Nazim Əhmədlinin şeir dünyası
Məşhur türk şairi
Nəcib Fazıl deyir: "Çi ləsi, əzabı çəkilməyən şeydə
EŞQ olmaz. Eşq olmasa, çilə
də olmaz. Çilə
olmasa, yaratmaq, meydana gətirmək, istək, həvəs də olmaz. Qısası,
heç bir şey olmaz".
Bəli, həqiqətən də belədir. Tanrı insanları yaradır,
insanlar isə Tanrını öz ruhlarında yaradırlar.
Sanki hansısa bir müstəvi üzərində qururlar Tanrını. Söz adamlarının
Tanrı anlayışı
onun qələmindən
keçir. Söz adamları
Tanrını misraların,
sətirlərin arasında
yaradırlar. Çoxları da Tanrı axtarışını
bir ömür davam etdirir.
Yer üzündə
olanlardan göyün xəbər tutduğunu dilə gətirən Nazim Əhmədlini Gənc Ədiblər Məktəbinin sonuncu görüşündə tanıdım. Şeirlərini
səsləndirdikcə bu
insanın ruhunda qeyri-adi təlatümlərin
olduğunu hiss etdim. Yaradıcılığı diqqətimi çəkdi.
"Mən bir günah elçisiyəm"i
vərəqlədikcə burda
əzabla eşqin vəhdətini hiss edirdim. Şair
əzabı eşqlə
yanaşı qoyaraq ağlayan bir mələyə səslənir:
sənin nə dərdin var, axı bilmirəm,
göz yaşın tökülür dizinin üstə;
bir lələk ver mənə qanadlarından,
silim göz yaşını, üzünün
üstən;
Ayrılığı dilə gətirərkən
isə tam fərqli bir yanaşma tərzi ilə qarşılaşırıq. Həsrətdən göy üzünü tutqun görür, buludlar ağırlıq edir sanki. Şair burda ərşə çəkilən yuxusunu
bir yarpağa büküb ağac əkir və bu ağacı bəzəkli gəlinə
bənzədir. Əslində isə burda qəribə bir əzab duyulur. Bədii təsvir vasitələri ilə zənginləşdirilmiş
şeiri oxuyan hər oxucu orda özünü görə bilər.
B. Vahabzadə eşqi
həyat ağacına
bənzətmişdi ("Şəbi-Hicran"
poeması).
Nazim Əhmədli bu
mükəmməl qurulmuş
təşbehə tam fərqli
bir baxış qapısından yanaşmışdır.
Burda şair sözləri yarpaq edir, yarpaq torpaq
olur, yaşlanan həsrətini dilə gətirir:
sözüm yarpaq-yarpaq
olub,
yaşıl yarpaq torpaq olub;
həsrətim ağappaq
olub,
dən düşən
telin kimidi;
Bütün söz adamlarında Tanrı anlayışı
fərqli şəkildə
özünü göstərir. Təəssüf doğurucu məqamlardan biri də budur
ki, bir çox
şairlər bu düşüncələrini bilərəkdən
fərqli şəkildə
ortaya qoymağa çalışırlar. Şeirin ruhuna hopan saxta
hisslər öz qüvvəsini tez bir zamanda itirir.
Lakin Nazim Əhmədlinin şeirlərində Tanrı
anlayışı çox
maraqlı, təzadlı
fikirlərin içində
əslində isə aydın yazılmış
düşüncələrlə öz əksini tapır. "Bir gün baş götürüb çıxıb
gedəsən" şeirində
bir insanın əzabları, əzabdan baş götürüb qaçmaq istəkləri
öz əksini tapır. Lakin şeiri fərqli
qılan məqamlardan
biri odur ki, dərd əlindən
baş götürüb
gedərkən əslində,
insanın ən ağır yükü elə həmin dərdlərini də özü ilə aparmasıdır. Bir
insan fəryadının
fələyi belə çaxnaşmaya salacağını
dilə gətirir şair:
elə kövrələsən
bir aha sarı,
boylanıb baxasan günaha sarı;
qəfil çığırasan
Allaha sarı,
fələklər çaxnaşa-çaxnaşa
qala.
Hər bir insan bir fərddir,
dünyada hər doğulan insan bir Adəmdir, bir yenilik və
bir yaradılışdır. Bütün bunları
yazmaq, kodlaşdırmaq,
gələcəyə miras
qoymaq isə yalnız yaradıcı insanların işidir.
