Cümhuriyyətin AzərTAc yadigarı: yaranma zərurəti və keçdiyi yol haqqında

 

Namiq ƏHMƏDOV

 

Azərbaycan Respublikasının varisi olan AXC dövründə yaradılmış qurumlar bu gün bir az da mürəşəkkil şəkildə ənənələri yaşatmaqda və cəmiyyətə yeni töhvələrini verməkdədir.

 

Respublikanın baş xəbər agentliyi olan AZƏRTAC-ın Cümhuriyyət dövründə yaradılan və bu dövrdən başlayan inkişaf yolu da tariximizin şərəfli  bir hissəsidir. İstər sovetlər dövründə, istərsə də ikinci müstəqillik illərində agentliyin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi və ən nəhayət dünya miqyasına çıxmasının bütün təminatları Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlı olsa da, bu möhtəşəm tendensiya bu gün də uğurla davam etdirilməkdə, dünya informasiya məkanında AZƏRTAC-in əhəmiyyətli yerini möhkəmlətməkdədir. Bu önəm mətbuat tədqiqatçılarınin da diqqət mərkəzində olmuş və dəyərləndirilmişdir: “Beynəlxalq informasiya məkanında Azərbaycanın mövqeyinin möhkəmlənməsində, ölkəmiz haqqında həqiqətlərin dünya media səhnəsinə çıxarılmasında, xalqımızın üzləşdiyi problemlər haqqında beynəlxalq ictimaiyyətə obyektiv, dolğun və düzgün məlumatların çatdırılmasında Azərbaycan Demokratik Respublikasının yadigarı olan Azərbaycan Dövlət Teleqraf Agentliyi – AzərTAcın böyük rolu var” (Sabir Məmmədov. Azərbaycanın beynəlxalq media-kommunikasiya əlaqələrinin inkişafı. Tarix və onun problemləri, 2013, ¹ 3, s.117-121).

 

Amma bir məsələni də unutmaq olmaz ki, uzun illik fəaliyyəti dövründə Azərbaycanın ilk xəbər agentliyinin tarixinin araşdırılmasına və öyrənilməsinə o qədər də ciddi əhəmiyyət verilməmiş, bu tarix əslində ayrı-ayrı yubiley məqalələri, bəzi jurnalist xatirələri və məqalələrinin içərisində bir-iki abzasla məhdudlaşmışdır. Nə yaxşı ki, agentliyə bu gün də rəhbərlik etməkdə olan məşhur jurnalist Aslan Aslanovun xidmətləri təkcə təşkilatı işlərlə yekunlaşmamış,  məhz onun rəhbərliyi ilə 2002-ci ildən sonra agentliyin yaranması, kecdiyi çətin və şərəfli yol ciddi araşdırmalrın mövzusu olmuş, bu sahədə xeyli işlər həyata keçirilmişdir. Heç şübhə etmirəm ki, “AzərTAc-dan AzərTAc-a: mürəkkəb və şərəfli yol” (2008, 184 səh.), “Müasir dünyanın informasiya şəbəkəsində AzərTAcın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri” (2011, 232 səh.) və s. kimi  nəfis tərtibatlı kitablar da  bu işlərin ümdə bir hissəsi hesab edilə bilər.

 

