"Azərbaycan Xalq Cümhuriyyəti - 100" mövzusunda elmi konfrans

 

YAQUB MAHMUDOV: "AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÜNYA TARİXİNİN ƏN DEMOKRATİK DÖVLƏT QURUMLARINDAN BİRİDİR"

 

Dünən "Cümhuriyyət İli" çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Misir Mədəniyyət Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan Xalq Cümhuriyyəti - 100" mövzusunda elmi konfrans keçirilib.

Elmi konfransı giriş sözü ilə açan Misir Mədəniyyət Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanın yox, Türk dünyasının, müsəlman aləminin bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir: "Müsəlman Şərqində qadınlara seçki hüququ ilk olaraq Cümhuriyyət dövründə - 100 il əvvəl verilib. Cümhuriyyət Azərbaycanın ilk müasir universitetini - Bakı Dövlət Universitetini təsis edib".

Misir Mədəniyyət Təhsil Əlaqələri Mərkəzində keçirilən tədbirdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir: "Xalq Cümhuriyyəti XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yaranıb. Cümhuriyyət irqi, milli, dini sinfi bərabərsizliyi ləğv edərək, bütün vətəndaşların hüquq bərabərliyini təmin edib. Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Cümhuriyyətin bayrağını, gerbini himnini qəbul edib".

Yaqub Mahmudov bildirib: "Tarix İnst

itutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif  ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr arxiv sənədləri ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən, ikicildlik ensiklopediya nəşr edilib. Ulu öndər Heydər Əliyevin vəsiyyətinə əməl olunaraq nəşr edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası" Cümhuriyyət tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir".

Akademik qeyd edib ki, Tarix İnstitutunun Misir Mədəniyyət Təhsil Əlaqələri Mərkəzi ilə sıx əməkdaşlığı var: "Mərkəzdə institutun əməkdaşları üçün ərəb dili kursları təşkil olunub. 2017-ci ildə Əhməd Sami Elaydi instituta ərəb dilində 10 min elektron kitab hədiyyə edib".

Elmi konfransda bildirilib ki, prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə "İstiqlal Bəyannaməsi" abidəsi ucaldılıb. Hər il Cümhuriyyətin elan olunduğu 28 may tarixi Azərbaycanda Respublika günü kimi qeyd olunur.

Konfransda Milli Məclisin deputatı Elman Nəsirov, tarixçi alimlər Kamran İsmayılov, Cəbi Bəhramov, Güntəkin Nəcəfli başqaları çıxış edərək bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin dövlətçilik tarixində silinməz iz buraxıb.

Sonda Y.Mahmudov Misir Mədəniyyət Təhsil Əlaqələri Mərkəzinə ikicildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nı "İrəvan xanlığı: Rusiya işğalı ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" adlı fundamental tədqiqatın ərəbcə nəşrini hədiyyə edib.

Ə.S.Elaydi isə Azərbaycan-Misir əlaqələrinin inkişafına verdiyi töhfələrə görə, Y.Mahmudova E.Nəsirova Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin mükafatlarını təqdim edib.

Qeyd edək ki, Misir Mədəniyyət Təhsil Əlaqələri Mərkəzi Azərbaycanda ilk yeganə ərəb mədəniyyət mərkəzidir.

 

Ceyhun ABASOV

 

525-ci qəzet.- 2018.- 13 mart.- S.3.