Ümumrusiya müsəlman syezdi
Azərbaycan
Respublikasının Prezidenti 2018-ci ili - Azərbaycan Xalq
Cümhuriyyəti İli elan etmişdir
Müsəlman Şərqində ilk demokratik respublika -
Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə
və hansı sistem üzərində qurulmuş,
yaradılmışdı? Dövrün mətbuatında
mötəbər şərhləri nəzərdən
keçirək.
(Əvvəli
ötən şənbə sayımızda)
Ümumrusiya
müsəlman syezdi*
(Xatirat və
təəssürat)
Hürriyyətdən sonra birinci Rusiya müsəlman
ictimaini Moskvada yığan müəssislər buna nə nəduvə,
nə qurultay deməyib syezd adı vermişlərdi.
Mayın əvvəlində
yığışacaq bu syezdə müvəqqəti Rusiya mərkəzi
bürosunun təsəvvürünə görə ən
çoxu beş yüz vəkil gəlməli
imiş. Halbuki həqiqət intizarın çox fövqünə
çıxmış, beş degil doqquz
yüzə qədər vəkil gəlmişdi. Rusiyanın ən hücrə guşələrindən,
Vol-qaboyunun böyük, kiçik şəhərləri
degil, hətta kəndlərindən belə vəkillər
göndərmiş. Həm də bir degil,
öylə kənd cəmaəti vardı ki, ikişər,
üçər vəkil göndərmişlərdi.
Beş
yüzə qədərlik adam göndərilənədək
hazırlanan Əsədullayev binası bu qədər
“izdihamı” sığışdıracaq hövsələdən
məhrum. Fəqət başqa bir bina bulmaq dəxi
əngəlsiz degildir. Çünki burası hər cəhətcə
syezd ehtiyacına görə hazırlanmış, bu
hazırlığa nəzarət edən Zahid Şamil əfəndinin
səyi və bacarığı ilə syezd adətən
mükəmməl bir parlaman kibi şöbələrə,
bölmələrə, rəyasət otağı, katiblər
bölməsi, qruplar yığınacağına
bölünmüş, divarlara xəritələr, diaqramlar
asılmış, böyük Rusiya xəritəsi üzərinə
qırmızı bayraqlı sancaqlarla hanki tərəflərdən
vəkillər gəldigi göstərilmiş və bu lentalar
(şəritlər) haman gətirilib də mərkəzə rəbt
olunmuşdur. Salonlardan birisində böyük Rusiya müsəlman
mət-buatına məxsus bir stol
qoyulmuş, bir az aralı əlifba üsul və qaidəsilə
xanələrə bölünmüş iki qutu qoyulmuşdur
ki, bunlardan biri kağız, o birisi də teleqraflara məxsusdur.
Bunlardan əlavə yemək yeri, bufet, yataqxanalar dəxi
hazırlanmış. Moskvada yer tapmaq müşkül bir məsələ
olduğundan mehmanxanələrdə yer bulamayan qonaqlar
xüsusi evlərdə, məktəb binasında və sair məkanlarda
yerləşdirilmişlər. Moskva müsəlmanlarının
mehmannəvazlıqlarından istifadə etmişlərdir.
Xülasə tərtibat və təşkilatca
syezddə nöqsan yox. Görülüyor
ki, təcrübəli və səykar bir əl hər şeyi
qabaqcadan görmüş, hazır elə-mişdir. Yalnız ki, yapsın birdən bu qədər vəkil
gələcəgini biləməmişdir. Ona görə də vəkillərdən
qismi-mühümi ayaq üstə qalıyor. Digər bir qismi də kalyorkada
tamaşaçılar içində oturuyordu.
Biz Bakı vəkilləri aprelin 29-da Moskvaya
çatdıq. Gecə saət 12 idi. Kursk
vağzalında qollarında müsəlman syezdi yazılı
cavanlar bizi istiqbal etdilər. “Syezdəmi gələmiz?”
- deyə sordular. Yol göstərdilər,
fayton tutdular, adresi verib bizi yola saldılar. O gecə məscid
cünbindəki məktəb binasında müəllimin
odasında dərvişanə sabah elədik.
