"Gənc
Tamaşaçılar"da Milli Teatr Günü
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında
Azərbaycan Milli Teatrının 145 illiyi münasibətilə tədbir
keçirilib.
AZƏRTAC
xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları
Azərbaycan Milli Teatrının 145 və Gənc Tamaşaçılar
Teatrının 90 illik
tarixini əks etdirən videoçarxa baxıblar.
Tədbirdə teatrın direktoru,
Əməkdar artist Mübariz
Həmidov 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası
tərəfindən təməli
qoyulan Azərbaycan Milli Teatrının yaranma tarixi haqqında ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycan teatrı keşməkeşli
yol keçərək
zamanın mühakiməsindən
üzüağ çıxıb. Məhz bunun
nəticəsidir ki, bu gün Azərbaycan
teatrı dünyanın
aparıcı beynəlxalq
festivallarında uğurla
təmsil olunur. Milli Teatr günü münasibətilə silsilə
tədbirlərin keçirildiyini
söyləyən M. Həmidov
ölkəmizdə sənət
adamlarına, teatr xadimlərinə göstərilən
diqqət və qayğıdan söz açıb. Vurğulanıb
ki, Milli Teatr Günü ərəfəsində Azərbaycan
qadınlarına fəxri
adların verilməsi
haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə teatrın əməkdaşı Zemfira
Bağırzadə Əməkdar
mədəniyyət işçisi
fəxri adına, aktrisa Günel Məmmədova Mədəniyyət
və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi"
döş nişanına,
Əməkdar artist Nübar
Novruzova isə Teatr Xadimləri İttifaqının "Sənətkar"
medalı ilə təltif edilib.
Direktor teatrın
bir qrup əməkdaşına sənət
ocağının 90 illiyi
münasibətilə "Teatr
sahəsindəki xidmətlərə
görə" diplom
və pul mükafatlarını təqdim
edib.
Sonra uzun illər teatrda çalışan,
Xalq artistləri Ağaxan Salmanlı, Tarıyel Qasımov, Yasin Qarayev, Cənnət Səlimova, Vaqif Əsədov çıxış edərək
əlamətdar gün
münasibətilə bütün
teatrsevərləri təbrik
edib.
Tədbir
teatrın aktyorlarının
ifasında konsert proqramı ilə davam edib.
525-ci qəzet.- 2018.- 13 mart.- S.7.