Şair Sabir Sarvan
yad edildi
Martın
11-də unudulmaz şairimiz
Sabir Sarvanın vəfatından bir il ötdü.
Bununla bağlı həmin gün şairin məzarı başında
anım tədbiri keçirilib.
Mərasimdə tanınmış ziyalılar,
ictimaiyyət nümayəndələri
və şairin poeziyasını sevənlər
iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyinin
(AYB) katibi Rəşad
Məcid mərhum şairin həyat və yaradıcılığından
söz açıb, onun poeziyasının müasir Azərbaycan ədəbiyyatındakı yerindən
bəhs edib.
Şair Əjdər Ol mərhumla xatirələrindən
danışıb, onun
hər zaman dostlarının, sevənlərinin,
yaddaşında, qəlbində
əbədi yaşayacağını
vurğulayıb.
AYB-nin Qubadlı
filialının sədri
Namiq Məna Sabir Sarvanın Sumqayıt ədəbi mühitinin inkişafındakı
rolundan bəhs edib.
AYB Sumqayıt bölməsinin
sədri Gülnarə
Cəmaləddin şairin
Sumqayıt ədəbi
mühitində gördüyü
işlərdən danışıb.
Əməkdar artist Ağalar Bayramov, İlham Abbasov, Zahir Hüseynov və başqaları çıxış edərək
mərhum şairi hörmətlə yad edib, ona Allahdan
rəhmət diləyiblər.
Daha sonra Mərkəzi Kitabxananın
Uşaq şöbəsinin
AYB-nin Sumqayıt bölməsilə birgə
layihəsi əsasında
yaradılmış Sabir
Sarvan poeziya teatrının üzvləri
şairin yaradıcılığından
nümunələr səsləndiriblər.
Sonda ailə
adından Ənvər
Əliyev tədbirin təşkilatçılarına və iştirakçılarına
təşəkkürünü bildirib.
ŞAHANƏ
525-ci qəzet.- 2018.- 13 mart.- S.7.