Bildik ki, “xəlq” çox gəlmiş, yer yurd
bulunmayır. Sabahkən müəllim əfəndiyə
təşəkkür edərək Moskva çayı ötəsindəki
Əsədullayev yeni binasına, qurultayın qurulacağı
məkana gəldik, bir həyatdır qaynayır,
qarışıyordu. Dörd qatlı
binanın hamısında girintilər,
çıxıntılar, qiylü qal. Anladıq
daha imdidən syezd qruplara bölünmüş. Kəndçi, əmələ, soldat, molla, qadın
və ətraf qrupları. Qruplardakı
mövzu həp yarınkı rəsmi məclisin nə cür
açılacağı və kimlərin rəyasətə
keçəcəkləri həqqində, müvəqqəti
Büro odasına keçdik, təqdim olunduq. Tanış olduq. Burada da bəhs,
təklif var ki, Əhməd bəy Salikov birinci rəis, Ayaz əfəndi
İshakov da ikinci rəis olsun. Bu təklif
əleyhində bulunanlar da var. Hər iki tərəf yek-digərini
qane etmək meylində, fəqət nəticə
alınmıyor.
Bu gün ayın 30-da axşam saət 7-də
görüş məclisi xüsusi iclası təyin
olunmuş. Görüş məclisi məktəb
uşaqlarının tatarca marselyoz, milli nəğmələr
oxumasilə açılıyor. Sonra rus
operası aktrisalarından “müsəlman” müğənnisi
Xanım Muxtarova rus romansları oxuyaraq hazirunə bir
“zövqi-ədəbi” veriyor.
Sonra yarınkı məclisin əhəmiyyəti sərkər
natiqlər tərəfindən anlatılıyor. Əhməd bəy
Salikov cənabları diyorlar ki, imdi degil yalnız otuz milyonluq
Rusiya müsəlmanlıq degil Rusiya cəmaəti,
bütün dünyanın gözü bizdədir. Amerika qəzetələrinin müxbirləri öz
idarələrindən əmr almışlardır ki, müsəlman
syezdi həqqində qəzetələrinə məlumat versinlər.
Demək müsəlmanlar böyük imtahan verməkdədirlər.
Sabahkı gündən bu imtahana
başlanacaqdır. Kömək ediniz ki, bu
imtahanı yaxşılıqla verəlim.
Sabah
çox söz və danışıq olmasın - deyə bu
gündən sabah kimlərin rəyasətə
seçiləcəklərini təhti-qərara alınması
lüzumi ortaya gəliyor. Nəzərlər
çarpaşıyor. Əhməd bəy
Ayazı siyahısı elan edilmiş kibi oluyor. Protestolar gəliyor. Büro
müxtəlif qrupların nümayəndələri ilə
birlikdə xüsusi məşvərətə gediyorlar.
İki-üç saət məşvərətdən
sonra qərar elan olunuyor. Qərar veriliyor
ki, məclisin bir və ya iki sədri olmayıb rəislər
özləri öz aralarından günü-gününə
rəis seçəcəklər ki, məclisi idarə eləsin.
Buna razı oluyorlar.
---
Mayın 1-də məclis rəsmən
açıldı. Zal xıncaxınc dolmuş. Göz başqa bir mənzərə
qarşısında. Rusiya müsəlmanlığının
hamısı burada. Müxtəlif sima və
qiyafələr göstərən bu böyük məclis
Rusiya müsəlmanlığını bütün
xüsusiyyət və şöbatilə təmsil etməkdə.
Uzun cübbəli ağ əmmaməli
türkmankənd papaqlı, geniş qurşaqlı
qırğız, başqırd, qaraşinli, gözəl boylu
qafqazlı, yapon baxışlı işlək duruşlu tatar
mülkdarı, kəndli, sahibkar, əmələ, molla, əvam,
kişi, arvad hamısı hazır. Sanki bir qələyə
çıxmışsan da böyük Rusiyanın
böyük müsəlman vilayətlərinə nazir bir
mövqedə oturmuşsan. İştə,
səhralarda, dağlarda, ovalarda, istilərdə, soyuqlarda
müxtəlif iqlim və şərait altında yaşayan, fəqət
bir qan və bir ruhla canlanan türk tatarlığı, Rusiya
müsəlmanlığını seyr ediyorsun.
