Xalça Muzeyindən reportaj  

 

MUZEYDƏ XANIM JURNALİSTLƏR ÜÇÜN MEDİATUR TƏŞKİL OLUNDU

 

Azərbaycan Xalça Muzeyində xanım jurnalistlər üçün mediatur təşkil olunub.

Tədbirdə ölkənin müxtəlif media orqanlarını təmsil edən qadın jurnalistlər iştirak ediblər. Mediatur zamanı jurnalistlər muzeyin ekspozisiyasında nümayiş olunan xalçalar, tikmələr, zərgərlik məmulatları, mis qablar, arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif eksponatlar digər muzey eksponatları ilə yaxından tanış olublar.

Qeyd edək ki, hazırda muzeyin sərgi fondlarında 13 300-dən artıq eksponat əşya saxlanılır. Muzeydə xalça xalça məmulatları, metal məmulatlar, parça, geyim tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur.

Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova deyib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir. Onun sözlərinə görə, "qızıl fondu"nu xovlu xalçalar təşkil edən muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın yeddi əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur: "Muzeyin kolleksiyası müxtəlif növ xovsuz xalçaların nadir nümunələrini əks etdirir. Burada çoxobrazlı kompozisiya silsiləsi, motivlərin orijinallığı gözəl koloritliliyi ilə fərqlənən palazlar, cecimlər, kilimlər, sumaxlar, həmçinin, xalça məmulatları - məfrəşlər, çullar, xurcunlar, corablar rəngarəngliyinə toxuma texnikasına görə seçilən bir çox eksponatlar təqdim olunur. Muzeyin kolleksiyasında ekspozisiyasında digər nadir eksponatlar - bədii naxış tikmələri, parçalar milli geyimlər, həmçinin, metal, keramika, şüşə məmulatlardan çini qablardan ibarət əl işləri nümayiş etdirilir. Bu eksponatlar bürünc dövründən başlayaraq bizim günlərədək olan müddəti əhatə edir. Muzeydə quraşdırılmış xüsusi monitor Azərbaycan xalçalarının dünya kolleksiyalarında, Avropa rəssamlarının əsərlərində əks olunduğunu göstərir. Burada, həmçinin, Böyük Britaniyanın Viktoriya Albert Muzeyində saxlanılan məşhur "Şeyx Səfi" xalçasının surəti var. Ekspozisiyada sərgilənən saxlanclarda yerləşən xalçalar arasında XVII, XVIII, XIX XX əsrlərdə toxunmuş məşhur kompozisiyalara da rast gəlmək mümkündür. Burada, həmçinin, zamanın diktə etdiyi ənənəvi xalq üslublu süjetlərin müəllifləri olan rəssamların müasir işləri əks olunur. Muzeyin sərgi konsepsiyası adi sərgilərdən fərqlənir. Əsas eksponatlar - xalçalar qövsşəkilli divarlardan asılır. Bunların da əksi bütün yuxarı mərtəbələrin əksər yerlərindən görünür. Bunun sayəsində sərginin böyük hissəsini müxtəlif rakurslardan görmək olur. Xalçalar xalqın həyat məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir".

Ş.Məlikova vurğulayıb ki, birinci vitse-prezident Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur.

Muzeyin mətbuat katibi Zeynəb Kazımova isə bildirib ki, muzeyin birinci mərtəbəsini Azərbaycan xalça sənətinin keçdiyi inkişaf yolu təşkil edir. Bu yol xalçanın ən sadə növü olan həsirdən, texnoloji cəhətdən daha mürəkkəb mükəmməl formalara aparır. Xalçaçılığın təkamül yolunu izləməkdə multimediya faylları kömək edir. Monitorlar əyani şəkildə xovsuz xalçanın hər bir növünün hazırlanma texnologiyasını göstərir. Eyni zamanda, burada üfüqi şaquli dəzgahlar, xalçaçıların yunun qırxılması, yuyulması daranması, ipliyin əyrilməsi rənglənməsində istifadə etdikləri alətlər yerləşdirilib. Ekspozisiyada Azərbaycanın müxtəlif regionlarında aşkarlanmış, milli xalça sənətinin qədim köklərini təsdiq edən arxeoloji tapıntılar da nümayiş olunur. Ekspozisiyanın birinci mərtəbəsini xalça sənətinin xalqımızın adət-ənənələri milli folklor ilə əlaqəsindən, xalçanın müasir həyatımızdakı rolundan bəhs edən video-çarxlar şəkillər tamamlayır. Burada müxtəlif toy atributları Novruz bayramının simvolları təqdim olunub.

