Milli Kitabxanada
Beynəlxalq Qadınlar günü ilə
bağlı sərgi
Martın
7-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında "8
mart-Beynəlxalq Qadınlar
günüdür" adlı
kitab sərgisi açılıb.
Sərgidə bu günün tarixinə, tarixdə iz qoymuş məşhur qadınlar, onların həyat və yaradıcılığına,
anaya aid ədəbiyyat
sərgilənib.
Qeyd edilib ki, adın
hərəkatının tarixi
1857-ci ildə Nyu-Yorkda
qadınların 12 saatlıq
iş gününə
etirazı ilə başlayıb. 1910-cu ildə
alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə
BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
Qadınlar bayramı dünyanın bir çox ölkələrində qeyd
edildiyi kimi Azərbaycanda da geniş qeyd edilir. Azərbaycan qadınları artıq
cəmiyyətin aparıcı
qüvvəsinə çevriliblər.
Milli əxlaqi
dəyərlərimiz, adət-ənənələrimiz,
dilimizin saflığı
məhz analarımızın
müdrikliyi sayəsində
çətin və mürəkkəb dövrlərin
sınağından çıxa
bilib. Dünyanın bir çox
ölkələrinin qadınlarından
əvvəl seçib-seçilmək
hüququ əldə etməsi, elm, mədəniyyət
və digər sahələrdə qazandığı
uğurlar Azərbaycan
qadınının mədəni
və intellektual potensialından xəbər
verir.
ŞAHANƏ
525-ci qəzet.- 2018.- 8 mart.- S.7.