Bu böyük mənzərəyi daha müvafiq bir surətdə
seyr edə bilmək üçün yəqin ki, Moskva qülləsinə
degil, başqa bir qülləyə çıxmaq daha
müvafiq olurdu. Ehtimal ki, Sevim Bikə minarəsi bu
xüsusda da əlverişli olurdu. Fəqət
bu nöqsanı ilə bərabər Moskva qülləsi dəxi
Rusiya müsəlmanlığının nə kibi mənazirə
malik olduğunu bir dərəcəyə qədər göstərmiş
oldu.
---
Büronun əvvəlcə elan elədiginə görə
syezddə hər kəs türkcənin hanki şivəsi ilə
və ya rusca istəsə danışa biləcək. Bu əsasa görə
“Moskva qülləsi” eyni zamanda bir növ “Babil qülləsi”nə
bənzəməkdə müxtəlif türk-tatar şivələri,
kəndilərinə məxsus şivə və ahənglərlə
eşidilməkdə. Fəqət bu ixtilaf-numa
bir musiqi dəstgahındakı müxtəlif nəğamat qəbilindən
bir ixtilaf olduğu üçün türk sameəsini təxriş
degil, oxşamaqda. Fəqət heyhat ki,
rusca danışanlar ruscayı kəndi şivələrinə,
ümumi türkcəyə tərcih verənlər bu ahəngi
xələldar etməkdədirlər. Bunlardan
daha ziyadə saməyi təxriş edən şey vardır
ki, tatarca ilə ruscadan qarışıq “Volqaboyu volepuki”dir.
“Svabodnı
Asiyanın svabodnı qrajdanları, bu xüsusda iki mnenynə
bitne mojet” kibi cümlələr bu “volepuk”a
məxsus cümlələrdəndir. Fəqət
əlbəttə, zənn olunmasın ki, bütün tatar
böylə danışıyor. Əstəğfürullah,
bu cinayəti-tarixiyyənin məşum əsərlərindən
hala baqi qalmış parçalarıdır. Yoxsa müəllimlər,
mollalar və ədiblər tərəfindən söylənən
tatarca nə qədər fəsih, nə qədər türkcədir...
Fəqət heyrət olunacaq, canı sıxacaq bir
şey var ki, onu bəncə heç bir “bəhanə” ilə
müdafiə etmək olmaz. Bu da məclisin əksərən
rusca ilə idarə olunmasından ibarətdir. Sədrlər rusca danışıyor. Sonra lazım görüldükdə tatarcaya tərcümə
ediyorlardı. Həmçinin Büro tərəfindən,
Büro və naminə hazırlanan məruzələrin əksəri
rusca tərtib edilmiş və surətlə ərz olunuyordu.
Xülasə, qiyafələr qədər dillər də
müxtəlif. Fəqət ruhlarda ittihad, qiyafələrdəki
ixtilafa mane olmadığı kibi başlı və əsaslı
nöqtələrdəki mənalara, dillərdəki
ixtilafın dəxi məmaniəti görülmüyor.
Hər kəs acı məcburiyyətlə müxtəlif
dildə danışıyor. Fəqət ürəkdə
ümumi və ədəbi bir türkcənin lüzumunu da
hiss ediyor.
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 21, 23 may 1917, ¹478, 479
Fitnələr
həqqində
Həqiqi
sosialist qəzetəsi bolşevik “B.Raboçi”nin
pək doğru bir təbirincə tazə hürriyyət
zamanında müsəlmanların halı köhnə istibdad
zamanındakı yəhudilərin halına döndü. Heç şübhə etmiyoruz ki, bolşevik qəzetəsi
yuxarıdakı cümləsini həmdərdinin hissilə
yazmışdır. Fəqət mətləbə
başqa bir nöqtədən baxılarsa, bu sözdən
başqa bir məna dəxi sezilir. Yəhudilər
hürriyyətpərvər olduqları üçün
müstəbid Rusiyada fəlakətlərə
uğrayorlardı. Azad Rusiyada müsəlmanların
fəlakətlərə uğraması əcəba, necün?
Hürriyyət əleyhinə olduqları
üçünmü?
Bir dəqiqə başqalarının nöqteyi-nəzərində
dayanıb müsəlmanları şiddətli din təəssübi
ilə ruhlanmış bir xəlq - deyə təsəvvür
etsək belə, onların hürriyyət əleyhində
degil, bütün varlıqları ilə azadlıq lehində
olmalarına hökm vermək gərək. Çünki
köhnə üsuli-idarənin ən çox
sıxışdırdığı şey məhkum millətlərin,
bilxassə müsəlmanların hissiyyati-diniyyələri
idi. Halbuki yalnız dincə degil, müsəlmanlar
hər cəhətcə məhkum və məzlum idilər.
