Var olsun analar!

 

yaxşı, ay Ana, varsan dünyada,

Ümidim, güvənim sənsən hər yanda.

Qorxutmur kədər, qəm, iztirab,

şaxta, tufan, boran, qar.

Ömrümün çıxılmaz, çətin anında

Həmişə, ay Ana, sənsən yanımda!

 

Sənin varlığında, sənin yanında,

Yer-göy işıqlanır, gülür bir anda,

Baxışın bir məlhəm, sevgin bir məlhəm,

Sanki heç çəkməyib başın dərd-sitəm!

Südünlə bəsləyib, verdin qanı da

yaxşı, ay Ana, varsan dünyada.

 

Dinlədim, doymadım həzin laylandan,

Körpətək qopmadım hələ qoynundan.

Yuxun haram oldu, sözün: "Can, qurban!"

Sənin verdiyini heç qaytarmadan,

Necə çıxacağam sənin borcundan,

yaxşı, ay Ana, varsan dünyada!

 

Qocaldın, Anacan, söylə, zaman?

Amansız qırışlar vaxt bürüdü

Hər yerdə öydüyüm o gözəl üzü?

İlahi üzünə göydən nur süzüb,

Saçına, telinə gümüş zər düzüb.

Qurbanam, yaxşı ki, varsan dünyada.

 

Ovcumda əllərin, yumşaq, qəlbin tək,

Qırışıb zəhmətdən! Aman! Məxmər tək!

Öpüb sığalladım, xəfif ağladım...

Qədrini bimədim, incitdim yaman,

Halal et, bağışla, övladlar nadan.

yaxşı, can Ana, varsan dünyada!

Yaxşı ki, Analar varmış dünyada!

 

Lətifə TALİB

 

525-ci qəzet.- 2018.- 8 mart.- S.8.