Mavi və qara
Esselər
Biri içəri
girdi. Uzun boylu, əynində
məğrurluqdan toxunmuş,
mavi üst geyimi. Gəlişi ilə binada
olan hamının ona sevgi və
maraqla baxmağına
səbəb oldu.
Əlindəki sevgi, qayğı və insanlığı ilə dolu yükünü
qeydiyyat stolunun üstünə qoydu. Sürətli şəkildə otağına
girdi. Qapını örtdü, qapıya
söykəndi və onunla üz - üzə dayanan oturacağına baxdı.
Məcburiyyət, məsuliyyət dolu, tikan bəzəkli
bu yerin ona nələr verdiyini, ondan nələri aldığını
düşündü. Əlini sinəsinə çəkdi.
Sevgi və duadan hazırlanan zirehini çıxartdı, oturacağı
yeri onunla örtdü, gülümsədi.
Oturdu, əllərinin arasına aldığı başını
sıxdı, geriyə
doğru əyildi.
Ney dinlədi, Rumi oxudu. Maviliyə çevrildi. Siqaret yandırdı.
Gəldiyi yerləri, keçdiyi
rəngləri düşündü.
Özünə baxdı. Hələ də
bütün rənglərə
baxmayaraq, mavi idi. Maviliyinə sevindi.
Qapı açıldı. İçəri iki adamlıq
qara bulud girdi. Otağın içərisində maviliklə bozluğun mübarizəsi başladı.
Divarlar yıxıldı, pəncərələr
çırpıldı. Mavi tutuldu, mavi doldu,
dolu bulud kimi qaraldı. Qara maviyə çevrildi, amma mavi qara ola bilmədi. Heç qara da mavi
qala bilmədi.
Qara onu qidalandıran həsəd,
kin və bulanıqlıq
dolu əllərini mavinin çiyninə çəkdi. Mavinin işıltısı qaranın kölgəsi ilə çabaladıqca mavi dözmədi, mavi boğuldu. Əlini köynəyinin yaxasına
atdı. Əli boşa
çıxdı. Kölgəyə çevrildi. Rəngi dəyişdikcə
özünü boşluğa
atdı.
Tanrı onu və onun
kimi olmağı sevirdi. Əlini sinəsinə gəzdirdi.
İnsanlığı, ürəyi, onu
güclü edən duaları burdadır.
Özü ilə götürməyi
unutmadığına sevindi,
ayağını yerə
basdı qaranı gördü, başını
səmaya qaldırdı,
özünü gördü,
tutuldu, ağladı, yağışa çevrildi,
nəfəs aldı, hava oldu, əyildi,
insana çevrildi.
İnsana çevrildi və
güvənmək istədi.
Kölgəsini axtardı, tapmadı.
Otağında qoyduğunu xatırladı. Qorxdu, sarsıldı,
qorxusuna qəzəbləndi.
Əllərini sıxdı, geri
qayıtdı. Onun çox
sevdiyi zirehinin üstündə oturan qaranı gördü.
Küncə sıxılıb qalan kölgəsini qucaqladı. Qara mavini
mavinin kölgəsi kimi bir addım
geridə olduğuna ona inandırdı. Mavi inandı. O gündən
mavi qara geyindi, qara ağ.
Ruh kimi
- Səncə, quşları
insanların gözündə
fərqli, özəl
edən nədir?
- Uçmağı. Quşlar dünyanı
insanların xəyalında
olduğu şəkildə
görə bilir.
Beyin tükədən heç
bir icada ehtiya
cları yox, sərhədləri yox.
- Bəs hansısa şairin qarğaya şeir yazdığını
görmüsən?
-...
- Uça bilən ən ağıllı canlılardan biridir. Zarafat qabiliyyətləri var.
- Amma. İnsan doğulan gündən
gözəllik aşiqi
olur.
Gözəl alma, gözəl
şans.
Və başqa
gözəl olan nələr varsa.
- Gözəl və çirkinin insanla bir doğulduğunu düşünsək, şansı
çirkin olaraq doğulan insanlar kimin səhvinin cəzasını çəkir?
- Bu həyatda yaxşı və pis var?
- Hər kəs eyni doğulur. Nəyə, kimə çevriləcəyini
həyatındakı insanlar
və vicdanı formalaşdırır. Birini çirkin
doğuldu deyə günahlandıra bilməzsən.
