Yazıçı

 

Kamran Nəzirlinin tərcüməsində

 

Tacir Yerşakovun çay mağazasına bitişik otaqdakı hündür mizin arxasında elə Yerşakovun özü oturmuşdu; o, dəblə geyinmiş cavan bir adam idi, lakin üz-gözündən yorğunluq tökülürdü, görünür, gərgin gur ömür sürürdü.

 

Səliqəsiz əyri-üyrü xəttindən, saç düzümündən siqarının zərif qoxusundan təxmin eləmək olardı ki, bu adamın Avropa mədəniyyətindən az-maz xəbəri var.

 

Lakin dükandan otağa qəfil girən oğlan uşağınınYazıçı gəldi!” deyə məlumat verməsindən sonra Yerşakovdan daha çox mədəniyyət qoxusu gəlməyə başladı.

 

- Həəəə! Çağır gəlsin. Ona de ki, qaloşlarını çıxarıb dükanda qoysun, - tacir əmr elədi.

 

Az sonra içəri sarı, nimdaş paltoda ağsaçlı bir qoca girdi; onun donuq sifəti qıpqırmızıydı, zəif ümidsiz görünürdü - adətən belə hallar az-az, lakin daimi içən adamlarda olur.

 

- Ay xoş gördük, salamlar...- deyə Yerşakov içəri girən adama tərəf heç baxmadı. - Yaxşı xəbər var, cənab Heynim?

 

YerşakovdahiHeynesözlərini qarışdırdı, bu iki söz onun dilində bir sözlə - “Heynim”lə əvəzlənmişdi o, qocanı həmişə bu adla çağırırdı.

 

- , budu, sifarişinizi gətirmişəm, - Heynim cavab verdi. - Artıq hazırdııııı...

 

- Belə tezlikdə?

 

- Zaxar Semyonıç, üç günə reklam yox e, roman yazmaq olar. Reklam üçün bir saat da kifayətdi...

 

- Eləmi?.. Amma sən həmişə elə alver edirsən ki, elə bil illik götürürsən. Baxım görüm, yaratmısız?

 

Heynim cibindən qələmlə qaraladığı bir neçə əzik-üzük kağız çıxartdı, mizə yaxınlaşdı.

 

- Bunlar hələ qaralamasıdıııı.... elə-belə... təxminiiiii... - dedi. - Əvvəlcə sizə oxuyum, qulaq asın, tanışşşş olunnnn.... səhv tapsanız, göstərin. Amma səhv tapa bilməzsiniz... Heç mümkün deyil, Zaxar Semyonıç. İnanırsızmı?  Mən üç mağazaya birdən reklam hazırlamışam... Şekspir oxusaydı, başı gicəllənərdi...

 

Heynim eynəyini taxdı, qaşlarını çatıb qəmli səslə, özü ibarəli tonda oxumağa başladı:

 

- “1885-86-cı il mövsümü. Rusiyanın Avropa Asiya hissəsində yerləşən şəhərlərinə xarici ölkələrə Çin çaylarını göndərən təchizatçı  Z.S. Yerşakov. Şirkət 1804-cü ildən fəaliyyət göstərir”.

 

Bunlar hələ girişdir, başa düşürsüz ...Bu sözlər ornamentdə olacaq, gerblərin ortasında. Mən bir tacirə reklam yazmışdım, o da elan üçün müxtəlif şəhərlərin gerblərini götürmüşdü. Siz belə edə bilərsiz, Zaxar Semyonıç. Sizin üçün belə bir ornament fikirləşdim: şir onun ağzında lira.  Di indi gerisinə qulaq asın: “Bizim alıcılara iki kəlmə söz: Dəyərli insanlar! Bizi heç karıxdıra bilmir - cəmiyyətin bütün təbəqələrini getdikcə daha çox bürümüş son günlərin siyasi hadisələri soyuq etinasızlıq, ən bərk gedən qəzetlərimizin yazdığı kimi, Volqanın suyunun azalması! Şirkətimizin uzun illər fəaliyyəti təmin etdiyimiz rəğbət inam bizə imkan verir ki, təməlimiz üstündə möhkəm dayanaq! qurduğumuz bu sistemə - həm çay plantasiyalarının sahibləriylə münasibətlərimizə, həm sifarişlərin vicdanla yerinə yetirilməsinə ömürlük xəyanət etməyək! Bizim devizimiz hamıya bəllidir. Bu deviz lakonik, amma çoxmənalı sözlərlə ifadə olunur: düzlük, ucuzluq sürət!!”

 

- Yaxşıdı...çox yaxşıdı! - Yerşakov yerində qurcalanaraq yazıçının sözünü kəsdi. - Hətta gözləmirdim bunu. Məharətlə yazmısız! Amma əziz dost, bir məsələ var... bu yeri nəsə bir qədər kölgələmək lazımdı, dumanlı olsun e, nəsə aldadıcı bir şey... fokus, bilirsən, fokus yaratmaq... Deyirik ki, şirkət bu yaxında 1885-ci ilin yaz mövsümü yığımının təptəzə çaylarını alıb... Eləmi?  Lakin burda həm göstərmək lazımdı ki, aldığımız təzə çaylar artıq üç ildir bizim anbardadı; bununla belə, yazaq ki, guya biz bu çayları Çindən ötən həftə almışıq.

