"Cəngi"
ansamblı Mahnı Teatrında konsert verdi
Heydər
Əliyev Fondunun, Mədəniyyət və
Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının
və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı
ilə Bakıda keçirilən "Muğam
aləmi" V Beynəlxalq
Muğam Festivalı çərçivəsində martın 12-də Rəşid
Behbudov adına Mahnı Teatrında "Cəngi" estrada folklor ansamblının konserti olub.
Tədbiri teleradioaparıcısı Rahib
Azəri açıb. O, Azərbaycanın
milli dəyərlərinin
təbliğində festivalın
əhəmiyyətindən danışaraq qeyd edib ki, belə
tədbirlər ölkənin
mədəni həyatına
böyük töhfə
verir.
Sonra "Cəngi"
ansamblının konserti
başlayıb. Musiqiçilər Azərbaycan bəstəkarlarının
əsərlərini, muğam
üstündə caz kompozisiyaları ifa ediblər. Konsert böyük maraqla
qarşılanıb.
Xatırladaq ki, "Cəngi" qrupu xalq musiqisi
ilə cazın sintezini təşkil edən kompozisiyalar təqdim edir. Qrupu 1992-ci ildə
tanınmış caz
ustası, mərhum bəstəkar Rafiq Babayev yaradıb. 2002-ci ildən bu
günədək qrupun
bədii rəhbəri
Əməkdar artist Mircavad
Cəfərovdur.
"Cəngi" ansamblı
müxtəlif musiqi festivallarında iştirak
edir, tez-tez qastrol səfərlərinə
çıxaraq Azərbaycan
xalq musiqisini bütün dünyada təbliğ edir.
ŞAHANƏ
525-ci qəzet 2018.- 14 mart.- S.6.