Milli mədəniyyət incilərinin
keşiyində...
“XALQ
ƏMANƏTİ” KİMİ NƏŞR OLUNAN
ÜÇCİLDLİK “AŞIQ ƏDƏBİYYATI
ANTOLOGİYASI” SÖZ XƏZİNƏMİZİN QORUNMASI
VƏ TƏBLİĞİNƏ MÜHÜM
TÖHFƏDİR
Dəyərli ənənəyə
çevrilmiş “Xalq
Əmanəti” layihəsi
çərçivəsində Xalq Bank bu günlərdə
daha bir mühüm mədəni aksiyanı həyata keçirib.
2010-cu ildə
start verilən bu
layihə üzrə
indiyədək bir sıra qiymətli nəşrlər hazırlanıb,
önəmli sərgilər
təşkil edilib.
Görkəmli rəssamlarımızdan Böyükağa Mirzəzadənin,
Mikayıl Abdullayevin, Maral Rəhmanzadənin, Səttar Bəhlulzadənin,
Nadir Əbdürrəhmanovun, Xalidə Səfərova və Mahmud Tağıyevin,
Vəcihə Səmədovanın,
Kamal Əhmədin, Fazil Əliyevin, Gennadi Brijatyukun, Rza Məmmədovun, Qorxmaz Sücəddinovun, şəhid heykəltəraş
Samir Kaçayevin bədii albomları və sərgiləri məhz bu layihə
sayəsində gerçəkləşib.
Poeziyamızın parlaq
nümayəndələri olan
Məmməd Arazın,
Hüseyn Arifin, Mikayıl Müşfiqin, Xəlil Rza Ulutürkün seçilmiş
əsərləri, həmçinin
numizmat alim professor Əli Rəcəblinin “Azərbaycan sikkələri”
kitabı “Xalq Əmanəti” kimi işıq üzü görüb.
Bu dəfə isə
layihə çərçivəsində
üçcildlik “Aşıq
ədəbiyyatı antologiyası”
- milli mədəni irsimizin sütunlarından
sayılan ozan-aşıq
yaradıcılığınümunələrinin
möhtəşəm toplusu
hazırlanaraq təqdim
olunub. Bu nəşr
özündə aşıq
şeiri incilərini,
eləcə də qəhrəmanlıq və
məhəbbət dastanlarını
ehtiva edir. “Xalq Əmanəti”
silsiləsindən 16-cı nəşr olan “Aşıq ədəbiyyatı
antologiyası” nüfuzlu
alimlərimizin 2 ildən
artıq müddətdə
davam edən ardıcıl elmi-tədqiqat
işlərinin bəhrəsidir.
Nəşrin tərtibçiləri
Əməkdar elm xadimi,
Azərbaycan Aşıqlar
Birliyinin sədri
professor Məhərrəm Qasımlı
və filologiya elmləri doktoru, professor Mahmud Allahmanlıdır.
Elmi redaktoru M.Qasımlı olan nəşrin redaktoru filologiya üzrə fəlsəfə
doktoru Şəhla Tahirqızı, bədii tərtibatçısı və
dizayneri Tərlan Qorçudur. Üçcildlikdə naməlum müəlliflərin
əsərlərinə, arxaik
və əcnəbi sözlərdən ibarət
geniş lüğətə
də yer verilib.
“Aşıq ədəbiyyatı
antologiyası”nın təqdimat mərasimində
Azərbaycanın tanınmış
elm, ədəbiyyat və
mədəniyyət adamları,
ictimai xadimlər, aşıq sənətinin
nümayəndələri, media və biznes mühitinin təmsilçiləri
iştirak ediblər.
Mərasim iştirakçılarını salamlayan Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun fikrincə,
Xalq Bank bu antologiyanı ərsəyə
gətirməklə, ilk növbədə,
Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü
siyasətinə, onun maddi sərvətləri mənəvi zənginliyə
çevirmək devizinə
sadiqliyini bir daha nümayiş etdirib. Akademik deyib ki, son illər ölkəmizdə
aşıq sənətinə
dövlət səviyyəsində
böyük diqqət
və qayğı göstərilir. Aşıq
sənətinin YUNESKO-nun qeyri-maddi
mədəni irs Siyahısına daxil edilməsi də bu yüksək
münasibətin təzahürüdür.
