Novruz bayramı haqda
mütəxəssis düşüncəsi
Novruz xalqımızın
zəngin ənənələrə
malik ən qədim bayramıdır. Ölkəmizdə
hər il
təntənə ilə
keçirilən bu bayram bir çox
Şərq xalqları
tərəfindən də
geniş qeyd olunur.
Azərbaycanda Novruz bayramı
"Bahar bayramı" kimi
də tanınır. Təbii ki, xalq tərəfindən
coşğun məhəbbətlə
sevilən, yüksək
əhval-ruhiyyə ilə
qarşılanan bu qədim bayramın tarixi barədə müxtəlif araşdırmalar,
yozmlar mövcuddur.
Lakin bəzi hallarda onun dinlə, ayrı-ayrı şəxslərin
adları ilə, rəvayətlərlə əlaqələndirilməsinə
də cəhdlər göstərilir. Tanınmış ziyalı, təcrübəli
mütəxəssis Tahir
Bünyadov bununla bağlı fikirlərini bölüşərkən belə
yanaşmanın tam əsassız
olduğunu bildirib.
Onun sözlərinə görə,
Novruz bayramı min illər öncə yaranıb, yazın gəlişi, təbiətin
oyanması, əkinçilik
işlərinə başlanılması
ilə əlaqədar
meydana çıxıb.
XI əsrin görkəmli
alimi Əbu Reyhan Biruninin dediyi kimi, Novruz
baharla, təbiətin
oyanması ilə bağlı dünyəvi
bir bayramdır.
Tahir müəllim
belə hesab edir ki, müəyyən
qanunauyğunluqlar nəticəsində
təbiətdə baş
verən, təkrarlanan
hər bir hadisə qədim insanların diqqətini çəkib. Onlar səma cisimlərini,
təkrarlanan təbiət
hadisələrini müşahidə
edərkən müəyyən
hesablamalar aparıb, əkinçilik və digər təsərrüfat
işlərinin başlanması
vaxtını müəyyənləşdiriblər.
Əkinçilik işləri yazın
gəlişi dövründə
həyata keçirildiyi
üçün babalarımız
həmin tarixi təntənə ilə bayram ediblər. T.Bünyadov fikrini bir qədər
də genişləndirərək,
əlavə edib ki, Yer kürəsi
Günəş ətrafında
elleptik orbit üzrə
dövr etdiyindən onun hərəkət sürəti qeyri-müntəzəm
olur. Günəşə yaxınlaşdıqca bu sürət getdikcə artır. Planetimiz hər il yanvar
ayının 2-si və
5-i günlərində Günəşlə
ən yaxın məsafəyə yetişir.
Bu səbəbdən də yaşadığımız
Şimal yarımkürəsində
ən qısa fəsil qış, ən uzun fəsil
isə yay hesab edilir. Günəş göy ekvatorunda
üfiqi müstəvidə
eyni hündürlükdə
olduqda isə yaz bərabərliyi yaranır və gecə ilə gündüz tarazlaşır.
T.Bünyadov söhbətini davamında
göstərib ki, əsrlər keçdikcə
xalqımız ruzi-bərəkət
gətirən, yeni ilin başlanğıcı
olan fəsil kimi baharın gəlişini daha geniş qeyd edib, onu müxtəlif
adət-ənənələrlə zənginləşdirib. Bayram günlərində insanlar
tonqal qalamaq, səməni göyərtmək,
paxlava, şəkərbura
bişirmək, yumurta
boyamaqla yazın gəlməsi, günəşin
istilik, hərarət verməsi, torpağın əkib-becərilməsi ilə bağlı
arzularını istifadə
ediblər. Bayramla əlaqədar keçirilən
şənliklər, mərasimlər,
oyunlar bahar fəslinə bir işarə kimi diqqəti cəlb edir. Mütəxəssisin qənaətinə görə, babalarımız
qışın çıxmasını,
yazın gəlişini
həmişə intizarla,
səbirsizlikdə gözləyiblər.
Qış aylarının
hissələrə bölünərək
"Böyük çilə",
"Kiçik çilə",
"Boz ay" adlandırılması
da məhz bununla əlaqədardır.
Şübhəsiz ki,
ilin son ayının çilələrində, ilaxır
çərşənbələrdə tonqal yandırılması
adəti insanların bu arzularından qaynaqlanıb:
Gün çıx, gün çıx,
Kəhər atı min çıx!
Keçəl qızı qoy evdə,
Saçlı qızı götür,
çıx!
T.Bünyadov bayram günlərində
evlərin və həyətlərin təmizlənməsini,
ev əşyalarının,
geyimlərin təzələnməsini,
xəstələrə, yaşlı
adamlara, yaxınlara baş çəkilməsini,
imkansız ailələrə
sovqatlar aparılmasını,
küsülülərin barışmasını
Novruzun bu gün də davam etdirilən ən gözəl adətlərindən olduğunu
dilə gətirib. O qeyd edib ki,
Novruz adət-ənənələri,
mərasimləri bizə
ulu babalarımızdan
miras qalıb. Bütün təzyiqlərə, qadağalara
baxmayaraq, onlar bu adət-ənənələri
torpaq kimi, Ana dili kimi qoruyub,
saxlayıb, bugünkü
nəsillərə çatdırıblar.
Biz də misli-bərabəri
olmayan həmin adət-ənənələri qoruyub,
gələcək nəsillərə
çatdırmağa borcluyuq.
Müstəqillik dönəmində
Novruzun xalqımıza
qaytarıldığını, milli bayram kimi,
hər il yüksək səviyyədə
bayram edildiyini vurğulayan T.Bünyadov onun bəzi adətlərinin unudulmasından
təəssüfləndiyini də gizlətməyib.
O qeyd edib ki,
əvvəllər bayram
vaxtı el arasında
geniş təşkil
olunan Qodu gəzdirilməsi, aşıq
dəstəsinin saz havalarını ifa etməsi, əyləncəli
oyunlar, sanamalar, "Qulaq falı", "Torbaatdı" və sair kimi Novruz
adətləri, bir növ, unudulmaq üzrədir. Bu gün
bəzi ailələrdə
"evdə hər şey var" bəhanəsi ilə uşaqların "torba sallamaq" üçün
bayıra buraxılmamaları
isə ancaq təəccüb doğurur.
Tahir müəllim söhbətinin
sonunda Novruz bayramı ilə əlaqədar keçmiş
adətlərin bərpa
olunmasının, ayrı-ayrı
bölgələrdə olan
xarakterik adətlərin
seçilərək yayılmasının
vacibliyini diqqətə
çatdırıb.
Yəhya
PAŞAZADƏ
525-ci qəzet 2018.- 15 mart.- S.8.