Neftçalada şair Adilə Nəzərlə görüş oldu
Neftçala
rayon mərkəzləşdirilmiş kitabxana sistemində
tez-tez bir-birindən maraqlı tədbirlər keçirir,
yaradıcı ziyalılarla, görkəmli şəxsiyyətlərlə,
tanınmış şair və yazıçılarla
görüşlər təşkil edirik. Oxucularımız bu
tədbirlərdə, görüşlərdə həmişə
böyük həvəslə iştirak edirlər.
Bu
günlərdə, tanınmış şair, filologiya üzrə
fəlsəfə doktoru, Azərbaycan və İraq
Yazıçılar Birliyinin üzvü, Təhsil
İnstitutunun aparıcı elmi işçisi Adilə Nəzərlə
oxucularımızın görüşünü keçirdik
və bu görüş xüsusilə yaddaqalan oldu.
Görüşün
bünövrəsi bir neçə ay əvvəl
kitabxanamızda rayonumuzun sayılıb-seçilən
ziyalılarından olan Ələkbər Zahidovun alim Təvəkkül
Zahidova həsr etdiyi "Ömür şərəflə
yaşananda" kitabının təqdimat mərasimi
keçiriləndə qoyulmuşdu. Tədbirdə
respublikamızın bir qrup tanınmış alimi, şair və
yazıçıları ilə birlikdə Adilə Nəzər
də çıxış etmiş və bir şeirini
oxumüşdu. Həmin şeirlə də
oxucularımızın diqqətini cəlb etmiş, dərin
maraq doğurmuşdu. Ələkbər müəllim söz
vermişdi ki, bu kitabxanada onun görüşünü təşkil
edəcək və verdiyi sözün üstündə
möhkəm dayandı. Təşkilati işlərdə
Neftçalada Qadınların Sosial İnkişafına Dəstək
İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə,
rayonun Xolqaraqaşlı kənd tam orta məktəbinin
direktoru, Azərbaycan Yazıçılar Birliyinin
üzvü, yazıçı-publisist Ruhəngiz Nəcəfova
da iştirak etdilər.
Beləcə
bu görüş baş tutdu. Şairlə görüşə
elə güclü maraq göstərilmişdi ki, zalda əyləşməyə
yer tapmayaraq ayaq üstə dayananlar da var idi.
Adıçəkilən
İctimai Birliyin sədri Gülqədəm Mirzəzadə tədbiri
açaraq, aparıcılıq üçün sözü
Ruhəngiz Nəcəfovaya verdi. R.Nəcəfova Adilə Nəzərin
həyatı və yaradıcılığı barədə
qısa məlumat verərək, poeziyasının xüsusiyyətlərindən
danışdı, dedi ki, o, sözün tam mənasında
ürək, qəlb, ruh şairidir.
Adilə
Nəzər poeziyası barədə fikir bildirmək
üçün ilk söz tanınmış qiraət
ustası Fərman Hüseynova verildi. O, şairin
yaradıcılığına yaxından bələd
olduğunu, şeirlərini müxtəlif məclislərdə,
el şənliklərində sevə-sevə söylədiyini
bildirdi. Dedi ki, Adilə Nəzər öz səsi, öz nəfəsi
olan istedadlı şairədir və bu kimi bu misraları onun
yaradıcılığı haqqında dolğun təəssürat
yaradır:
İlahi
qəbul et, "varlıyam" Səndən,
Baxma ki, sinəmdə min bir ahım var.
Sənin
mənim kimi günahkar bəndən,
Mənim Sənin kimi bir Allahım var.
Rayonun ziyalılarından Ramiz Hüseynovun da çıxışı maraqla
qarşılandı: "Şeir
eşidiləndə yaşayır,
şeiri yaşadanlardan
biri də biz qiraətçilərik. Məclislərdə, el şənliklərində Adilə
Nəzərin şeirlərini
söyləyəndə həmişə
maraqla qarşılanır.
Ona görə ki, onlar qəlbdən süzülüb, yaşanaraq
yaranıblar.
İstedadlı şairlə görüşə
Bakıdan, qonşu Salyan rayonundan gələn qonaqlar da az deyildi. "Ulduz" jurnalının poeziya şöbəsinin rəhbəri
Fərqanə Mehdiyeva,
"Araz" Ziyalılar
İctimai Birliyinin sədri, filologiya elmləri doktoru Nizami Muradoğlu, Azərbaycan Yazıçılar
Birliyi Muğan regional
şöbəsinin sədri
Nəbi İbrahimov və başqaları Adilə Nəzərin yaradıcılıq xüsusiyyətlərindən
danışdılar, onun
şeirlərinin müasir
poeziyamızda tutduğu
mövqedən söhbət
açdılar.
Şairlərdən Zabil Pərviz, Zərxanım Ülvi A.Nəzər poeziyasının
xüsusiyyətlərindən söz açaraq yaddaqalan fikirlər bölüşdülər.
Sonra söz Adilə Nəzərə verildi. Şair öz şeirlərindən
nümunələr söylədi,
iştirakçıların çoxsaylı suallarını
cavablandırdı, görüşü
təşkil edənlərə
səmimi minnətdarlığını
bildirdi, Kitabxananın
müdiri Gülnarə
Qasımova görüşü
yekunlaşdıraraq Adilə
Nəzərə yeni yaradıcılıq uğurları
arzuladı.
Bədirə HƏSƏNQIZI
Neftçala rayon mərkəzləşdirilmiş
kitabxana sisteminin əməkdaşı
525-ci qəzet 2018.- 14 mart.- S.6.