Sərdabənin sirritarixi romanı Azərbaycan dilində

 

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli Ukrayna nasiri Nikolay Xomiçin “Sərdabənin sirri” kitabı işıq üzü görüb.

 

Tərcümə Mərkəzindən 525.az-a verilən məlumata görə, “Su pərisinin gecəsi”, “Zaman”, “Yalan torpağı”, “Sərdabənin sirri” romanlarının müəllifi kimi tanınan Nikolay Xomiç “Voin sveta”, “Don Kixot” beynəlxalq ədəbiyyat mükafatları laureatıdır. Onun əsərlərinin əsas mövzusunu itirilmiş tarixi yaddaşın bərpası təşkil edir.

 

“Sərdabənin sirri” romanı qədim Kiyev-Rus dövləti hakimiyyəti dövrü yaşanan tarixi hadisələri, Qərb və Bizans sivilizasiyaları arasında seçim etmək məcburiyyətində qalmış Ukrayna xalqının keçdiyi ağrılı-acılı yolu əks etdirir.

 

Əsəri dilimizə Saday Budaqlı və Fərhad Abdullayev tərcümə edib. Kitabın redaktoru Bəhlul Abbasovdur.

 

525-ci qəzet  2018.- 15 mart.- S.7.