Xoreoqrafiya Akademiyasında Tofiq
Quliyevə həsr olunmuş konsert
Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində görkəmli bəstəkar
Tofiq Quliyevin yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.
Konsertdə BXA-nın professor-müəllim
heyəti, tələbələr
və dəvət olunmuş qonaqlar iştirak ediblər. Bakı Xoreoqrafiya
Akademiyasının tam orta
məktəbinin direktoru
Bəşarət Hüseynova
tədbirdə çıxış
edərək, Tofiq Quliyevin həyat və yaradıcılığı
haqqında fikirlərini
səsləndirib.
O, Tofiq Quliyevin Azərbaycan musiqisindəki əvəzolunmaz rolundan, 200-dən çox bir-birindən gözəl və yadda qalan mahnıların müəllifi olmasından, 40-dan çox kinofilmə musiqi bəstələməsindən bəhs edib. Həmçinin, onun geniş yaradıcılığının yalnız bəstəkarlıq fəaliyyəti ilə məhdudlaşmadığını, eyni zamanda, gözəl pianoçu, dirijor, pedaqoq, Azərbaycan estrada və caz musiqisinin banilərindən biri olduğunu da vurğulayıb.
Konsertdə BXA-nın tələbələri konsertmeysterlərin müşayiəti ilə görkəmli sənətkar, T.Quliyevin "Dörd dost", " Sənə də qalmaz", "Axşam oldu", "Marş" ," Bakı Nəğməsi" və digər mahnılarını səsləndiriblər.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2018.- 8 mart.- S.3.