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı   Şərqdə ilk xəbər agentliklərindən olan AzərTAc-ın keçdiyi çətin və eyni zamanda şərəfli yolun öyrənilməsində 3 mərhələ diqqəti cəlb edir. Bu mərhələləri dövr baxımında ayırmaq və təhlil etmət daha məqsədə uygundur. Birinci mərlələ vaxt baxımından olduqca kiçikdir, hətta cümhuruyyətin yaşından da 10 dəfə kiçikdir: 1920-ci ilin mart-aprel aylarını əhatə edir. Bu sasən təşkilatı işlərin aparılması və fəaliyyətə başlanması dövrüdür. Milli xəbər agentliyi ilk xəbərini bu dövürdə yaymağa başlamış və bu onun yaradıcılıq uğuru hesab edilir. İkinci mərhələ vaxt baxımında xeyli uzun bir dövrü əhatə etməklə sovet dövrü fəaliyyətini əks etdirir.  Əslində bu dövrün özünü də Sovet dövlətinin tarixi keşməkeşlərini nəzərə almaqla bir necə mərhələyə bölmək olar. Yaxud da xaricdə və daxildəki fəaliyəti ayrıca təhlil edilə bilər. Amma agentlik SİTA vasitəsi ilə xaricə xəbər verə bilsə də, onun xaricdə heç bir dayaq məkanının olmaması buna imkan verməmişdir. Daha dəqiq desək bu sahə-xaricdə fəaliyyət birmənalı olaraq dövlətin təhlukəzizlik orqanları ilə əlaqədar olduğundan agentliyin fəaliyyəti üçün şərait yaradılmamışdır. Ən nahəyət, üşüncü mərhələ agentliyin ikinci müstəqilliyimizi qazandığımız dövrü əhatə edir.  Bu dövrdə -1992-ci ildə AzərTAc tarixi adını bərpa etsə də, müstəqilliyin ilk illərində ciidi çətinliklərlə üzləşmiş, hətta ciidi gərginliklərin yaşandığı  olduqca ağır bir zamanda  agentliyin  təsərrüfat hesabına keçirilməsi ciddi iqtisadi çətinliklər yaratmışdır. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı AzərTAc-ın da fəaliyyəti üçün geniş imkanlar açmışdır. Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlarla  agentlik  dövlət himayəsinə götürülmüş, fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və  yaxşılaşdırılması üçün olduqca  ciddi tədbirlər görülmüşdür. AzərTAc bu dövrdə tarixində olmayan bir ilkə də imza atmışdır:  xarici ölkələrdə müxbir məntəqələri açılmışdır.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə AzərTAc-ın yaradılmasını dövlətin demokratik tələblərə rəayətindən daha çox, siyasi və ideoloji dəstəyi gücləndirmək, real və dürüst informasiyalar vasitəsi ilə ideoloji təminat almaq, həm də cəmiyyəti doğru xəbərlərlə təhcizatından görurdu. Öz növbəsində bunu  siyasi və ictimai tələblərə əsaslanan tarixi şərait də təsdiq etməkdə idi. Digər tərəfdən, dünyanın idarəetmə sisteminə də diqqət edəndə informasiyanın hakum rolunu görməmək mümkün deyildi. Hətta keçmiş imperiyaların belə  monopoliya siyasətini həyata keçirməkdə yalnız siyasi təzyiq vasitələrindən deyi, həm də ideoloji təsir vasitələrindən bəhrələnməyə çalışdıqları təsdiqini tapır.

 

20-ci əsrin əvvəllərində dünyada kedən proseslərə diqqət edəndə  demokratik inqilabi hərəkatların gücləndiyinin, milli azadlıq uğrunda mübarizədə  söz, mətbuat və informasiya azadlıqlarının öndə dayandığı diqqəti cəlb edir.  Siyasi oyanış, çörək, sosial problemlərin həlli, yaxşı yaşayışın təmin edilməsi kimi tələblərlə yanaşı,  artıq  bu kimi məsələləri də gündəliyə gətirmiş və onu xalqın ən vacib tələbləri sırasına yüksəltmişdi. Buna görə   milli  azadlıq uğrunda mübarizələrin qızışdığı bir zamanda   informasiya işinin  çox vacib  bir faktora çevirilməsi artıq zamanın tələbi idi.

