Cavid Poeziya Teatrı” kitab-albomu haqqında qeydlər

 

Elxan YURDOĞLU-MƏMMƏDOV

 

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru

Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil Ədəbiyyat İnstitutun musiqi teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər QasımovunCavidPoeziya Teatrıkitab-albomu nəşr edildi.

 

10 Mart -  Milli Teatr Günü ərəfəsində mənə verilən bu kitab-albom haqqında bəhs etməzdən əvvəl qeyd edim ki, Ələkbər Qasımov Naxçıvan teatr tarixinin, eləcə muxtar respublikada incəsənət sahələrinin çox yaxşı bilicisi olmaqla yanaşı, Azərbaycanın teatr, kino, təsviri sənət musiqi tarixi haqqında da ensiklopedik məlumat bazasına malik nadir insanlardan biridir. Məhz elə bu mənada tədqiqatçı alimin yeni əsəri Azərbaycanda ikinci poeziya teatrının - “CavidPoeziya Teatrının öyrənilməsinə əhatəli şəkildə elmi ictimai mühitə çatdırılmasına xidmət edən dəyərli araşdırmadır.

 

AFpoliqrAFmətbəəsində yüksək poliqrafik üslub dizaynla nəşr olunan kitab-albom Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Rəyasət Heyətinin müvafiq qərarı ilə nəşrə tövsiyə edilib. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin elmi redaktorluğu ilə çap olunan nəşrə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil Ədəbiyyat İnstitutu musiqi teatr şöbəsinin müdiri Əli Qəhrəmanov Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev rəy veriblər.

 

Ə.Qasımov öz tədqiqatında 1982-1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərənCavidPoeziya Teatrının yaradılmasından, formalaşmasından, inkişafından əldə etdiyi uğurlardan bəhs edir. Biz burada 7 il ərzində teatrsevərlərin poeziyasevərlərin sevimli məkanına çevrilən teatrın fəaliyyəti dövründə tamaşaya qoyduğu əsərlər, onların yaradıcı heyətləri - rejissorlar, aktyorlar, rəssamlar, bəstəkarlar digərləri haqqında ətraflı dolğun məlumat öyrənə bilirik. Həmçinin, həmin teatrda tamaşaya qoyulmuş 12 əsərin hər biri ayrı-ayrılıqdı teatrşünaslıq baxımından təhlil edilib. Kitabın ən maraqlı cəhətlərindən biri odur ki, oxucular tərəfindən daha dolğun təsəvvür formalaşsın deyə əksəriyyəti ilk dəfə çap olunan 40-a yaxın foto öz əksini tapıb.

 

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin Hüseyn Cavid haqqında dediyi sözlərdən bir nümunə kitabdakı girişdə verilib: “Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır”. Elə bu mənada Azərbaycan xalqının müstəqillik, azadlıq eşqilə için-için alışıb-yandığı bir dövrdə fəaliyyətə başlayan teatra da məhz böyük romantik ədibin adı verilmişdi. Məhz bu teatrın fəaliyyəti dövründə Azərbaycanın müstəqillik arzularının ifadə olunduğu bir sənət məbədinə çevrilməsi unudulmamalıdır.

 

Kitaba ön söz yazan Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi İncəsənət, Dil Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin qeyd etdiyi kimi, “Ələkbər QasımovunCavidPoeziya Teatrı (1982-1989)” adlı kitab-albomu özününü yediillik fəaliyyətilə milli teatr tariximizdə unudulmaz mərhələlərdən birini təşkil edən sənət ocağının təşəkkülü tərəqqisi yollarına məxsusi işıq salır”.

 

Daim mədəniyyət uğrunda çarpışan Hüseyn Cavidin adını daşıyan teatr haqqındakı tədqiqatlarına müəllifin özünəməxsus yanaşması da diqqətdən yayınmır. Belə ki, öz tədqiqatlarını ortaya qoymazdan əvvəl görkəmli dramaturqun aşağıdakı misralarını epiqraf kimi verir:

 

Turana qılıncdan daha kəskin, ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

 

Kitab-albomu diqqətlə gözdən keçirəndə məlum olur ki, 1981-ci ildə Azərbaycan KP MK-nın Hüseyn Cavidin 100 illiyinin təntənəli şəkildə qeyd olunması haqqında qərarında Naxçıvan Teatrının ikinci səhnəsi olaraqCavidPoeziya Teatrının yaradılması da nəzərdə tutulmuşdu. Həmin teatr isə 1982-ci ildə yaradılır və fəaliyyətə başlayır. Maraqlı cəhətlərdən biribudur ki, H.Cavidin adını daşıyan teatrın səhnəsində göstərilən ilk tamaşa da məhz Hüseyn Cavidə həsr olunur. Belə ki, o zaman Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilk ədəbi hissə müdiri, şair-dramaturq Kəmalə Ağayevanın sırf bu teart üçün yeni yazdığı “Mənim tanrım gözəllikdir, sevgidir” adlı mənzum pyesi əsasında respublikanın əməkdar artisti (indiki xalq artisti), rejissor-aktyor Vaqif Əsədovun rəhbərliyilə eyniadlı tamaşa hazırlanır və uğurla səhnəyə qoyulur. Maraq üçün onu da qeyd edək ki, tamaşanın quruluşçu rəssamı muxtar respublikanın əməkdar incəsənət xadimi Məmməd Qasımov, bəstəkarı Ramiz Mirişli, baş rolun ifaçısı - Cavidi canlandıranlar isə rejissorun özü - Vaqif Əsədov və Naxçıvan Dövlət Musiqili Dram Teatrının quruluşçu rejissoru Əliqismət Lalayev olmuşdur.