 

- Başa düşürəmmmm...Camaat heç bu təzadı görməyəcək. Elanın əvvəlində yazarıq ki, təzə  çay almışıq. Axırda isə belə yazarıq: “Bizim əvvəlki qiymətlərlə böyük çay məhsulu ehtiyatımız var. Biz öz maraqlarımıza ziyan vurmadan bu məhsulları elə keçmişdəki qiymətlərlə sata bilərik s......” əlbəttə, o biri səhifədə qiymət cədvəli olacaq. Burda yenidən gerblər ornamentlər gedər... Onların altından iri şriftlərlə bunları verərik: “Mövsümün ilkin yığım məhsullarının növlər üzrə qiymətləri. Ətirli, Kaxtin, Fuçan qara növlü çaylar cavan plantasiyalardan yığılıb”. Ardınca gəlir: “Lyansin çaylarının həqiqi həvəskarlarının nəzərinə: bu növdən olan ən çox sevilən istifadə edilən çayÇin emblemi, yaxud da rəqabətçilərin həsədi”dir, qiyməti 3 rubl 50 qəpik. Rozan çay növündən olan, xüsusiləBoqdıxan qızılgülü”nü təklif edirik, qiyməti 2 rubl. Çin gözəlinin gözləri”ni 1 rubl 80 qəpiyə ala bilərsiz”.  Qiymətlərdən sonra xırda şriftlərlə çayın çəkisi göndərilməsi haqqında məlumat gedəcək. dərhal endirimlər mükafatlar haqqında: “Bizim rəqiblərimizin əksəriyyəti alıcıların diqqətini özlərinə cəlb etmək üçün  mükafatlandırmayla bağlı müştərilərə qarmaq atırlar.  Biz öz növbəmizdə bu rüsvayçı mükafatlandırma formasına etiraz edirik müştərilərimizə təklif edirik: bütün əlavə şeylər mükafat kimi pulsuz veriləcək.  Bizdən 50 rublluq mal alan hər kəs aşağıdakı beş şeyi seçib götürür: Britaniya metalından hazırlanmış çaynik, yüz ədəd vizit kartı, Moskva şəhərinin planı, çılpaq Çin gözəli formasında çayqabı   Ədalı VeselçakınAdaxlı təəccüblənir yaxud Gəlinin işi fırıqdıradlı kitabı”.

 

Oxuyub qurtarandan, bir neçə yerdə düzəlişlər edəndən sonra Heynim reklam mətnini cəld başqa vərəqə köçürtdü, onu Yerşakova təqdim elədi. Bundan sonra araya sükut çökdü...Hər ikisi bir qədər özünü narahat hiss elədi, sanki hansısa nalayiq bir tutmuşdular.

 

- İşə görə pulu indi, yoxsa sonra verəcəksiz? - nəhayət, Heynim ürəksiz soruşdu.

 

- Ha vaxt istəyirsiz! İstəsəniz, lap elə indi... - Yerşakov başdansovdu cavab verdi.- Get dükana, ordan beş rubl əlli qəpiklik mal götür...İstədiyin malı...

 

- Zaxar Semyonıç, pul olsa yaxşıdı...

 

- Mən pulla hesablaşmıram. Hamıya pul əvəzinə çay ya qənd verirəm. Sizə , xorda oxuyan müğənnilərə süpürgəçilərə ... bu cür ödənişdi... Az içib keflənin.

 

- Zaxar Semyonıç, məgər mənim işimi süpürgəçinin, ya da xorda oxuyanın işiylə müqayisə etmək olar? Axı mənim əməyim əqlidir!

 

- Ah, əqli əmək! Elə burdaca oturdun yazdın.  Cızma - qaraları içmək, yemək olur! Xırda işdi! Heç rubla dəymir!

 

- Hmmmm... Yazı-pozu işi barədə görün necə mühakimə yürüdürsüz... - Heynim incidi. - Yemək olmur, içmək olmur... Amma bir şeyi anlamırsız ki, bu reklamı yazanda mənim bəlkə ürəyim ağrıyıb, vicdan əzabı çəkmişəm... Yazırsan hiss edirsən ki, bütün Rusiyanı aldadırsan. Zaxar Semyonıç, pul verin!

 

- Qardaş, baş-beynimi aparma da! Qır-saqqız olub yapışmaq yaxşı deyil axı!

 

- Yaxşı... Onda şəkər tozu götürərəm. Axı sizin işçilər məndən onu geri götürəndə bir funtuna səkkiz qəpik verirlər. Eybi yox, bu əməliyyatda qırx qəpik itirərəm... Neyləmək olar ki?! Sağlıqla qalın!

 

Heynim dönüb otaqdan çıxanda qapının kandarında ayaq saxladı, ah çəkdi və kədərlə dedi:

 

- Rusiyanı aldadıram! Bütün Rusiyanı! Bir tikə çörəkdən ötrü Vətəni aldadıram! Ehhhh!

 

Və bayıra çıxdı. Yerşakov siqarını sümürdübu dəfə onun otağından mədəni adamın daha kəskin iyi gəlməyə başladı.

 

Anton ÇEXOV

 

525-ci qəzet.-2018.-10 mart.-S.24.