Ekspozisiyanın ikinci mərtəbəsində xovlu xalçalar təqdim olunub. Alim xalçaçı rəssam Lətif Kərimovun verdiyi təsnifata uyğun olaraq, bu xalçalar qruplara bölünür. Burada təqdim olunmuş "Əjdahalı" "Səlyan Xiləsi" xalçaları 2013-cü ildə amerikalı kolleksiyaçı Qrover Şiltsin vəsiyyəti əsasında muzeyə hədiyyə verilmişdir. XVII əsrə aid "Əjdahalı" xalçası muzey kolleksiyasının ən qədim unikal əsəridir. Qarabağın böyük ölçülü "Dəst-xalı-qəbə" xalça dəstləri ev sahibinin yüksək statusunu vurğulayır. Təbriz xalçaları hər biri bütöv bir hekayə söyləyən unikal süjetləri ilə məşhurdur. Ziyarətçilər Azərbaycanın müxtəlif bölgələri üçün səciyyəvi olan milli geyim, nəfis bədii tikmə nümunələri gündəlik məişətdə geniş istifadə olunan mis məmulatları ilə tanış ola bilərlər. Azərbaycanın xalq sənətində tez-tez rast gəlinən motivlər müəyyən mənaya malikdir. Ekspozisiya buta, əjdaha, həyat ağacı kimi elementlərin, müxtəlif formalı xaçların semantikasını mənşəyini, islam simvollarının mənasını öyrənməyə imkan yaradır. Ornamet üslublarının zəngin müxtəlifliyi onların coğrafi yerləşməsinə uyğun təqdim olunub.

Varlı Şuşa sakininin ənənəvi ev interyeri ekspozisiyanın ən maraqlı yaddaqalan hissələrindəndir. Bu interyer rus avropalı səyyahların qeydləri rəsmləri əsasında qurulmuşdur. Xalça sənətinin nümunələri digər qədim sənət növləri ilə vəhdət yaradaraq bu cür evlərin bədii tərtibatının ayrılmaz hissəsinə çevrilirdi.

Bu mərtəbədə müasir rəqəmsal texnologiyalar tətbiq olunur. Bu texnologiyalar müxtəlif növlərə qruplara aid, həmçinin, çoxsaylı dünya muzeylərinin kolleksiyalarından olan xalçaların nümayişinə imkan yaradır. Monitorlarda şəbəkəli pəncərələrin ipək yaylıqların - kəlağayının hazırlanma prosesini izləyə bilərsiniz: "Üçüncü mərtəbədə Azərbaycan xalça sənətinin XX-XXI əsrlərdə keçdiyi inkişaf yolu təqdim olunub. Burada "Azərxalça" müəssisəsinin fəaliyyəti, onun xalça sənətinin inkişafındakı xidmətləri işıqlandırılır. Ekspozisiya Azərbaycan Xalça Muzeyinin tarixindən, dövlətimizin bu qədim sənətə göstərdiyi diqqət qayğısından bəhs edir. Burada Azərbaycan xalça sənətinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında informasiya təqdim olunub.

 

Bu mərtəbədə sərgilənən eksponatların böyük hissəsi xalçaçılığı yeni səviyyəyə ucaldan XX əsr - XXI əsrin əvvəllərində yaşayıb-yaratmış peşəkar rəssamların fəaliyyətini əks etdirir. Onlar arasında ilk növbədə xalça elminin banisi, Xalq rəssamı, Dövlət mükafatı laureatı, görkəmli xalçaçı rəssam Lətif Kərimovun yaradıcılıq elmi fəaliyyəti yer alıb. Burada xalça sənətinin inkişafında müstəsna xidmətləri olmuş Xalq rəssamı Kamil Əliyevin fəaliyyəti həyatı geniş işıqlandırılır. Məşhur rəngkar Tahir Salahovun rəsmləri əsasında toxunmuş xalçalara da burada yer ayrılıb. Ekspozisiyanın üçüncü mərtəbəsində Uşaq muzeyi yerləşir ki, onun fəaliyyət məqsədi gənc nəsli xalça sənətinin sehrli aləminə cəlb etməkdir. Azərbaycan Xalça Muzeyinin Şuşa filialından gətirilmiş xalçalar, xalça məmulatları milli geyim nümunələri isə ekspozisiyanı tamamlayır".

Onun dediyinə görə, muzeyin zərgərlik fondunda 800 eksponat qorunub saxlanılır. Zərgərlik fondunda təqdim edilən eksponatlar Tunc dövrünə aid olan nadir nümunələrdən, XIX əsrin sonu - XX əsrin əvvəllərini əhatə edən həm qadın, həm kişi zinət əşyalarından ibarətdir.

Daha sonra muzeyin peşəkar bələdçiləri tərəfindən jurnalistlərə muzeyin ekspozisiyasında nümayiş olunan xovlu xovsuz xalçalar, tikmələr, zərgərlik məmulatları, mis qablar, arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif eksponatlar digər muzey eksponatları təqdim olunub, hər bir eksponat, xalça nümunəsi haqqında geniş məlumat verilib.

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2018.- 6 mart.- S.7.