ADMİU-da Şəhla Abbasovanın "Yeddi gözəl" adlı batika sərgisi

 

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində rəssam Şəhla Abbasovanın böyük Azərbaycan şairi Nizami Gəncəvinin 7 gözəl poemasına həsr olunmuş batika əsərlərindən ibarət sərginin rəsmi açılış sərgi kataloqunun təqdimat mərasimi keçirilib.

Sərgidə giriş sözü ilə universitetin rektoru, professor Fərəh Əliyeva çıxış edərək, sərginin özəlliyindən,  Şəhla Abbasovanın nəfis şəkildə, yüksək peşəkarlıq, fantaziya, zövqlə Dahi Nizami onun 7 gözəlini atlas üzərində həkk etdiyini qeyd edib.

Daha sonra "Dizayn dekorativ-tətbiqi sənət" kafedrasının müdiri, professor Arif Əziz çıxış edərək batika sənətinin qədim tarixindən, Şəhla Abbasovanın da bu sənəti çox gözəl şəkildə təmsil etdiyini, bu çətin məsuliyyətli işin öhdəsindən uğurla gəldiyini deyib.  Sənətşünas  Dilarə Müzəffərli   çıxışında müəllifi  təbrik edib, bu layihənin Respublikamız üçün 3 mötəbər tədbirə həsr edildiyini vurğulayaraq, sərgidə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Tədbirin açılışında qonaqlara universitetin tələbələrinin iştirakı ilə ədəbi-bədii hissə nümayiş olunub. Bu hissə Aktyor sənəti 3-cü kurs tələbəsi Məmməd Əlili SABAH qrupu 4-cü kurs tələbəsi Corc Qafarov tərəfindən  təqdim edilib.

Qeyd edək ki, Şəhla Abbasova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr (2010-2014), Azərbaycan  Mədəniyyət  İncəsənət  Universitetində magistr pilləsində (2015-2017) təhsil alıb. Müxtəlif yerli beynəlxalq sərgilərdə fəal iştirak edərək ölkəmizi təmsil edib, diplom sertifikatlarla  təltif  olunub. Şəhla Abbasova eyni zamanda, 2016-cı ildə Monteneqroda keçirilən "III Oyun İllik Konfransı"nda təşkil olunan sərgidə iştirak edib əsəri kataloqda nəşr olunub   sertifikata layiq görülüb.  

Kataloq "Gənclər arasında Multikulturalizm Tolerantlığın Təbliği" ictimai birliyinin maliyyə dəstəyi ilə çap olunub. Müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin  anadan olmasının 100 illiyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 95 illik yubileyi münasibətilə keçirilən sərgidə rəssamın poemadakı yeddi müxtəlif ölkədən olan yeddi şahzadənin obrazlarının ipək parça üzərində təsvirləri nümayiş olunub.

 

525-ci qəzet.- 2018.- 13 mart.- S.8.