Anar: yazıçının vətəndaşlıq mövqeyimilli təəssübkeşliyi

 

Nizami TAĞISOY

Professor

nizami.mamedov@mail.ru

 

Biz Anar yaradıcılığını onun lap 60-cı illər dövründən izləyənlərdənik. Əsərlərinin əksəriyyətini isti-isti müzakirə etməyə vaxtında macal tapmışıq.

 

Onun əsərlərinin tərəfimizdən oxunması da, yəqin ki, yaradıcılığının populyarlığından daha çox vətəndaş mövqeyi ilə bağlı olub. Əlbəttə, “vətəndaşlıqterminini burada biz heç hər hansı bir şəxsin konkret dövlətə siyasi hüquqi baxımdan bağladığı məxsus olması anlamında işlətmirik, yaxud eyni zamanda, dövlətin insan üzərindəki vətəndaş hüquqları vəzifələri kimi dərk etmirik. Bu, heç vətəndaşın hüquqi vəziyyəti anlamına da gəlmir. Vətəndaşlıq bizim üçün cəmiyyət üzvünün şüurlu şəkildə yaşadığı dövlətə, xalqına, onun dünəninə, bu gününə, gələcəyinə bütün canı ilə, qanı ilə, başı ilə, məsuliyyəti ilə bağlı olan xidmətidir. Ümumiyyətlə, vətəndaş olmaq, vətəndaşlıq etmək çox çətin şərəfli, insanı şəxsi, fərdi baxımdan ucaldan qeyri-adi statusdur. Bu vəzifənin mahiyyəti Anarın əsərlərində, çıxışlarında, publisistik yazılarında, keçmişə, tarixə, dilə, vətənə, dövlətçiliyə, xalqa müharibəyə, milliliyə münasibətdə özünü daha qabarıq şəkildə büruzə verir.

 

Anarın vətəndaşlığı ilə yazıçılığı, rejissorluğu, ssenaristliyi bir-biri ilə yanaşı addımlayır. Anar şəxsiyyətində vətəndaşlıq mövqeyi yazıçılıq kredosu bir-birinin içində böyüyüb inkişaf edib, öz spesifik çalarları ilə fərqlənib. Əlbəttə, burada genetik amilləri nəzərdən qaçırmaq, onun böyüdüyü ailə mühitini kənara qoymaq olmaz. Rəsul Rza Nigar Rəfibəyli ocağının məhsulu - birində qətiyyət, digərində səmimiyyət hələ başqa keyfiyyət amilləri dilə gətirmədən - Anar fenomeninin təşəkkülündən inkişafından xəbər verməkdədir. Bu müstəvidə Anarın ədəbi fəaliyyətə qədəm qoyması heç hansısa romantik duyğularla bağlı da deyildi. Anar ona qədər ədəbiyyatımızın nəsr sahəsində keçdiyi yola öz təfəkkür bucağından yanaşıb don biçməsində, qeyri-ordinar situasiyalara, hadisələrə, qəhrəmanlara, obrazlara, personajlara həyat verib, onlara ömürlük oxucu (tamaşaçı) sevgisi aşılayıb. YadınızaDədə Qorqud”dun, “Təhminə Zaur”un (“Beşmərtəbəli evin altıncı mərtəbəsi”) səhnə taleyini salmaq kifayət edər. Birində bizim ulu keçmişimizin konturları, qeyrət müdriklik kimliyimiz əsaslı şəkildə vizual yaradılıbsa (bu filmin uğurlu alınmasında, bir tərəfdən, “Kitabi-Dədə Qorquddastanlarının mətni dayanırsa, digər tərəfdən, Anarın özününDədə Qorqud”u digərində müasirlərimizin mənəviyyatında yer almış mənəvi aşınmaların özünəməxsus interpretasiyası görünməkdədir), “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə oxucunun (tamaşaçının) diqqətinə təqdim edilən məqamlar Anar təfəkkürünün daim ümumi ictimai düşüncə daşıyıcılarından xeyli öndə dayandığını sübut etməkdədir.

