Amerikanın xilaskar peyğəmbəri
- Abraham Linkoln
Telman ORUCOV
(Əvvəli ötən şənbə
sayımızda)
Aprelin 19-u bədbəxtlikdən xəbər verən bir
hadisə ilə əlamətdar oldu. Fort Samterə
açılan atəşdən sonra Vətəndaş
müharibəsində ilk qan tökülməsi müşahidə
edildi.
Prezident buna cavab olaraq, ayrılan ştatların
blokadasını elan etdi. Birləşmiş
Ştatlar donanması taxta materialından düzəldilmiş
42 gəmi ilə 3 min mil uzunluğunda dəniz sahilini blokadaya
aldı. Yeni prezident ya xəyalpərəst,
ya da ki, dahi idi. Axı müharibə
başlamamışdan çox-çox əvvəl Cənub
dünyanın qalan hissəsindən təcrid edilmişdi.
Belə bir əlaqəni yaratmaq cəhdinə isə
Linkoln indi keçilməz bir Çin səddi çəkmişdi.
Prezident həm də doğma ştatı olan Kentukkini
Birlikdə saxlamaqdan ötəri çox qayğılı idi
və bu məsələyə o, xüsusi diqqət verirdi. Ştatın
qubernatoru ayrılmanın qatı tərəfdarı olsa da, əhali
qəti şəkildə ayrılmanın əleyhinə idi.
Müharibənin başlanğıc dövrü
Şimal üçün o qədər də uğurlu deyildi. Müharibə
isə öz işini görürdü. 1861-ci
ilin qızğın döyüşləri meydana gəlirdi.
Riçmonda zərbə vurmaq cəhdi uğursuzluğa
uğradığından, Şimal ordusu geri çəkilməyə
məcbur oldu.
Lakin orduya baş komandan seçkisi o qədər də
uğurlu olmurdu. 1861-ci ildən 1864-cü ilə kimi öz
ideyalarını generallara ötürməkdə tərəddüd
edən Linkoln komandanın personalı və təşkilatlanması
ilə eksperiment aparırdı. Bu müddətdə
bir neçə baş general dəyişdirilmişdi. O,
ordu komandanlarından narazı qalırdı. 1861-ci
ilin noyabrında Skottun istefasını qəbul etdi. Bütün ordu üçün məsuliyyət Con
Makklellanın üzərinə qoyuldu. Bir
neçə aydan sonra ləng tərpənməsinə qəzəbləndiyindən,
prezident onu yalnız Potomak ordusunun komandanlığına
endirdi. Prezident Linkoln, general Hellek və müdafiə
naziri Edvin Stenton qeyri-rəsmi müdafiə şurası kimi fəaliyyət
göstərirdi. Hellek güman edirdi ki,
Riçmondu işğal etmək, müdafiəçiləri
Şimal torpaqlarından qovmaq əvəzinə, Konfederatın
Li ordusunu məhv etmək lazımdır.
Etimadını doğrultmayan generallara görə Linkoln
baş komandan üçün Qərbə doğru baxmağa
məcbur olmuşdu. Ona Uliss Qrantın Viksburq kampaniyası
çox xoş gəlmişdi. 1863-cü
ilin iyulunda, Viksburqun təslim olmağından bir neçə
gün sonra o, Qranta ölkəyə etdiyi böyük xidmətə
görə razılıq məktubu göndərdi. Bu məktubda həm də öz səhvini etiraf etdi,
bildirdi ki, Qrantdan gözləyirdi ki, Viksburqun yanından
keçib, Missisipi boyu aşağı düşəcəkdir.
Qrant isə çayı keçib geri dönərək,
arxadan Viksburqa girdi. Linkoln öz təbrik məktubunda
yazırdı ki, “mən qorxurdum ki, bu, səhvdir, indi istəyirəm
ki, şəxsən etiraf edim ki, sən düz idin, mən isə
səhv idim”.
1864-cü
ilin martında Qranta general-leytenant rütbəsi verdi və ona bütün federal orduların
komandanlığını həvalə etdi. Nəhayət,
Linkoln elə adamı tapdı ki, o, öz tabeliyində olan
bacarıqlı Uilyam Şerman, Filip Şeridan və Corc Tomasla
birlikdə Linkolnun iri miqyaslı konsepsiyasının hissələrini
həyata keçirəcək, hücumları koordinasiya edəcəkdir.