Məhz
o baxımdan, “Aşıq
ədəbiyyatı antologiyası”nın
“Xalq Əmanəti” kimi nəşri Xalq Bankın doğma Azərbaycana, onun qədim və zəngin mədəniyyətinin təbliğinə
müstəsna xidməti
hesab oluna bilər.
Akademikin sözlərinə görə,
bu nəşrdə toplanan bədii nümunələr həm
mədəni-intellektual, həm
də ideoloji planda böyük dəyər və önəm kəsb edir. Antologiya aşıq ədəbiyyatı
ilə bağlı ciddi və sanballı
qaynağa çevrilməklə
bərabər, onun geniş tirajı istər ölkə daxilində, istərsə
də xaricdə bu sahə ilə
maraqlanan insanlar, araşdırıcılar üçün
əlverişli istifadə
imkanları açacaq.
N.Cəfərov qeyd edib ki, birinci cilddə
168 müəllifin poetik
əsərləri yer
alıb və həmin əsərlər
bu sahənin biliciləri olan alimlər, folklorşünaslar
tərəfindən ətraflı
tədqiq edilərək
nəşrə salındığı
üçün sözügedən
toplu son dərəcə
səhih, yəni mükəmməl mənbə
rolunu oynayacaq. Ozan-aşıq sənətimizin əcdadı sayılan Dədə Qorqudun da bu antologiyada
təmsil olunmasını
akademik N.Cəfərov
daha bir əlamətdar cəhət
kimi nəzərə çatdırıb. Millət vəkili
bildirib ki, əsərlərin yüksək
peşəkarlıqla aparılan
seçimi və tədqiqi zamanı bu sahədə əvvəllər əldə
edilmiş nailiyyətlərə,
mətnşünaslıq-folklorşünaslıq
elmimizin keçmişdə
qazandığı uğurlara
ehtiramla, həssaslıqla
yanaşılması da
olduqca diqqətəlayiq
cəhətdir.
Son iki ildən artıq müddətdə
antologiya üzərində
böyük əmək
sərf etmiş
professor Məhərrəm Qasımlı
çıxışına Ümummilli lider Heydər Əliyevin düşüncə irsinə
müraciətlə başlayıb. “Kitabi-Dədə
Qorqud”u, ozan-aşıq
sənətimizi milli estetikanın, mənəvi
dəyərlərimizin mötəbər
qaynağı kimi yüksək qiymətləndirmiş
Ulu öndərə istinad edən alim deyib: “Məhz
bu məqama əsaslanmaqla biz öz milli-vətənpərvərlik borcumuzu daha aydın dərk etməli, ozan-aşıq sənətinə, yüzillər
boyu milli ruhumuzu, mənəvi varlığımızı misilsiz
şeirlərlə, dastanlarla
qoruyub yaşatmış
aşıqların, el sənətkarlarının
sayəsində yaranan
bu möhtəşəm
xəzinəyə böyük
diqqətlə yanaşmalıyıq”.
Professorun
sözlərinə görə,
aşıq sənətinin
inkişafında sufi dünyagörüşün,
təsəvvüf düşüncəsinin
rolu sovet dövründə qəsdən
pərdələnib və
arxa plana keçirilib. O baxımdan,
hazırkı antologiya
bu boşluğu doldurmaq, aşıq ədəbiyyatını hərtərəfli
tədqiq və təqdim etmək üçün də gözəl bir vəsilə olub. Antologiyanın elmi redaktoru deyib ki, nəşrdə yer alan hər
bir ədəbi nümunə üzərində
çox böyük ciddiyyət və dəqiqliklə iş aparılıb, bu sahədə professor Mahmud Allahmanlı
və layihənin rəhbəri Rafiq Həşimovla sıx əməkdaşlıq öz
layiqli nəticəsini
verib.Antologiyanın mündəricəsindən
söz açan M.Qasımlı ulu ozan Dədə Qorqudun ədəbiyyatşünaslıq
və folklorumuzun tədqiqi tarixi boyu ilk dəfə məhz bu nəşrdə
ədəbi şəxsiyyət
kimi təqdim olunduğunu, aşıq sənətimizin mənbəyinin
ona bağlandığını
diqqətə çatdırıb.