 

Təbii ki, müsəlman Şərqində ilk dəfə olaraq Cümhuriyyətin qurulduğunu elan etmiş demokratik bir quruluş  informasiya məkanının yaradılmasına da biganə qala bilməzdi. Əslində bu reallığı anlayan hökumət hələ 1919-cu il martın 3-də Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkili edilməsi məsələsini gündəliyə salmış və müzakirə olunmuşdu. İclasda Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin bu məsələnin vacibliyini açıqlayan  məruzəsi dinlənilmiş, hətta o vaxtlar Xalq Maarif naziri olan  Nəsib bəy Yusifbəyli Azərbaycan Teleqraf Agentliyinin təşkil edilməsi  haqqında rəsmi  tapşırıq da almışdı. Amma ilk gündən ortaya cıxan texniki cətinliklər, daha doğrusu agentliyin real  fəaliyyətinin, informasiyanın qəbulu və ötürülməsinin  bilavasitə radio – texniki vasitələrdən asılı olduğundan bu qərar dəyişdirilmiş,  agentliyin təşkil olunması məsələsi  Xalq Maarif Nazirliyindən alınaraq Poçt və Teleqraf Nazirliyinn sərəncamına verilmişdi.

 

Bir az əvvəldə qeyd etdiyimiz kimi Azərbaycan Teleqraf Agentliyinin təşkil edilməsində və yaradılmasında əsas məqsəd dünyaya inteqrasiya, o cümlədən  Avropa, Asiya və Amerikadan alınan məlumatlarla Xalq Cümhuriyyətinin dövlət qurumlarını,  fəaliyyətdə olan, eyni zamanda yeni dövlətin informasiya siyasətini cəmiyyətə çatdıran  mətbuat orqanlarını, ictimai təşkilatları  təmin etmək idi. Digər tərəfdən Azərbaycan reallıqlarının, ölkənin  ictimai-siyasi həyatı, hərbi quruculuq işləri, iqtisadi uğurlar, hökümətin və parlamentin fəaliyyəti haqqında məlumatların yayılması da önəmli məsələlərdən idi.  Bu məlumatların təkcə bölgələrə yox, eyni zamanda qonşu ölkələrə, Qafqaz və Avropa ölkələrinə   göndərilməsi vacib idi. Agentliyin fəaliyyət layihəsində, məlumatlar əsasında gündəlik “Bülletenlər”, ən vacib informasiyalar əsasında isə “Xəbərlər” hazırlamalı və sərəncamında olan vasitələrdən istifadə etməklə onları yaymalı idi.

 

Agentliyin Əsasnaməsində (Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA): f.51, siy.1, sax., vah. 33, vər.104) 1920-ci il yanvarın 1-də onun Poçt və Teleqraf Nazirliyinin nəzdində xüsusi bölmə hüququnda fəaliyyəti bildirilirdi. Azərbaycan Teleqraf Agentliyinin  baş redaktor vəzifəsini tutan şəxs agentliyi rəhbəri olaraq təqdim edilirdi.  İşin təşkili ilə əlaqədar nizam-intizam qaydalarını həll etmək, layihələri, smetanı hazırlamaq üçün baş redaktorun rəhbərliyi altında Şura yaradılmalı idi. Agentliyin rəhbəri olan baş redaktor Poçt və Teleqraf Nazirliyi tərəfindən təyin olunurdu. Əməkdaşların işə qəbulu və işdən azad edilməsi  isə baş redaktor tərəfindən müəyyənləşdirilirdi. Agentliyin buraxdığı bülletenlərə abunə yazılışı onun gəlirlərini müəyyənləşdirir və gəlirlər bu  mənbələr əsasında formalaşdırılırdı.

 