Qrant Linkolnun icad etdiyi baş
komandanlığın bir üzvü, lakin mühüm
üzvü idi. Linkolnun özü baş
komandan idi. Hellek isə baş qərargah rəisi
idi. Müdafiə naziri vəzifəsini
Stenton daşıyırdı. Bütün
orduları istiqamətləndirməklə yanaşı,
baş general Qrant həm də Midin Potomak ordusuna da nəzarət
edirdi. Beləliklə, Linkoln ilk dəfə
baş komandanlıq yaratdı.
Bu qurum xalqın böyük enerjisini və ölkənin
resurslarını səfərbər edib, onları total
müharibənin baş strategiyasına tabe etdi.
Linkoln dövlətçiliyi və orduları
bütün istiqamətlərdə birləşdirdi, bunun səmərəliliyi
xeyli artdı.
O, müharibə aparmaq elminə və təcrübəsinə
malik olmadığı halda, bu nöqteyi-nəzərdən
onun əldə etdiyi nailiyyət diqqətəlayiq idi. Bu uğur həm fayda gətirir, həm də
maneçilik törədirdi. O, özünün praktiki
nüfuz etmək qabiliyyətindən və iti ağlından
bütünlüklə daha yaxşı istifadə edə bilərdi,
buna bəziləri onun malik olduğu hərbi düha deyirdilər
və bu, Vətəndaş müharibəsində qələbəyə
gətirib çıxardı.
Şimalın
və Cənubun müqayisəsi
İlk
baxışda bu münaqişə Birliyin 23 ştatı ilə
Cənubun ayrılmış 11 ştatı - Cənubi Karolina,
Missisipi, Florida, Alabama, Corciya, Luiziana, Texas, Virciniya, Arkanzas,
Tennessi və Şimali Karolina arasındakı müharibə
idi. Şimalda təqribən 21 milyon adam vardı, Cənubda isə
əhalinin sayı 9 milyon idi, bunlardan da 3,5
milyona yaxını zənci qullar idi. Federallar
100 min manufaktura fabrikinə malik idi, Potomak çayından cənubda
isə onların sayı 18 mindən çox deyildi. Silah istehsalında Şimalın Cənubdan
üstünlüyü 30:1 nisbətinə bərabər idi,
canlı qüvvə üstünlüyündə isə nisbət
2:1 idi. Şimal həm də kommersiya və
maliyyə resurslarında güclü idi.
Bunlardan əlavə Şimal fəaliyyətdə olan
hökumətə, kiçik də olsa səmərəli
nizami orduya və hərbi-dəniz qüvvələrinə
malik idi. Lakin Konfederatın məğlubiyyətə
düçar olacağı qabaqcadan heç də məlum
deyildi. Cənub orduları daxili sərhədlər
içərisində vuruşmaq üstünlüyünə
malik idi. Konfederatın dəniz sahili 5,6
min km uzunluğunda olmaqla, onların həyata keçirilən
blokadanı poza biləcəkləri kimi
görünürdü. Və Konfederatın
prezidenti Cefferson Devis xaricdən həlledici kömək
göstərilməsinə, həmçinin onların xeyrinə
müharibəyə müdaxilə ediləcəyinə
ümid bəsləyirdi. Beləliklə, Cənub
məsələsi heç də asanlıqla həll ediləsi
deyildi. Axı digər millətlər də
ağır olan qeyri-bərabərlikdə öz müstəqilliklərini
əldə etmişdilər.
Vətəndaş
müharibəsinin gedişi
İlk hərbi
əməliyyatlar Virciniyanın şimali- qərbində
baş verdi. Federal
generalı Makklellan öz qoşunu ilə Ohayonun cənubundan
1861-ci ilin yayında Virciniyanın qərbinə girdi. O,
Konfederat qoşunları ilə qarşılaşdı. Makklellan bu vaxt kiçik, lakin əhəmiyyətli
döyüşləri uddu.
