“Pazırık xalısı. Rəmzlər
dünyası”nın təqdimatı oldu
Azərbaycan Xalça Muzeyində xalçaçı rəssam,
Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının
dosenti Məmmədhüseyn
Hüseynovun müəllifi
olduğu “Pazırık
xalısı. Rəmzlər dünyası” adlı
kitabının təqdimatı
keçirilib.
Kitab Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə çap olunub.
Təqdimat mərasimində çıxış
edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev xalqımızın
yaratdığı digər
mədəni irs nümunələri
kimi xalçaçılıq
sənətinin inkişafı,
eləcə də Azərbaycan xalçalarının
dünyada tanıdılması
istiqamətində görülən
işlərdən danışıb.
Qeyd edib ki, prezident İlham
Əliyev “Azərbaycan
Respublikasında xalça
sənətinin qorunmasına
və inkişaf etdirilməsinə dair
2018-2022-ci illər üçün
Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Bu sərəncamın icrası milli xalçaçılıq ənənələrinin
qorunması və inkişaf etdirilməsi yolunda böyük addım olacaq.
Vurğulanıb ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri sayəsində
2010-cu ildə Azərbaycan
xalça sənəti
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs üzrə Reprezentativ Siyahısına
daxil edilib.
“Qədim tarixə
malik Azərbaycan xalçaçılıq sənəti
bu gün də öz ənənələrini davam
etdirərək gələcək
nəsillərə ötürülür. Xalçaçılıq dekorativ-tətbiqi sənətin
ən geniş yayılmış növlərindən
biri kimi tarixən Azərbaycan xalqının həyatında,
məişətində çox
mühüm yer tutub. Hər bir xalça
toxunduğu yerin təbiəti, onu ərsəyə gətirən
insanların dünyagörüşü
və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası,
tarixi, mədəni və dini mühiti
xalçanın özünəməxsus
ornament, kompozisiya və
digər elementlərinə
təsir göstərir.
Elə ona görə də xalçaçılığın
inkişafı tarixi, mədəni və maddi irsin qorunması
baxımından müstəsna
əhəmiyyət kəsb
edir” - deyə nazir qeyd edib.
Vurğulanıb ki, yeni çap olunan kitabda da yer
alan və
2500 il tarixi olan Pazırık xalçası türk xalqlarının yaratdığı
bir sənət nümunəsi kimi digər xalqlara güclü təsir edib. Kitabın əhəmiyyətini yüksək dəyərləndirən
nazir bildirib ki, belə kitablar
ingilis, fransız, eləcə də digər dillərə tərcümə olunaraq dünya ölkələrinə
yayılmalıdır.
Azərbaycan Xalça Muzeyinin
direktoru Şirin Məlikova çıxış
edərək kitabın
türk dünyasının
xalça sənətinin
öyrənilməsində qiymətli mənbə olduğunu deyib: “Pazırık xalçasının
yaşı 2500 ilə
bərabərdir və
1949-cu ildən tədqiq
olunur. Müəllif bu tədqiqatda
müxtəlif yanaşmaları
nəzərə alaraq,
bu xalının məhz türk xalqlarına məxsus olduğunu sübut edir. Bu kitab
milli mədəni dəyərlərimizə, maddi
irsimizə sahiblənmək
istəyənlərə tutarlı
bir cavabdır. Kitabda muzeyin bir neçə
eksponatı da yer alır”.
Milli Məclisin
deputatı, akademik Nizami Cəfərov qeyd edib ki,
böyük tarixə
və zəngin mədəniyyətə sahib türk
xalqlarının yaratdığı
sənət nümunələrindən
biri də xalçaçılıq sənətidir. Digər
xalqlar zaman-zaman mədəni irs
nümunələrimizə sahib çıxmağa çalışıblar.
Bu mənada xalçaçılıq
sənətimizdə bu
cür hücumlardan yan keçməyib. Ona görə də bütün mədəni,
mənəvi irsimizə
həssaslıqla yanaşıb,
onu araşdırıb,
öyrənib dünyaya
tanıtmalıyıq.
Sonda bütün
iştirakçılara minnətdarlığını
bildirən tədqiqatçı,
xalçaçı rəssam
Məmmədhüseyn Hüseynov
müəllifi olduğu
kitabda Dağlıq Altayın Pazırık vadisindəki kurqanlardan birində aşkarlanmış
dünyanın ən qədim xalısı hesab edilən Pazırık xalısı
ilə bağlı aparılmış tədqiqatdan
bəhs olunduğunu qeyd edib. Vurğulayıb ki, dörd hissədən
ibarət bu kitabda Pazırık xalısının tarixiliyi,
kompozisiya quruluşu, bədii cəhətləri
və rəmzləşmiş
mahiyyəti ilə bağlı məsələləri
araşdırıb. Son
səhifələrdə türk,
rus və ingilis dillərində xülasə verilib. Kitabda türk xalqlarının xalça sənəti nümunələrindəki naxış
və motivlərlə
Pazırık xalısı
elementlərinin arasındakı
oxşar xüsusiyyətlərin
incələnməsi müşahidə
edilir.
XƏDİCƏ
525-ci qəzet.-2018.-10 mart.-S.13.