İMTAHAN
İnsan doğulanda ağlayır nədən?
Olmaya anlayır o, nəyə gəlir?-
Bilir, doğulandan ta ölənəcən
Hər şeydən imtahan verməyə gəlir.
Bu dünya nəhəng bir imtahan zalı,
Qarşıda suallar qalaq-qalaqdır.
Kimlərsə yığacaq ən
yüksək balı,
Kimlərsə sınaqdan çıxmayacaqdır.
İmtahan qorxusu ötməz
canından,
İşlər iliyinə, işlər qanına.
Çıxdınmı məhəbbət
imtahanından,
Hazırlaş ailə imtahanına!
Bilinməz hesabı, bilinməz
sanı,
Birisi bitməmiş
birisi başlar.
Sınaqlarda keçər ömrün
hər anı,
Daim həyəcanlar...daim təlaşlar...
Heç
də öyünməsin
ədalətilə,
Dünyanın işini nə bilmək olar.
Ən doğru cavabı verəndə belə
kəsilmək
olar.
Bəzən yanılarsan, bəzən
çaşarsan,
Ağla sığmayanlar ürəyə
gələr.
Elə suallarla qarşılaşarsan
Nə bilik, nə ağıl köməyə gələr.
Cavab tapmayanı qınamaq olmaz,
Sual anlaşılmaz,
sual dərindir.
Adamlar bir yana,
düşünsən bir
az,
Ən çətin
imtahan ölkələrindir.
Sual var, cavabı bəllidir az-çox,
Sual var, cavabsız, qıfıllı
bir sirr.
Belə
sualların cavabı söz yox,
Alovla, atəşlə
verilməlidir.
Nahaq üz-gözündən qüssə-qəm
yağır
Keçməyəndə bilik imtahanından.
İnsana
ağırdır, ağırdan
ağır
Kəsilmək kişilik imtahanından.
Bu dünya nəhəng bir imtahan zalı,
Qarşıda suallar qalaq-qalaqdır.
Cəsurlar yığacaq ən
yüksək balı,
Acizlər bu testdən çıxmayacaqdır.
GƏLİB-GƏLİB AXIRDA...
Yol aldım yol yanınca, bəlkə yola yol qoşam,
Bir də baxıb gördüm ki, qabağımda yol qoşa.
Bu yollar ayrıcında indi çaşıb qalmışam,
Gəlib-gəlib axırda gör harda axşamladım.
Baxt başıma əl çəkdi, Araz boyuna düşdüm,
Canımdan can ayrıldı, canım
hayına düşdüm.
Bu qarışıq zamanda əcəb oyuna düşdüm,
Gəlib-gəlib axırda gör harda axşamladım.
Bu su elə bulanıb
durulmasından keçib,
Xeyirin də arğacı, Şər ilməsindən keçib.
Puç
ümidin bar tutub dərilməsindən keçib,
Gəlib-gəlib axırda gör harda axşamladım.
Tale oyun oynadı, sirri düyündə qoydu,
Çoxlarını çaşdırıb, əli
üzündə qoydu.
Məcnun
baxtım məni də Leyli düzündə
qoydu,
Gəlib-gəlib axırda gör harda axşamladım.
Canı
yanan mində bir, zalım yüz-yüz, zalım çox,
Dilbilməzlər yanında söz deməyə dilim yox.
Önüm dağa dirənib,
geriyə də yolum yox,
Gəlib-gəlib axırda gör harda axşamladım.
ƏKMƏ
O AĞACI
Demişdim bu bağa axtar, tac
gətir,
Nədir gətirdiyin o ağac, nədir?
Qayına, küknara ehtiyac nədir?!
Əkmə o ağacı, bu
bağa əkmə!
Əkilsə ağzına alacaq
bağı,
İynəyə dönəcək iynə yarpağı.
Hayıfdı, zay etmə sən bu torpağı,
Əkmə o ağacı, bu
bağa əkmə!
Bir də görəcəksən
qalxdı, qalxdı o,
Ucalıb, bu bağa üstdən
baxdı o.
Özgə çəpərlərdən aşacaqdı o,
Əkmə o ağacı, bu
bağa əkmə!
Hardan çıxarılıb,
zatı nə olar?
Meşə ağacıdı, odunu olar.
Bar versə, barının adı nə olar?
Əkmə o ağacı, bu
bağa əkmə!
Gətir,
bu baxçanın tacı nar olsun,
Gətir, gilənara bacı nar olsun.
Nar bağı küknarla
niyə dar olsun?!
Əkmə o ağacı, bu
bağa əkmə!
VAHİMƏLİ
GECƏ
Zülmət deşir gözlərimi,
Gözümdən yaş çıxarır.
Bu gecə şeytan
şərimi?
Mən necə baş çıxarım?..