Azərbaycan Teleqraf Ajanslığının –AzərTAc-ın ştatlarının layihəsi və əsasnaməsi 1920-ci il fevralın 2-də hökümətin  iclasında müzakirə edilir və  müəyyən dəyişikliklərlə parlamentə çıxarılması qərara alınır. Bundan təxminən 20 gün sonra-- fevralın 23-də parlamentin iclasında “Bakı sahil radiostansiyanın ştatı haqqında” qanun layihəsi müzakirəyə çıxarılır. Müzakirələr ciddi bir siyasi fəallıqla keçir   deputatlar Azərbaycan Teleqraf Agentliyinin yaradılmasını təzəcə müstəqilliyini qazanmış ölkə üçün olduqca zəruri olduğunu qeyd etməklə, belə bir agentliyin informasiya mübadiləsində əvəzsiz əhəmiyyətini xüsusi vurğulamışlar.  Məruzəçi kimi çıxış edən deputat Ağa Eminov sahil radiostansiyanın (simsiz teleqraf) ikisi qəbuledici, biri isə həm qəbuledici, həm də ötürücü olmaqla üç aparatdan ibarət olduğunu  bildirmişdi. Aparatların sutkada 70 minə qədər çox söz qəbul edə biləcəyini bildirən məruzəci hökumətin teleqraf agentliyi yaratmaq qərarını və bu barədə hazırlanmış layihəni parlamentə təqdim etmişdir.

 

Hökumət layihəsinin parlament müzakirəsində çıxış edən deputat Aga Aşurov teleqraf agentliyin yaradılmasını dəstəklənməsini parlamentdən xahiş etmiş və fikirlərini  əsaslandıraraq demişdir: “Teleqraf agentliyimizin yoxluğundaddır ki, düşmənlərimiz haqqımızda və Bakı xüsusunda çürbəcür yalan və həqiqətdənkənar şaiyələr və xəbərlər nəşr edirlər. Əgər bizim agentliyimiz olsa idi, o zaman biz onun vasitəsi ilə haqqımızda nəşr olunan xəbərləri də bilərdik və lazım olan cavabları da verərdik”. Təbii ki, bu yencə qurulmuş dövlətin informasiya siyasətinə verdiyi önəmin vacibliyini təsdiq edən və dəyərləndirən fakt idi. Beləliklə, çox operativ bir şəkildə, bu müzakirələrdən bir həftə sonra  Azərbaycan Teleqraf Ajanslığı –AzərTAc fəaliyyətə başladı.

 

Cümhuriyyətin rəsmi qəzeti olan  Azərbaycan” qəzeti  1920-ci il martın 2-də ilk dəfə olaraq “AzərTAc” imzası ilə xəbərlər yaydı. Bu agentliyin yaradılması haqqında olan bəzi mülahizələri təkzib edən   AzərTAc  xəbər agentliyin 1920-ci il martın 1-də fəaliyyətə başladığını ortaya qoyan və təsdiq edən önəmli fakt sayıla bilər. Qəzetin 3 mart tarixli nömrəsində   Şuşa, Qaryağın (Füzuli) və Xankəndidən alınmış qısa xəbərlər “AzərTAc-ın daxili xəbərləri” adı altında dərc edilmişdi. Yenə “Azərbaycan” qəzeti  martın 9-da  “Gürcüstana yardım” sərlövhəli xəbər dərc edir. Bu AzərTAc-ın 7 mart tarixli 7 nömrəli bülletenindən götürülmüş xəbər idi. Gürcüstana yardım barədə xəbər təkcə siyasi tərəfdən yox, həm də o qədər də böyük maddi imkanlara malik olmayan  gənc Azərbaycan hökümətinin qonşulara və milliyyətindən asılı olmayaraq insanlığa olan humanist münasibətinin  göstəricisidir. Xəbərdə deyilir ki, Nazirlər Şurası zəlzələdən zərər çəkmiş Gürcüstan əhalisinə maddi yardım göstərmək üçün Maliyyə Nazirliyinə Gürcüstan hökümətinə 2 milyon rubl ayrılması barədə qanun layihəsi hazırlamağı və parlamentin təsdiqinə verməyi  tapşırmışdır.