Həmin vaxt ordular Federalın paytaxtı Vaşinqtonun və
Konfederatın paytaxtı Riçmondun ətrafına
toplaşırdılar. İctimai rəyin təzyiqi ilə Linkoln
düşməni Manassasdan çıxarmağı əmr
etdi. Manassasdakı Bull Randa gedən
döyüşlərdə Federallar daha böyük itki verdilər
və Federal qoşunları Vaşinqtona qaçmağa məcbur
oldular.
Virciniyadakı qələbələrinə görə
Makklellan çağırıldı ki, baş general Skottun
yerini tutsun. Yüz min adamı məşq etdirmək, intizama
öyrətmək və geyindirmək vaxt tələb edirdi.
Linkoln paytaxtı müdafiə etmək
üçün Vaşinqtonda çox sayda qüvvə
saxlayırdı. Az müddətdən
sonra Makklellan baş general vəzifəsindən azad olundu.
Makklellanın ordusu Riçmonda tərəf hərəkət
edəndə, Li əks-zərbə hazırlamışdı. Yeddi
günlük döyüşlərdə Li uğursuz qaydada
Potomak ordusunu darmadağın etməyə cəhd göstərdi.
Bu döyüşlərdə federallar müqayisədə 7
min artıq itki verdi. Bull
Randakı ikinci döyüşdə Makklellan Rişmond
yaxınlığından geri atırıldı. Li gəlib, Federal ordusunun qalığını
darmadağın etdi. Federalın itkisi 16 min olmaqla,
Konfederatınkından az qala iki dəfə
çox idi.
Li Şimala ilk müdaxiləsindən yararlanmağı
davam etdirərək, Merilendə atıldı. Linkoln
Makklellana təkid etdi ki, ləngimədən Linin arxasınca
yollansın. Lakin federallar Konfederat ordusunu
Potomakdan qovmağa qadir deyildi. Bu
döyüşlərdə hər iki tərəfin itkisi, demək
olar ki, bərabər idi. Makklellan Lini
sürətlə izləyə bilmədiyinə görə
komandanlıqdan azad edildi. Yeni komandan Embrous Bernsayd iki
qatdan da çox itki verdi və onu Cozef
(“Vuruşan Co”) Huker əvəz etdi.
1862-ci ildə hərbi hadisələr başqa səhnələrə
keçirdi. Federallar döyüşdə Missurini Birlik
üçün xilas edib, Arkanzasa təhlükə mənbəyi
yaratdılar. 26 apreldə Qrant Cənuba
daxil olub, Nyu Orleanı tutdu. Onun hücumuna
dənizdən donanma kömək edirdi. 1
iyunda general Robert Lİ Cənub ordusunun baş komandanı təyin
edildi. 30 avqustda o, Bull Randa qalib gəldi,
lakin 17 sentyabrda yenə də Virciniyaya çəkilməli
oldu.
Huker öz ordusunu yenidən qura bildi və yaxşı
vuruşmağa qadir etdi. 132 min nəfərlik bu ordu “planetdə ən
yaxşı ordu” adını aldı. O, Qərbdə irəliləyəndə
Li birbaşa ona tərəf hərəkət etdi. Hukerin əsəbi dözmədi və o, geri çəkilməyə
məcbur oldu. Başqa bir döyüşdə
federallar yenə də 5 min artıq itki verdilər. Huker əlavə
qüvvə istəyib, onu ala bilməyəndə
komandalıqdan getdi və onun yerini Corc Mid tutdu. Ona daha sərbəst
hərəkət etməyə icazə verildi.
1863-cü
ildə ən böyük döyüş Gettisburqda getdi. Düşmən
qoşunların hər ikisi Pennsilvaniyanın cənubundakı
mühüm yol ayrıcı olan Gettisburq şəhərinə
gəldilər, burada Qərb yarımkürəsindəki
çox qızğın vuruş gedəcəkdi. 1 iyulda qərbdən və şimaldan hücum edən
Konfederat qüvvələri nəticədə federallara
üstün gəldilər. Federal
qoşununun komandanı Reynolds həlak oldu. Konfederat
qoşunu federalları Gettisburqun küçələri ilə
Cemetry Ridge-ə (Qəbristanlıq dağ silsiləsi) tərəf
geri çəkilməyə məcbur edirdi, burada isə gecə
ərzində Mid öz qüvvələrinin
qalığını toplamışdı.