Burada indiyədək aşıq
poeziyası toplularında
yer almayan 60-a qədər müəllifin
yaradıcılığı, həmçinin, bir çox ədəbi nümunənin müəllifinə
dair dəqiqləşdirmələr
öz əksini tapıb. Professor hər bir cild haqqında müfəssəl danışaraq,
nəşrin redaktoru Şəhla Tahirqızının
da nəşr üzərindəki əməyini
xüsusi qeyd edib. Çıxışın sonunda Xalq
Banka minnətdarlığını dilə gətirən M.Qasımlı “Xalq Əmanəti” layihəsinin
əsl vətənsevərlik
və milli-mədəni
təəssübkeşlik örnəyi
olduğunu vurğulayıb.
“Aşıq ədəbiyyatı
əsrlərdən bəri
çağlayan tükənməz
sənət və mənəviyyat çeşməsidir”
- görkəmli ədəbiyyatşünas,
söz sənətimizin,
xüsusən Kərkük
folklorunun fədakar tədqiqatçısı professor Qəzənfər Paşayev
çıxışına bu fikirlə başlayıb. Aşıq ədəbiyyatının araşdırılması və
təbliğinin vacibliyinə
diqqət çəkən
Q.Paşayev dövlətin
bu sənətə yüksək diqqət və qayğısından
ətraflı söz açıb. Professor təqdim edilən bu antologiyanın Xalq Bankın milli mədəniyyətə
növbəti parlaq töhfəsi olduğunu bildirib.
Tanınmış ədəbiyyatşünas professor Şirindil Alışanlının
qənaətinə görə,
indiyədək ölkəmizdə
aşıq ədəbiyyatını
bu qədər geniş, hərtərəfli
şəkildə əks
etdirən, fundamental elmi
tədqiqatın yekunu
kimi ortaya çıxan sanballı antologiya hazırlanmamışdı. Antologiyanın məziyyətlərindən bəhs
edən alimin fikrincə, bu nəşr aşıq ədəbiyyatına dair yeni araşdırmalara təkan verəcək.
Antologiya
üçün baxımlı
və məzmunlu illüstrasiyalar yaratmış
Xalq rəssamı Arif Hüseynov bu dəyərli nəşrə görə
Xalq Banka, layihənin rəhbərliyinə minnətdarlığını
bildirib, həmçinin,
bədii tərtibatçı
və dizayner T.Qorçunun işini təqdir edib.
Saz-söz sənətimizin tanınmış
nümayəndələrindən Aşıq Ulduz və Aşıq Əhliman aşıq yaradıcılığına verilən
böyük qiymət
üçün dövlət
rəhbərliyinə minnətdarlıq
ünvanlayıb, Xalq Bankın “Xalq Əmanəti” layihəsini
və bu antologiyanın nəşrini
alqışlayıblar.
Antologiya ilə bağlı bir təsirli və əlamətdar məqam da budur
ki, tərtibçilər
hələ 2015-ci ilin
əvvəlində mərhum
Xalq şairi Zəlimxan Yaqubdan, Aşıqlar Birliyinin sədri və sazın-sözün görkəmli
bilicisi olaraq, bu nəşr üçün bir məqalə yazmağı
xahiş ediblər. Müraciəti fərəhlə qarşılayan
şair, məqaləni
mütləq yazacağı
barədə vəd verib. Amansız xəstəlik onu
günbəgün zəiflədib
əldən salsa da, şair yenə öz vədini yerinə yetirib, “Dahilik, müdriklik, sadəlik” adlı məqaləsini qələmə
alaraq, yaradıcı heyətə çatdırıb.
Z.Yaqubun bu nəşri görməsinə, çox
təəssüf ki, əcəl aman vermədi. Ancaq onun son əsərlərindən
olan həmin məqalə antologiyada öz layiqli yerini tutub. Unudulmaz şairin bu yadigar sətirləri
“Aşıq ədəbiyyatı
antologiyası”nın “Xalq
Əmanəti” kimi nəşrinin əhəmiyyətini
bir daha təsdiqləyir: “Aşıq
kimi nəsillərin yaddaşında qalmaq, eşq ocağını ətəkləmək, qalamaq,
alovlandırmaq, sözün
alınmaz qalasına çevrilmək, heç
kəsin bacarmadığını
bacarmaq hünər işidir... Aşıq yaradıcılığı ruhumuzun danışan dilidir. Bu dil aranın-yaylağın, gülün-çiçəyin,... yerin-göyün, buludun-şimşəyin, gözəlliyin,
məhəbbətin... dilində
danışır, bizi
də bu ruhda danışdırır,
bu ruha kökləyir”.
Xədicə
RƏHMAN
525-ci qəzet.-2018.-3 mart.-S.16.