Yunus Oğuzla gənclərin
görüşü keçirildi
Yasamal rayonundakı
Heydər Əliyev Mərkəzində Azərbaycan
Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə yazıçı-publisist
Yunus Oğuzun gənclərlə görüşü
keçirilib.
Görüşdə Yunus Oğuz yaradıcılığı
və şəxsiyyəti
haqqında gənclərə
ətraflı məlumat
verən AMEA-nın müxbir üzvü, akademik Nizami Cəfərov bildirib ki, yazıçı mükəmməl tarixi romanlar müəllifidir:
“Yunus Oğuzun tarixçiliyi çox dinamikdir. Onun tarixi romanlarında
və tarixi pyeslərində tarixi xronologiya mövcuddur.
Məsələn, Əmir
Teymura həsr olunmuş romanında Yunus Oğuz çalışır ki,
Əmir Teymurun həm ümumən türk dünyasındakı
tarixi rolunu dəyərləndirsin, həm
də Azərbaycanla birgə əlaqələndirsin”.
N. Cəfərov Y. Oğuzun
“Nadir şah” əsəri,
son romanı “Ovçu”
haqqında da gənclərə məlumat
verib.
Sonda çıxış edən yazıçı Y. Oğuz tarixi roman yazanda, 200-ə qədər tarixi mənbəyə istinad etdiyini diqqətə çatdırıb: “Azərbaycan Elmlər Akademiyası və Tarix İnstitutu kitablarım haqqında kifayət qədər məlumatlıdırlar. Və bu günə qədər heç bir tarixçi elmi simpoziumlarda, təhlillərdə qeyd etməyib ki, Yunus Oğuz hansısa əsərində tarixi təhrif edib. Mən tarixi təhrif edə bilmərəm”.
Müşfiq
525-ci qəzet.-2018.-3 mart.-S.13.