Oyaq tək oyaq deyiləm,
Yuxulu tək yuxulu.
Kölgələr gəlir üstümə
Vahiməli, qorxulu.
Zəncirini qırır köpək
Hikkəsindən, hovundan.
Az qalır bağrım yarıla
Bu gecənin xofundan.
Harda itib, çənmi udub,
Nə olubdu Ayına?
Haray çəksəm tapılarmı
Bir hay verən hayıma?
Tərsinəmi çevrilibdi
Göydə ulduz tabağı?..
Artır
zülmət... görünməyir
Bu gecənin sabahı...
GÖRƏRSƏN
MƏNİ
Ölüm dedikləri yalandır,
yalan,
Əbədi yaşayır xatirə olan.
Yad etsən nə zaman, düşünsən
haçan
O anda yanında görərsən məni.
Elə fərqi yoxdur heç uzağın da
Əgər yerim varsa qəlb
otağında.
Şərt deyil ki, duram göz qabağında,
Ruhunda, canında
görərsən məni.
Yaxının çox olar ad günlərində,
Xoşbəxt çağlarında, düyünlərində
Gözə dəyməsəm də
şad günlərində,
Kədərli anında görərsən
məni.
Necə
dəyişmişəm, necə,
bilməzsən,
Quşdan, kəpənəkdən seçə
bilməzsən.
Kənardan keçəndə gerçək
bilməzsən,
Ovcuna qonanda görərsən məni.
Darıxma, getsəm də
yenə dönərəm,
Dumana dönərəm, çənə
dönərəm,
Dünyanı dolaşıb sənə
dönərəm,
Qar, yağış
donunda görərsən
məni.
ÖLÜMÜMƏ
İNANMAYIN
Ölümümə inanmayın
Çiyninizdə qəbristana getsəm belə.
Əlinizlə endirilsəm
qəbrə
belə.
İnanmayın zərrə belə!
Mən heç
zaman ölməyəcəm.
İnanmasaz, açın, baxın,
Mən qəbrdə
olmayacam.
Doğulmadım bu dünyaya
hər
hökm ilə barışmağa.
Doğulmadım
torpaq
olub torpaqlara qarışmağa.
Doğulmuşam dağ titrədən
gur
səs kimi,
səda kimi!
Atəş dolu hər cümlədə
vurğu
kimi,
nida
kimi!
Addım-addım
addım
atdım
qaranlıqda
şəfəq
kimi parlamağa.
İşığımı ürəklərə paylamağa.
Olmayıbdı mənim üçün
yaşamağın ayrı
yolu.
Mənim
yolum haqq yoludur,-
Mənim yolum tanrı yolu.
Bir əbədi sevdamız var
tanrı
ilə.
Qar üstündə güllər
açar
nəfəsimin hənri ilə.
Ölüm məni necə
tapar,
necə
toplar?!
Dönüb narın zərrələrə
Səpələnmişəm hər yerə.
Yaxın
desən, yaxındayam,
Uzaq desən,
uzaqda.
Bir ayağım bu dağdadır,
Bir ayağım
o dağda.
Yerdə
dənizin dibinə,
Göydə günə
yetər
əlim.
Neylər
mənə, neylər
ölüm?!.
Unutmayın bunu heç vaxt,
Mənim
yeni yaşamım
Dəfnimdən sonra başlayacaq.
Biz ayrılmayacağıq
bir
an da.
Yanınızda olacağam hər yanda.-
Aranda,
dağda...
Sabah-sabah bağda
Yarpağa dönüb
yellənəcəyəm
budaqlarda
küləklərlə
öpüşə-öpüşə.
Gecələr
gözünüzə
yuxu gedəndə
Gələcəyəm sizinlə görüşə.
Sizsiz olmayacaq
bircə
anım.
Necə
ayrı ola
bilərik biz, axı,
Siz deyilmisiniz
ruhum,
canım?!.
ZƏNN
ELƏ, YANINDAYAM
Gecə
keçib gecədən,
Yer-göy dərin uyğuda.
Təkcə səndən savayı
Hər şey şirin yuxuda.
Nə olub, canım-gözüm,
Nə qaçırıb yuxunu?
Yoxsa, hansısa sözüm
Ürəyinə toxunub?
Əgər belə olubsa,
Yüz yol üzr diləyim.
Bəs, nə sıxır, qəhr edir,
Səni üzür, mələyim?...
Qoru böyüklüyünü,
Pisliyi salma yada.
Xatırla, sevinməyə
Nələrsə var dünyada.
Zənn elə başın altda
Yenə də qollarımdı.
Saçlarını oxşayan
Geri dönən yarındı.
Yat hər gün nəfəsimi
Yanında duya-duya.
Gecə gördüklərini
Səhərlər danış suya.
Adil QASIMLI
525-ci qəzet.- 2018.- 13 mart.- S.7.