Linkoln administrasiyası diplomatik işi məharətlə
aparırdı.
Linkolnun ilkin niyyəti nə müharibə
başlanmasına provokasiya etmək, nə də sülhü
dəstəkləmək idi. Birliyi qoruyub saxlamaq
üçün o, hər şeyə hazır idi, hətta
sülhü qorumağa da şad olacaqdı. Lakin həm
də yalnız qısa müddətdə davam edəcəyini
güman etdiyi müharibəni başlamağa da risk etməyə
hazır idi. Cənub limanlarının blokada
olunmasını bəyan etməsi onun mühüm qətiyyətli
addımlarından biri idi. Bundan əvvəl
isə qoşun toplamaq barədə ştat qubernatorlarına
çağırış etmişdi. O, strateji plana və
orduya başçılıq etmək üçün komanda
sisteminə malik olmağa hələ də ehtiyac duyurdu.
General Skott ona bir neçə yaxşı məsləhət
vermişdi.
O, təklif etmişdi ki, Virciniyadakı Konfederat
qoşunları ilə döyüşə girilməsin,
Missuri çayı üzərində nəzarət ələ
keçirilsin və Cənubu sıxışdırmaq
üçün blokada daha da möhkəmləndirilsin. Lakin
Linkoln Skottun müqayisəli qaydada passiv və qan
tökülməməsini nəzərdə tutan “Anakonda”
planına az etibar edirdi. O, başa
düşürdü ki, müharibə əgər qalib gəlmək
üçün aparılırsa, aktiv vuruşmalardan
keçməlidir. Ona görə də Skottun ideyasına
düzəliş edib, Virciniya cəbhəsində birbaşa
irəliləməyə göstəriş verdi,
lakin onun niyyəti baş tutmadı, döyüş məğlubiyyətlə
nəticələndi, Federal qüvvələrin 21 iyul 1861-ci
ildə Bull Randa (Öküz qaçışı)
darmadağın edilməsi ilə başa çatdı.
Ordunun müxtəlif yerlərdə irəliləməsi,
yunionistləri dəstəkləmək və onların
köməyindən istifadə etmək barəsindəki
planı ona əsaslanırdı ki, Şimal sayca böyük
qüvvəyə malikdir, düşmənin isə
üstünlüyü qüvvələrini mərkəzləşdirməkdə
böyük bacarığa malik olması idi və bundan ilkin
dövrlərdə səmərəli istifadə edirdi. Şimal
düşmənə artıq qüvvə ilə müxtəlif
cəhətlərdən eyni bir vaxtda təhlükə törətməli
idi. Dəniz donanmasının blokadası
ilə birlikdə bu, Linkoln strategiyasının mahiyyətini təşkil
edirdi.
Müharibə Prezidenti hərb elmini öyrənməyə
məcbur etmişdi. O, demək olar ki, hər gün Konqressin kitabxanasına adam göndərir, oradan ona oxumaq
üçün lazım olan kitablar gətirilirdi. O, belə qərara
gəlmişdi ki, müharibə heç də siyasətdən
fərqli deyildir. Bunu məhz məşhur alman hərb nəzəriyyəçisi
Karl fon Klauzevits demişdi: “Müharibə
başqa vasitələrlə aparılan siyasətdir”.
Ağ evin Kabinet otağında müşavirə gedirdi. Müdafiə naziri Kemeron
prezidentin sualına cavab verdi:
- Biz
bütövlükdə orduda, müxtəlif məşq səviyyələrində
310 min adama malikik, bu, dünyanın ən böyük ordusu
deməkdir.
Əsgərlərin çoxu könüllülər idi
və azacıq ixtisasa sahib olan zabitlər onları
dövrün həqiqi ordusuna çevirirdi.
(Ardı var)
525-ci qəzet.-2018 3 mart.-S.22.