 

 Bu tarixdən az sonra, 1920-ci il martın 25-də Azərbaycan Teleqraf Agentliyinin Xalq Maarif Nazirliyinə göndərdiyi 17 nömrəli məktub-bildirişində (təliqə)  agentliyin  martın 1-də fəaliyyətə başladığı təsdiq olunur.  Bu məktubda Azərbaycan Teleqraf Agentliyinin hökümətin 1 mart tarixli qərarına uyğun olaraq Poçt və Teleqraf Nazirliyinin nəzdində yaradıldığı bildirilir, eyni zamanda agentlikdə formalaşma dövrü olduğu diqqətə çatdırılır. Burda diqqət cəlb edən bir məlumat da var: agentliyin aprel ayının 1-dən AzərTAc-ın bülletenlərinə abunə yazılışına başlanıldığı haqqında da  məlumat yer alır.  Abunə xərcləri çatdırılma  da  daxil olmaqla Bakıda 300 rubl, Azərbaycanın başqa şəhərlərində isə 3000 rubl məbləğində müəyyənləşdirildiyi məlum olur. Məktub-bildirişdə agentliyin müvəqqəti olaraq Poçt və Teleqraf Nazirliyinin Naberejnaya və Sadovaya küçələrinin kəsişməsindəki binasında yerləşdiyi haqqında da məlumat var.

 

AzərTAc-ın xəbər bülletenləri hər gün nəşr edilirdi. Hətta  bayram günləri də çıxan bületenlər iki dildə- Azərbaycan və rus dillərində buraxılırdı. Xəbər büllütünlərində dərc edilən materiallar yeni həyata vəsiqə almış  Azərbaycan dövlətinin içtimai-siyasi həyatında baş verən mühüm hadisələrin işıqlandırılmasından, hökümətin gördüyü işlərin mahiyyət və xronikasından ibarət olan məlumatların abunəçilərə çatdırılmasından ibarət idi. Bülletenlərdə xarici ölkələrdən alınmış operativ xəbərlər də dərc olunurdu.  Moskva, Paris, Bəsrə, Roma, Tiflis, Daşkənd, Şimali Qafqaz, Zakaspi, Qara dəniz sahilləri radiostansiyalarından, eləcə də telefon və teleqrafla müxbirlərdən alınmış xəbərlər həm əhatə dairəsinə görə, həm də dəqiqliyinə və məlumat zənginliyinə görə abunəcilərin maraqlarını doğruldurdu.

 

Agentliyin texniki imkanları əslində o qədər də zəngin olmasa da, dövrün tələblərinə cavab vermək baxımından qənaətbaxış hesab edilə bilərdi: həm “sönən”, həm də “sönməyən” rəqs tipli stansiyalarla işləyən bu avadanlıqlar məlumatların alınıb-verilməsində öhdələrinə düşən vəzifələrin yerinə yetirilməsi və ilkin olaraq  hər iki radiostansiyadan göndərilən xəbərləri qəbul etməyi imkan verirdi. Digər mənbə və strukturların imkanlarını nəzərə almasaq, agentlik təkcə radiostansiyaların fəaliyyəti sayəsində sutka ərzində 40 min işarəyə qədər  ən müxtəlif miqyaslı xəbərləri qəbul edə bilirdi. Xəbər agentliyinin bu imkanları onun gələcək fəaliyyətinin daha geniş, daha əhatəli və uğurlu olacağını təsdiqləyirdi. Belə ki, yaxın vaxtlarda başqa ölkələrin informasiya agentlikləri ilə əlaqələrin qurulması və ikitərəfli müqavilələr bağlanması yaxın dövrün planlarından idi. Bu  agentliyin öz xəbərlərini əvvəlcə yaxın olan qonşu ölkələrə, daha sonra uzaq ölkələrə yayması üçün imkanlar yaradacaqdı.

