Fərəc Qarayevin əsəri beynəlxalq festivalda səsləndiriləcək

 

Noyabrın 28-dən dekabrın 2-dək Moskva Filarmoniyasının P.Çaykovski adına konsert zalında "Başqa məkan" ("Druqoye prostranstvo") VI Beynəlxalq Aktual Musiqi Festivalı keçiriləcək.

AZƏRTAC Moskva Filarmoniyasının saytına istinadla xəbər verir ki, festival çərçivəsində noyabrın 29-da Fərəc Qarayevin "Orkestr solo skripka üçün konsert"i səsləndiriləcək.

Əsəri Y.Svetlanov adına Rusiya Dövlət Akademik Simfonik Orkestri təqdim edəcək.

Orkestrin dirijoru Vladimir Yurovski olacaq. Solist Patrisiya Kopaçinskayadır.

 

525-ci qəzet.- 2018.- 13 mart.- S.7.