Döyüşün
ikinci günü Li öz generallarına hücum əmri verdi. Onlar Şaftalı
bağı adlanan mövqeləri tutdular.
Üçüncü günün səhəri Midin sağ
qanadı konfederatları aşağı yamaclardan qovdu. İki saat ərzində artilleriya dueli getdi. Konfederatın itkiləri demək olar ki, 60 faizi təşkil
edirdi. Mid əks-hücuma keçə bilmədi,
Li Virciniyaya geri çəkilməyə məcbur oldu. Konfederatlar bütövlükdə 28 min və ya
müqayisədə 5 min artıq itki vermişdilər. Gettisburq döyüşü müharibədə
dönüş nöqtəsi oldu, şimallıların hərbi
uğurları Vətəndaş müharibəsinin
gedişini dəyişdi. Cənubluların
ordu komandanı general Li bir qədər əvvəl rəqibin
açıq üstünlüyündən narahat olub,
ümidsiz qaydada cəhd etdi ki, qüvvələr nisbətini
öz xeyrinə dəyişsin. Bunun üçün o,
öz qoşunları ilə Potomak çayını
keçib, Pennsilvaniya ştatının içərilərinə
can atmış, lakin Gettisburqda şimallıların ordusu ilə
qarşılaşmışdı. Burada isə
o, fəlakətlə üzləşməli olmuşdu. Üç gün davam edən döyüş
konfederatların tam məğlubiyyəti ilə nəticələnmişdi.
4 iyulda darmadağın edilmiş cənubluların
ordusu Virciniyaya geri çəkilməyə məcbur
olmuşdu.
Payızdakı yüngül döyüşlərdən
sonra hər iki ordu qış düşərgələrinə
çəkildilər. Li bir daha heç vaxt özünün
bütöv ordusu ilə Şimala tam həcmli müdaxilə
etməyə qadir olmadı.
1863-cü ildə Şərqdə hər iki ordu
qışı düşərgədə keçirdi. “Vuruşan Co” - Huker ordusunu
yenidən təşkil etdi. Qərbdə isə
federal qoşunlar konfederatların üstünə hücuma
keçib, onları Preri Qrouvda (Preri meşəsi) məğlub
etdilər. Bu, Littl Rokun (Kiçik qaya)
sentyabrda işğal edilməsinə yol açdı.
Qrant Missisipidəki Konfederatın “Qəbrin Gibraltarı”
hesab edilən Viksburqa tərəf hərəkət etməyə
başladı.
Bu qalaya yaxınlaşmaq çətin idi.
Qrant Şermanla birlikdə 1862-ci ildə onu
tutmaqda uğursuzluğa uğramışdı. O, admiral Devis Porterin kanonerkalarının
müşayiti ilə öz ordusunu Bruinsburqda sahilə
çıxardı. Və konfederatlar Viksburqu
müdafiə edəndə, kiçik qələbələr
qazandı.
Qrant
Viksburqun müdafiəçilərinin arxasına
çıxmaq üçün qərbə tərəf
dönüb,
Çempion təpəsində Konfederat ordusunu
darmadağın etdi. Onlar Viksburqdan cənubda da
təslim oldular. Linkoln bu münasibətlə demişdi:
“Suların Atası əsəbiləşmədən yenidən
dənizə gedir.”
Li geri çəkiləndə
Qrant onun sağ flanqına çıxmağa bir sıra cəhdlər
etdi. Riçmonddan şimalda o, bir sıra ağır
hücumlar etdi, lakin xeyli itkilər verdi.
Həyati əhəmiyyət kəsb edən dəmir yolu
mərkəzi olan Pitersburq ilə - bu, Riçmondun cənub
açarı idi. - Linin sağ tərəfində asılmaqla, ona
hücum etdi. Federal zabitlərin
buraxdığı bir neçə səhvə, Linin sürətli
reaksiyasına baxmayaraq, konfederatlar Pitersburqu əllərində
saxlamağa heç də qadir deyildilər. Qrant iyunun
15-də və 18-də hücum edib, Linin xəttini yarmaq istədi,
lakin 8 min nəfər itki verdi.
(Ardı var)
525-ci qəzet.-2018.-10 mart.-S.17.