 

 Azərbaycanın bölgələrinə isə xəbərlər  əyalət mərkəzində quraşdırılması planlaşdırılan  radiostansiyalar vasitəsi ilə verilməsi nəzərdə tutulurdu. Eyni zamanda yeni yaradılmış  hərbi nazirliyin tabeliyində olan stansiyalardan da bu məqsədlə istifadəsinə içazə verilirdi. Xəbərlərin  telefon və teleqraf vasitəsilə ötürülməsi də gündəmdə idi.  Amma təəssüflər olsun ki, bolşevik Rusiyasının işğalı nəticəsində 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və onun təsis etdiyi AzərTAc da cəmi iki aya yaxın bir müddətdə  müstəqil fəaliyyət göstərə bildi. Elə həmin gün Rusiya Teleqraf Agentliyi –ROSTA bolşevik təbliğatına xas olan xüsusi bir “siyasi hiyləgərliklə” Bakıda çevriliş olduğunu və  xalq kütlələrinin Azərbaycan Cümhuriyyətini  devirdikləri baradə xəbərləri bütün dünyaya yaydı.

 

Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk aylarda o qədər də geniş imkanların verilmədiyi  AzərTAc formal olaraq  müstəqilliyini qoruyub saxladı, amma onda da agentlik əslində Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialı kimi fəaliyyət göstərirdi. Bölgələrdən göndərilən xəbərlər istisna olmaqla, AzərTAc  bütün xəbərləri ROSTA-dan alırdı. Bu informasiyalar arasında Moskva, Petroqrad, Çelyabinsk, Saratov və Vladivostokdan alınan, habelə Rusiyanı bürüyən vətəndaş müharibəsi haqqında xəbərlər geniş yer tuturdu. Yer gəlmişkən qeyd edim ki, bu prinsip Sovet rejiminin bütün dövrlərində özünü göstərmiş, hətta SİTA-nın fəaliyyəti dövründə belə xaricdən verilən bütün xəbərlər yerli xəbər agentliklərinə ancaq Moskvadan daxil olmuşdur. Müttəfiq respublikaların xəbər aşentlikləri isə onları rus dilində və ən yaxşı halda əlavə olaraq yerli xalqların dillərinə tərcümə edib yaymaq olmuşdur.

 

O vaxtlar da AzərTAc-ın ROSTA-dan aldığı xəbərlərin məramı bolşevik hakimiyyətinin irtica siyasətinə “sulhpərvərlik və ədalət donu” geyindirmək olmuşdu. Mahiyyət və məzmunca təbliğat və təşviqat xarakteri daşıyan bu  xəbərlər divar qəzetlərinə, plakat vərəqələrinə və yerli qəzetlərə göndərilirdi. 1920-ci il iyunun 9-da  AzərTAc  xəbər agentliyi ROSTA-nın bir bölməsi olur. Bu Nəriman Nərimanovun “Azərbaycan Mərkəzi Mətbuat Kollegiyası yaradılması haqqında” dekreti imzalanmasından sonraya təsadüf edir. Həmin dekretlə o vaxt fəaliyyət göstərən ROSTA-nın Qafqaz diyar şöbəsinin Azərbaycan bölməsi (AzQafROSTA) aparıcı şöbələrdən biri kimi Kollegiyaya daxil edilir. Quruma ROSTA-nın Qafqaz üzrə səlahiyyətli nümayəndəsi, kommunist  S.Y.Boqdatyev rəhbərlik edirdi.  Tanınmış jurnalist Ağababa Yusifzadə o vaxtlar informasiya işinin təşkili üzrə kollegiyanın sədri olmuşdu.

 

