Qırğızıstanın baş nazirindən Xalq
yazıçısı Anara yubiley təbriki
Dünən
Qırğızıstanın Azərbaycandakı müvəqqəti
işlər vəkili Bakıt Yusupov Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anara Qırğızıstanın
baş naziri Sapar İsakovun təbrik məktubunu təqdim
edib.
Məktubda
deyilir: "Hörmətli Anar Rəsul oğlu, 80 illik
yubileyiniz münasibəti ilə mənim ürəkdən və
səmimi təbriklərimi qəbul edin.
Sizin
dostluq və qarşılıqlı yardımı öyrədən,
mənəvi ruhu qidalandıran möhtəşəm kitablarınızla
bizim ölkələrimizin bir neçə nəsli
böyüyüb.
Əsl
sənətkarın əmək və istedadı sayəsində
ərsəyə gələn "Beş mərtəbəli
binanın altıncı mərtəbəsi", "Dantenin
yubileyi" və bir çox digər əsərləriniz Azərbaycan
ədəbiyyatının klassikasına çevrilmişdir.
Sevindirici
haldır ki, siz bu gün də fəal şəkildə
yaradıcılıq, ictimai fəaliyyətlə məşğul
olursunuz. Eləcə də ən çox tələb olunan və
sevimli yazıçılardan biri olaraq qalırsınız.
Bizim
ölkəmizdə də xeyli sayda sizin həqiqi oxucunuz var.
Siz ədəbiyyatın inkişafında,
xalqlarımızın yaxınlaşmasında böyük rol
oynamısınız.
Bu
möhtəşəm gündə sizə möhkəm can
sağlığı, xoşbəxtlik və bitməyən
enerji arzu edirəm".
Mərasimdə
"Azərbaycan Müəllifləri" İctimai Birliyinin
sədri İsmayıl Məmmədkərimov da iştirak edib.
Yubilyarı təbrik edən nümayəndələr ona uzun
ömr, can sağlığı arzu ediblər.
ŞAHANƏ
525-ci qəzet 2018.- 15 mart.- S.9.