 

Anar yaradıcılığının tematik diapazonu problematika dairəsi kifayət qədər geniş universaldır. Daha doğru ifadə etmiş olsaq, o, praktik olaraq nəsrimizin ənənəvi mövzularına müraciət edib onun spesifik xüsusiyyətlərini əhatə etsə , problemə fərdi yanaşma baxımından orijinallığı ilə fərqlənir. Bununla belə, Anar nəsri üçün fərqli əhəmiyyət kəsb edən tarixi olaylar faktlar üzərində müşahidələr əsaslı yer tutub. Burada yazıçı üçün özünəməxsus üslubun, poetik sintaksinin canlanması, mətnin strukturu obrazları fərqli təqdim olunub bu, Anar üçün sanki mənəvi ictimai kateqoriyaya çevrilib. Anarın həm nəsr dramaturgiyasında, həm publisistik çıxışlarında vətəndaşlıq mövqeyi, xalqın tarixini təqdim etmə statusu ayrıca olaraq yer tutur. Yaxşı yadımdadır. Anarın SSRİ Xalq Deputatları Sovetində, Moskvada - Kremlin Sütunlu salonunda Qarabağ məsələsi ilə bağlı çıxış etdiyi vaxtlar. Orada onun qətiyyəti, prinsipiallığı tarixə etdiyi inandırıcı ekskurslar erməniləri, onların havadarları olan rus siyasətçilərini necə təşvişə salmışdı! Effektli, enerjili ritmik baxımdan yetərincə yüksək vətəndaşlıq mövqeyindən söylənilən nitq Anarın zəngin təfəkkür sahibi olduğundan xəbər verirdi.  

 

Anar üçün vətəndaşlıq heç bir şərtilik qəbul etməyən dəyərdir. Elə buna görə Anar düşüncəsində, fəaliyyətində vətəndaşlıq yüksəkdə dayanmaqdadır. Vətəndaşlıq Anar üçün xalq, cəmiyyət dövlətçilik uğrunda yüksək məqsədə doğru hərəkət etməkdir. Bununla Anar həm ədəbi-bədii düşüncəmizin vüqarı, qüruru sayılmağa layiqdir. Ədəbiyyat söz sənəti olub insanlarda yüksək keyfiyyətlər aşılmağı qarşıya məqsəd kimi qoysa da, Anar üçün bu mifoloji, idillik dumanlı fikirlərin göz önündə canlandırılması deyildi. Anarı məhz oxuculara sevdirən onun yaradıcılığının ictimai milli xarakteri olmuşdur. Heç kim üçün sirr deyil ki, elə qələm sahibləri var, imzaları əsərlərinin üstündən götürülsə, onların digər müəlliflərə ədəbiyyatlara aid edilməsi adi bir şeydir. Anarda isə bu, tamamilə başqa bir aləmdir. Çünki onun yazdıqlarının hamısından Anar dəst-xətti ilə yanaşı, Azərbaycan milli koloriti, ruhu, qoxusu, təravəti gəlməkdədir. Anar milli olduğu qədər bəşəri, bəşəri olduğu qədər millidir. Bu, Anar onun yaradıcılığı baxımından heç gəlişigözəl sözlər deyil. Bunun üçün Anarın qələmə aldıqlarına səriştəli nəzər salmaq kifayətdir.

 

Hansı əsərin fraqmentlərini xatırladım ki, mənzərə yetərincə aydın olsun... Məsələn, nəsrində yer almış “artıq adam” surəti. Bu tipaj XIX əsrin lap əvvəllərindən başlayaraq rus yazıçılarının əsərlərində (Puşkin, Lermontov, Qoqol, Qonçarov və başqaları) yer alsa da, Anar nəsrində (XX əsrin 60-cı illəri, yaradıcılığının hələ erkən dövründə) öz səciyyəvi xüsusiyyətləri ilə dolduruldu. liman” povestində ətrafa istehzalı münasibət bəsləməsi ilə fərqlənən Məmməd Nəsir həm də bir sıra üstün keyfiyyətləri ilə seçilib - klassik poeziya, muğam bilicisi olub, korrektorluğu yaxşı bacarsa da, cəmiyyətdə öz yerini tapa bilməyib, daha çox əhlikefliyi, içki aludəçiliyi ilə fərqlənir. Yaxud “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə Təhminə obrazı artıq adam tipi kimi yadda qalır. O və onun kimilər cəmiyyətdə gedən proseslərə praqmatik düşüncə tərzi ilə müdaxilə edə bilmirlər. Dövrünün ictimai-siyasi-fəlsəfi yanaşmaları onun zövqü istiqamətində deyil. Yəqin cəmiyyətlə ayaqlaşa bilməməsi də, elə onun öz ixtisası üzrə işləməsinə mane olub. Yəqin cəmiyyətdə davranış kodu da elə buna görə itirilib. YaxudMacal” povestində Oqtay obrazını analoji, lakin tamamilə fərqli tematika daxilində görə bilirik. Dostu Fuadın Oqtayla dialoqunda onun ali təhsilli memar olub, institutu əla qiymətlərlə bitirsə də, qırx yaşına çatanda yalnız rayon hamamları tikməyə qabil və içkiyə meyilli olduğuna görə həyatda özünə yer tapa bilmədiyini deməsi,  cəmiyyətin ona arzularını həyata keçirməyə imkan verməməsi, qabiliyyətinin reallaşmasına ona mane olanlarla bağlılığı da göz önünə gətirilir. Anar əsərin ideyasının bədii-estetik ifadəsini doğru verməsi ilə bağlı cəmiyyətlə barışmaz mövqeyini ortaya qoymaq üçün artıq adam obrazını həm də “Gürcü familiyası” hekayəsində uğurla yaradıb. Belə müəllif mövqeyi onu sübut edir ki, Anar bir yazıçı kimi ideoloji-siyasi basqıların hətta ən sərt, kəshakəs olduğu dövrlərdə siyasi rəhbərlikdən çəkinmədən öz mövqeyini sərgiləməyə güc tapmışdır.

