Bakıda Moldova
yazıçısının kitabı təqdim edildi
Martın
3-də Bakıda Moldova Ədəbiyyatı
Günləri çərçivəsində
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında məşhur moldovalı yazıçı İqor
Vonitskinin Azərbaycan
dilinə tərcümə
edilmiş "Mənə
ölməyi öyrət"
kitabının təqdimatı
olub. Tədbirdə Moldova Respublikasının ölkəmizdəki səfiri
George Leuka və
Moldova Yazıçılar İttifaqının nümayəndə
heyəti də iştirak edib.
AZƏRTAC
xəbər verir ki, kitabxananın direktoru professor Kərim Tahirov tədbiri açaraq, Bakıda
Moldova Ədəbiyyatı Günlərinin
keçirilməsinin hər
iki ölkənin mədəni həyatında
əlamətdar hadisə
olduğunu, belə tədbirlərin dost xalqlarımızı
daha da yaxınlaşdırdığını
qeyd edib. O, Moldova Ədəbiyyatı Günlərinin
belə yüksək səviyyədə keçirilməsinə
görə Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyinə, Moldova Azərbaycanlıları
Konqresinə və AYB
Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinə
təşəkkürünü bildirib.
Bədii
Tərcümə və
Ədəbi Əlaqələr
Mərkəzinin sədri,
şair Səlim Babullaoğlu vurğulayıb
ki, "Mənə ölməyi öyrət"
kitabında postsovet məkanı ölkələrinin
xalqlarının həyatının
ortaq cəhətləri
əks olunub: "Məndə yüksək təəssürat oyadan bu romanı, əminəm ki, oxucular maraqla qarşılayacaqlar".
Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov qeyd edib ki,
Moldovada Azərbaycan mədəniyyətinə, xüsusən
Azərbaycan ədəbiyyatına
böyük maraq göstərilir. Bununla əlaqədar, yaxın
gələcəkdə Moldovada
Azərbaycan Ədəbiyyatı
Günlərinin keçirilməsi
planlaşdırılır.
Romanın Azərbaycan dilinə tərcüməçisi Azad Yaşar,
nəşrin redaktoru Seyfəddin Hüseynli də çıxış
edərək, İ.Volnitskinin
yaradıcılığı və bu əsəri
barədə fikirlərini
bölüşüblər.
Tədbir
romanla bağlı müzakirələrlə davam
edib.
525-ci qəzet.- 2018.- 6 mart.- S.7.