İrqçiliyin insan hisslərinə
yönəldiyi bir zamanda yaşayan hamı bir nəfər
kimi çirkindir.
Hələ də qarşısında dayanan
birinə salam
verməyin qəbahət
olduğunu düşünən
qorxu dolu beyinlərimiz var.
Evindən gəlinliklə çıxan
qızının əynindəki
geyimi kəfən gözündə görən.
Girdiyi davada ən az bir yumruq ata bilməyən
oğlunu öz cavanlığı kimi görməyən biriləri
var.
Sırf
onlar kimi deyilsən deyə sənə ömür boyu əksik hiss etdirən biriləri var.
Həyatını şüşə içərisindən
izləyən biriləri
var.
Ondan öncəkilər edə
bilmədi deyə,
Bacarmayacağı psixologiyası ilə böyüyən biriləri
var.
Qanad yerləri
damğalanan, əllərinin
izi ürək qanı ilə itən körpələr
var.
Yaşadığı əksik parçaları övladları ilə tamamlayanlar, günahlar, üzüntülər, heçliklər
var.
Aramızda kişi ağlamaz, qadın gülməz deyən beyinlər gəzir.
Görürsən?
- Mən də görürəm.
- Düşünürsən?
-...
- Amma mən düşünürəm.
Başa düşə bilirsən?
Mən düşünürəm.
- Yaxsı hiss edirsən?
- Mən ölürəm.
- Burax bir tərəfə
insanları seyr edən insanlığını.
Bu həyata bədən
kimi gəzmək bəs edər. Aram-aram, az-az
azalan ömrünün
dərdini çək.
Yarıda yorul. Burax, nəfəs
al, qışqır. Dəyişdirməyə cəhd etmə. Heçnəyi dəyişdirə bilməyəcəksən.
- Nə olar?! Düşün! Düşün və yaşa.
Ən azından öləndə
deyəcəksən ki,
mavi kimi yaşadım. Yerlə-göyü birləşdirən hava kimi, su kimi.
Səma kimi yaşadım. Gülümsəyəcəksən.
Qürur duyacaqsan ki, səma oldum və maviliyə gedirəm.
Səs
İçəri süzüldü.
Görünməyən cizgiləri.
Şəkli çəkilməyən bədəni
ilə.
Səsini eşitdim.
Xırıltısını eşitdim.
"Canım ağrıyır.
Dərisi
soyulmuş yaranın üstünə dəyən
soyuq havanın hiss etdirdiyi,
Göynərti var.
Sızıltı var içimdə.
Keçməyəcək kimidir.
Bir insan kimi yaralarım var.
Danışan, səssizləşən.
Ölən ruhum var, bədənim
yoxdur.
Sənin
də içindən
bir dünya dolusu adam
keçirmi?!", - dedi
Yoxa çıxdı. Yoxluğu ilə
varlığımı şübhə
altına qoydu.
Olmadığımın fərqinə vardım.
Susdum, oyandım.
lll
Düşündüm ki, özün dünya olasan.
Dünyanı boş verəsən,
O da səni qısqana.
Elə dünya
olasan ki, səni kəşfə çıxalar.
...Su damcıları axtaralar.
İçindəki həyatın varlığını sübut
etmək üçün,
...daxilini eşələr,
alt-üst edib,
Sənə səndəki həyatı
sübut edələr.
Dünyanda yaşayan, doğulandan ölənə qədər
dəyişməyən insanlara
baxasan.
Düşünəsən ki...
Dəyişməyən bu beyinlər, niyə dəyişən ruhlarına qənim kəsilir?!
Bir ürək dolusu ruhu sıxasan bağrına,
Ağlayasan, güləsən.
Dəli olasan.
İtirəsən ağlını, açıb
buraxasan azadlığa.
Əldən qaçan heyvan kimi özünə dönə.
Çirkinləşə, bağıra.zəncirlərini gəmirə.
Çəkəsən pəncərəni divarın üzündən.
Oturasan düz dibində.
Dizini qucaqlayıb, kirpiklərini yolasan.
Ülviyyə ƏHMƏDZADƏ
525-ci qəzet.- 2018.- 8 mart.- S.7.