 

Yaxud qoç, qara qoç” romanında ictimai-siyasi problemləri daha çox qabartmağa çalışan Anar son tarixi mərhələnin epik panoramını ustalıqla yaratmış yazıçı kimi iki -  utopikantiutopik” nağıllar adlandırılmış hissələrdə şərti-metaforiklikdən bəhrələnməklə, cəmiyyətin uyğun mənzərəsini koloritli canlandırıb. Məlik Məmməd, onun oğlu Beyrək, qızı Burla, həyat yoldaşı Aypəri tamamilə yeni bir mühitdə yaşayırlar. Əsərdə Böyük, Bütöv, Birləşmiş Azərbaycan ideologiyası hakim mövqedə dayanıb. Azərbaycan sözün əsl mənasında azad, müstəqil və demokratik dövlət kimi təqdim olunub. Romanda bəzi məqamlar ümidsizlik və kədər donuna bürünsə də, əslində, burada Anarın inam-gerçəkliyi daha böyük üstünlük təşkil etməkdədir. “ qoç, qara qoç” romanında Anarın təfəkkürünü məşğul edən ən başlıca xətt milli mənafe, millətin xoşbəxtliyinin dövlət rəhbərliyinin siyasi iradəsi, dünyagörüşü ilə əlaqəsidir.

 

Anar xalq taleyini içində daşıdığından müasir dünyada gedən proseslərin insanların düşüncəsində yaratdığı özgələşmə, yadlaşma, laqeydlik kimi neqativ cəhətlərə əsərində ustalıqla yer verib. Anarın bir yazıçı olaraq vətəndaşlıq mövqeyinin, milli təssübkeşliyinin mahiyyətində dayananlar bunlardır. Belə olduğu halda onun öz bədii əsərlərində, publisistikasında, çıxışlarında, ssenarilərində qaldırdığı problemlərə diqqətlə nəzər salmaq kifayət edər ki, Anarın indiyə qədər milliliyə, xalqçılığa, vətənçiliyə, milli ideologiyaya (korporativə yox), ictimai düşüncəyə nələr bəxş etdiyini görə biləsən. 2017-ci ildə Anarla Bakı Slavyan Universitetinin professor-müəllim heyəti və tələbə kollektivinin görüşü keçirildi. Yazıçı ilə geniş və səmimi söhbət Azərbaycan, dövlətçilik, Qarabağ, vətənpərvərlik, yaradıcılıq haqqında çeşidli müzakirələr üzərində quruldu. Anar orada da vətəndaşlıq və yazıçılıq mövqeyini kifayət qədər əsaslı şəkildə açıqlayaraq ortaya qoydu. Bir daha əminlik hasil oldu ki, Anar ən azı yarım əsrdən artıq bir zaman kəsiyində ədəbiyyatımızın, bədii və ictimai fikrimizin, milli-mənəvi düşüncəmizin hərəkət və fəaliyyət barometri, vətəndaşlıq meyarının ölçüsü kimi öndədir.

 

 

525-ci qəzet.-2018.-10 mart.-S.9.