 

Kitabda hamımız üçün maraqlı olan cəhətlərdən biribudur ki, tamaşanın son məşqləri zamanı - 1982-ci ilin oktyabrında ulu öndər Heydər Əliyev oğlu, hazırda ölkə Prezidenti olan İlham Əliyevlə teatrı ziyarət etmiş, məşqi izləmiş, yeni teatrın yaranması münasibətilə yaradıcı kollektivi təbrik etmiş, onlara uğurlar arzulamışdır.

 

“Mənim tanrım gözəllikdir, sevgidir” tamaşasının premyerası isə H.Cavidin Sibirdən gətirilmiş nəşinin Naxçıvanda torpağa tapşırıldığı gün - 1982-ci il noyabr ayının 3-də göstərilmiş, bununla da teatrın təntənəli açılışı olmuşdur.

 

Kitab-albomda biz, həmçinin, müxtəlif zamanlardaCavidPoeziya Teatrında səhnəyə qoylumuş Hüseyn CavidinAna” faciəsi, “Azər” poeması əsasında eyniadlı tamaşa, “Uçurum” əsəri, A.S.Puşkinin “Qaraçılar” poeması əsasında eyniadlı tamaşa, C.Məmədquluzadənin “Çay dəstgahı” alleqorik pyesi, Teymur ElçininOsvensim” poeması əsasında eyniadlı tamaşa, Məmməd Arazın “Atamın kitabı” poeması əsasında “Azərbaycan - dünyam mənim” adlı tamaşa, Rəsul Rzanın “Bir güninsan ömrüdür” və “Etiraf” poemaları əsasında “Bir güninsan ömrüdür” adlı tamaşa, Mikayıl Müşfiqin müxtəlif şeirləri əsasında səhnələşdirilmiş “Yenə o bağ olaydı...” tamaşaları haqqında da ətraflı məlumat alırıq. Tamaşaların rejissorları, bəstəkarları, rəssamları, aktyorları tədqiqatçı dəqiqiliyi və tamaşalar haqqındakı təhlili-tənqidi rəylərlə əks olunmuşdur.

 

Müəllifin kitab-albomdakı son qeydləri də diqqəti cəlb edir: “Muxtar Respublikanın, xüsusən də Naxçıvan şəhərinin yaşlı və orta nəsil teatrsevərlərinin qəlbində bir nisgil - “CavidPoeziya Teatrının yenidən bərpası arzusu yaşamaqdadır. Bu arzunun gerçəkləşməsini və çoxdan vaxtı çatmış məsələnin müsbət həllini iki dahinin - Hüseyn Cavidinbu teatrın yaradıcısı olan Heydər Əliyevin ruhları da bizlərdən tələb edir”.

 

Doxsan səhifəlik kitabın yarısı isə məhz “CavidPoeziya Teatrının yaradılması, inkişafı, oynanılan tamaşalar, aktoyrlars. barədə foto-şəkillərdən ibarətdir. Burada ulu öndər Heydər Əliyevin teatrın binasını ziyarət edərkən çəkilmiş şəkillər, Cavidin nəşinin Bakıya, daha sonra Naxçıvana gətirilməsi zamanı çəkilmiş şəkillər, Naxçıvandakı vida mərasimi zamanı qızı Turan xanımın, eləcə də müxtəlif kollektiv fotoların, tamaşalardan səhnələrin, tamaşaların eskizləri, afişaları, proqramları,  ən sonda isə “CavidPoeziya Teatrının yerləşdiyi binanın fotoları öz əksini tapmışdır.

 

Sonda istifadə olunmuş ədəbiyyat siyahısı verilib ki, burada da biz müəllifin araşdırmalar zamanı hansı mənbələrə üz tutduğunu aydınca görə bilirik.

 

Naxçıvan teatr tarixinin özünəməxsus cəhəti ilə seçilən, lakin öyrənilməmiş bir tərəfinə işıq tutanCavidPoeziya Teatrı (1982-1989)” kitab-albomu Azərbaycan, həmçinin, Naxçıvan teatr tarixinin öyrənilməsində maraqlı və elmi mənbə kimi olduqca əhəmiyyətli bir tədqiqat əsəridir. Bu münasibətlə müəllifi və bu teatrda fəaliyyət göstərmiş sənət adamlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq.

 

525-ci qəzet.-2018.-10 mart.-S.12.