1920-ci il avqustun 20-də Xalq Maarif Nazirliyinin kollegiya iclasında AzərTAc-ın vəziyyəti və prespektivi müzakirə olunmuş, AzərTAc-ın hələ formalaşma mərhələsi yaşadığından qarşısında qoyulan bütün tapşırıqları yerinə yetirmək iqtidarında olmadığını bildirmişdi. Təklif edilmişdir ki, əgər bölgələrdə və bəzi Şərq ölkələrində agentliyin müxbir məntəqələri açılsa və əməkdaşların maddi vəziyyəti yaxşılaşdırılsa, agentlik  daha məhsuldar və faydalı fəaliyyəti ilə özünü təsdiq edə bilər. Amma kollegiya iclasının sədri olan  D. Bünyadzadə bu təklifə qarşı çıxmaqla, AzərTAc-ın maddi-texniki bazasının möhkəmləndirilməsinə, o cümlədən bunun üçün yeni avadanlıqların alınmasına heç bir ehtiyac görmədiyini bildirmişdi. Hətta ən mühüm və vacib xəbərlərin təhcizatçısı  ROSTA olduğundan buna  gərək olmadığını söyləmişdir. Digər iclas iştrakçılarının da bu fikirə dəstək olması ilə müzakirə bitmiş və “respublikanın gücünə və vəsaitlərinə uyğun olaraq, AzərTAc-ın gələcək mövcudluğu”nun müəyyənləşməsi ilə məsələ həllini tapmışdı.  Eyni zamanda AzərTAc-ın yeni varisi  AzQafROSTA-nın fəaliyyəti təkcə Bakı ilə məhdudlaşmamış, respublikanın digər şəhərlərində də (Gəncə, Şuşa, Lənkəran və s.) onun bölmə və məntəqələri fəaliyyət göstərirmişdi. Onlar  yerlərdə baş verən hadisələr haqqında məlumatlar hazırlayır və daxili imkanlarından istifadə etməklə informasiya xarakterli divar qəzetləri və təşviqat plakatları da buraxırdılar.

 

1921-ci ildə AzərTA QafROSTA-nın bazasında yenidən təşkil olunandan sonra Qubad Qasımov iyulun 14-də agentliyin direktoru təyin edilir. “Azərbaycan musiqi mədəniyyəti tarixinin, o cümlədən Üzeyir Hacıbəyovun yaradıcılığını” məşhur araşdırıcılarından biri kimi tanınmış Qubad Qasımov xatirələrində bu barədə yazırdı; “1921-ci ildə məni yəni informasiya orqanının direktoru təyin etdilər. O vaxt mən hərbi hissələrdən birində döyüşçülər arasında savadsızlığın ləğvi üzrə fövqəladə komissiyaya başçılıq edirdim. Siyasi və mədəni iş sahəsində müəyyən səriştəm olsa da, jurnalist təcrübəm yox idi. O vaxt gənc Azərbaycan Sovet Respublikasında kadrlar problemi ən kəskin məsələlərdən biri idi və belə gözlənilməz təyinatlar adi hal sayılırdı. Ona görə də tamamilə yeni və olduqca məsul işi çox tezliklə öyrənmək lazım gəlirdi. İnformasiyanı yaymaq üçün texniki imkanlar son dərəcə məhdud idi və mümkün olan bütün üsullardan istifadə etməyə çalışırdıq. Məsələn, Kommunist və Caparidze (indiki İstiqlaliyyət və Əziz Əliyev –A.A.) küçələrinin kəsişməsində quraşdırılmış böyük ekranda nümayiş etdirilən işıq-qəzet informasiyanın yayılmasında mühüm rol oynayırdı. Sonralar Bakının fəhlə rayonlarında da nümayiş etdirilən belə işiq–qəzetlər–oxucu–tamaşıçılar tərəfindən maraqla qarşılanırdı”.

 

1921-ci ildə agentlik QafRosta-nın bazasında yenidən təşkil olundu. Həmin ilin avqustunda adı dəyişdirilərək AzərTA adlandırıldı. 1922-ci ildə SSRİ qurulduqdan sonra isə AzərTA Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialı kimi fəaliyyət göstərməyə başladı. Bir müddət sonra, 1923-cü ilin martında Zaqafqaziya Federasiyası yaradıldı və üç Cənubi Qafqaz respublikasının informasiya agentlikləri ZaqTA adı altında birləşdirildi. 1936-cı ildə isə AzərTA yenidən müstəqil informasiya vasitəsi kimi fəaliyyətini bərpa etdi.