Bütün söz adamları
yaradıcı olmazdan
əvvəl bu cəmiyyətin bir üzvüdür və cəmiyyətdə baş
verənlər hər
kəs kimi onlara da təsir
göstərir. Bir də
dünyada baş verən hadisələrə
münasibət bildirmək
təkcə bir cəmiyyət üzvü
olaraq bizim haqqımız deyil, eyni zamanda, bu
bizim özünümüdafiə
hissimizdir. Sırf "Dantenin
səsi"ndəki kimi.
daha çox-çox
uzaqda,
məndən xəbərsiz
nə var;
yetim-yetim göy üzü
yetim-yetim tanrılar;
Şair burda dünyada baş verənləri tanrıların savaşı
adlandırır. Yəni bəşəriyyət yaranan bir gündən
baş verən bütün fəlakətlər,
müharibələr, qırğınlar
keçmişdən necə
başlayıbsa, elə
də davam edir. Sadəcə, şəkli dəyişib.
göy üzü çalxalanır,
hardadı, dərd
göndərən;
tanrılar savaşdadı,
mələklər pərən-pərən;
Vətən həsrəti, yurd sevgisi, müharibə illərinin ağrısı
Nazim Əhmədlinin yaradıcılığına öz
təsirini göstərib. Hərbi jurnalist
kimi fəaliyyəti zamanı yaşadıqlarını
dilə gətirdi bizimlə görüş
zamanı. Onun misralarındakı
ağrılar vətən
həsrətinin göstəricisidir.
qar düşüb
saçım üstünə,
tökülüb acın
üstümə;
yol tapıb qaçım üs tünə,
gəlim qucaqlıyım
səni.
Şair tək öz vətəninin ağrı
acılarını qələmə
almır. O, ümumbəşəri
problemlərə də
toxunur. Dünyada törədilən qırğınlara da biganə qalmadığını
dönə-dönə vurğulayır.
"Suriya" şeirində ürək
yanğısı ilə
baş verən müsibətləri dilə
gətirir.
orda sular qırmızıdı,
orda qan axır su kimi;
orda ölüm yoxdu hələ,
orda ölüm arzu kimi;
Şair şirin xəyallar arzusundadır, sevgisini nağıla bənzədir. Ondan nağıl
istəyir. Nağılda quş olmaq istəyir, quş olub yenidən aşiq olmaq istəyir. Misralarında təşbeh, epitet,
metaforadan ustalıqla istifadə edir.
durum nağıla qoşulum,
sən quş ol, mən də
quş olum;
uçaq, sənə
aşiq olum,
dörd yola çatana kimi;
Nazim Əhmədli
yaradıcılığının əsas prinsiplərindən
biri də şairin yanaşma tərzində subyektivlik və fərqlilikləri önə çıxarmasıdır. Bu adam payıza yarpaq gözü ilə baxır, saralmış bağların
arasında bir qığılcım axtarır,
payızı özünə
oxşadır:
Ah, bu payız, bu payız,
bir az mənə oxşayır;
bu payız saçlarımda
həsrətimlə yaşayır;
Ruhu, düşüncəni
ikiləşdirmək və
bu ikiləşməni
maraqlı bir tərzdə dilə gətirmək böyük
cəsarət tələb
edir. Söz adamı olmaq
insan ruhunu ikiləşdirir. Şair real yaşadığı
həyatla misralarında
yaşadığı həyatı
ikiləşdirir. Yerdə yaşayıb
göy adamı olmaq Nazım Əhmədli yaradıcılığına
çox yaraşır.
Söz adamı olmaq həm də məsuliyyət tələb
edir. Onlar təkcə öz
duyğularını yazmırlar,
onlar eyni zamanda, cəmiyyətin duyğularını yazırlar.
Əsl şair odur ki, onun şeirlərində
ən sadə oxucu belə özünü görə
bilsin.
Fikrimi Göy adamının Yer adamına etirafı ilə yekunlaşdırmaq
istəyirəm.
ötən dərdin
bir anıyam,
xatirələr dumanıyam;
göy üzünün
adamıyan,
göy üzünə
çəkir məni;
Gülnarə SADİQ
Gəncə
525-ci qəzet 2018.- 15 mart.- S.8.