 

1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi rəhbərliyə gəldikdən sonra respublika həyatının bütün sahələrində olduğu kimi o vaxt Azərinform adlanan milli xəbər agentliyi də inkişafının yeni mərhələsinə qədəm qoydu. ”Ümummilli lider Heydər Əliyev respublikaya rəhbərliyinin hər iki dövründə ölkə həyatının bütün başqa sahələri kimi, mətbuata da daim böyük diqqət və qayğı göstərmişdir. Məhz onun sayəsində hələ sovet dövründə agentliyin ittifaqda birincilər sırasında o vaxtın ən müasir texniki avadanlığı ilə təchiz edilməsi, müstəqillik illərində AZƏRTAC-ın rəsmi informasiya orqanı statusunun bərpa olunması, fəaliyyətinin təkmilləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi xüsusi...” önəm daşıyır (Şamil Vəliyev, “AzərTAc-ın tarixi və müasir həqiqət axtarışı”. “Azərbaycan” qəzeti, 2 noyabr 2011) 1970-ci ildə SİTA Moskvadakı baş ofisini ilk dəfə tam kompüterləşdirməyə başlayanda Heydər Əliyevin səyləri nəticəsində ittifaq respublikaları arasında Ukrinformdan sonra Azərinform da o dövrün müasir "Videoton", daha sonra isə "Olivetti" markalı kompüterləri ilə təchiz edildi.

 

Sovet hakimiyyəti dövründə 8 dəfə ad dəyişikliyinə məruz qalan agentliyin tarixi adı Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qaytarıldı: 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başladı. Nəhayət, Prezident İlham Əliyevin 2015-ci il 26 fevral tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi adlandırıldı.  AzərTAc-ın baş direktoru Aslan Aslanovun dediyi kimi  "AzərTAc çox çətin və şərəfli yol keçib.  Bütün maneələrə baxmayaraq, hətta keçmiş sovet məkanında da AzərTAc öz xəbərləri ilə tanınır.  Agentlik  Azərbaycan haqqında xəbərləri ölkənin sərhədlərindən kənara çıxara bilib. Bütövlükdə Azərbaycan dilində informasiyanın formalaşmasında və ölkəmizin  informasiya siyasətini müəyyənləşdirilməsində agentlik əvəzsiz rol oynayıb” (V.Enserov, “Azerilerin 90 yıllık sesi AZERTAC”. Bizim Gazete. Turkiye, 2009, 26 Ekim, s.5)

 

Bu gün AZƏRTAC ölkə həyatından bəhs edən və  hər gün fasiləsiz olaraq Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və Çin dillərində  informasiyalar yayır. Bu sıraya ayda 10 mindən çox xəbər, 50 mindən çox foto, 1400-dək videoxəbər, eləcə də infoqrafika materialları daxildir. AZƏRTAC regionda 7 dildə informasiya və 5 dildə videoxəbər yayan yeganə agentlikdir. “Müstəqil Azərbaycanımızın 1 nömrəli informasiya agentliyinin Avropada, Asiyada, Afrikada,  Amerikada tanınması, şöhrət  qazanması, onun informasiyalarından müxtəlif ölkələrdə istifadə edilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması bu media qurumunun gözəl perspektivlərə malik olduğunu göstərir” (Həmid Vəliyev, Bakı Dövlət Universiteti beynəlxalq jurnalistika kafedrasının müdiri, professor. “Dövlət siyasətinin informasiya təminatı”, 525-ci qəzet, 2 may 2013).

 

Ölkə həyatının bütün sahələrində baş verən hadisə və yenilikləri, o cümlədən Azərbaycanın uğurlarını daha geniş coğrafiyada operativ işıqlandıran agentliyin xəbərləri hazırda dünyanın 100-dən çox ölkəsinə yayılır. AZƏRTAC buna həm xaricdə fəaliyyət göstərən müxbir məntəqələri, həm də təmsil olunduğu beynəlxalq media qurumları, əməkdaşlıq etdiyi xarici informasiya agentlikləri vasitəsi ilə nail olmaqdadır.

 

525-ci qəzet  2018.- 7 mart.- S.2;4.