O halda nədən
müsəlmanlara qarşı bir növ məhəbbətsizlik,
daha doğrusu bir növ ədavət görülüyor.
Hamımızca
məlumdur ki, İkinci Nikolay təxtindən
uçurulduğu günə qədər Rusiyada bir çox
qara qüvvələr, soyuzniklər, rasputin
becərən xuliqanlar vardı. Hürriyyət
elan olunması ilə artıq Rusiyada istibdadpərəst bir kəs
qalmadı. Bir növ möcüzə oldu.
Adam-lar bir göz qırpımında birər
inqilabçı, birər sosialist kəsildilər.
Bəsirət əhlləri heç şübhəsiz
bilərlər ki, bir din bizə böylə bir təbdili-vaqe
olamaz. Çox yaxşı dərk ediyorlar ki, köhnə
idarənin adamları rahət durmayıb işləyəcəklərdi.
Və aşkar işdir ki, bunlar xəlqi qəlbən
tazə hökumət əleyhinə çağıra bilməyəcəklərdi.
O halda əllərində bir vasitə qalıyordu. Ortaya fəsad salmaq, millətləri
çalışdırmaq. Bundan
ötrü hər şeydən əvvəl bu günün həqiqi
qüvvəsini təşkil edən ordunu zəhərləmək
lazım idi. Bundan ötrü də slavafil
əskərlərdən istifadə etmək mümkün idi.
Fəqət ordu daxilində hamı millətlərin nümayəndələri
mövcud olduğundan bittəbii müftinlər ən az müqavimət göstərmək
imkanında olan tərəfi - müsəlmanları -
aldılar. Bu xüsusda Qafqasiya gözəl bir zəminə
idi. Çünki Qafqasiya müharib
Türkiyə ilə sərhəd olub əhalisinin də
çoxu türk idi. Əlavə olaraq burada
milli hirs və mənfəətlər də fitnəyə
müsaid idi. O halda niyə durmalı: “Bu hiyləkar
türklər Rusiya əleyhinə hazırlanıyorlar” - deyə
şayiə buraxmalı. Bu şayiəyi
qüvvətləndirmək üçün dəxi
“İştə, silahlanıyorlar” - deyə göstərməli.
Yalan-yalnış dəlillər iqamə etməlidir.
İştə, irtica tərəfdarlarının eninə-uzununa
istifadə elədikləri material.
Böylə bir fitnə əlbəttə ki, yəhudilər,
gürcülər, maloruslar həqqində də edilə bilərdi,
edilər də. Fəqət faidə vermiyor. Haman dəf və rəf olunuyor. Çünki
ordu içində gürcü var, yəhudi var. Fitnə
başlandığı kibi yatırılır. Halbuki müsəlmanlar bu vəziyyətdə
degildirlər. Onlar ordu içində
bulunmadıqlarından bu fitnələrdən ancaq müəssif
vaqeələr halına yendikdən sonra xəbər tutuyorlar.
Məlum işdir ki, bu surətlə onlar fitnə
ilə əsaslı surətdə mübarizə edəmiyorlar.
Çox yerdə fitnələrə səbəb olmaq
üzrə müəyyən bir taifəyə mənsub
adamlardan bəhs olunuyor. Şübhəsiz ki, müsəlmanlar həqqində
mövcud olan fitnədə bu adamların da iştirakı var.
bundan ötrü cəhət də, səbəb də
vardır. Keçirdigimiz əhvali-tarixiyyə
öylə bir takım şərait meydanə gətirmişdir
ki, bu şərait daxilində müsəlmanlar əleyhinə
olan fitnədə əksəriyyətlə bir qism əhali
nümayəndələri fəzlə qeyrət göstərə
bilərlər. Fəqət bu fitnələrin
mütləq bir cəmaət və bir millət tərəfindən
vaqe olduğunu güman etmək dəxi doğru olamaz. Çünki dünyada heç bir millət yoxdur
ki, başdan-ayağa fitnəkar və müfsid olsun.
Əvvəldən
bəri söylədiklərimizdən görülüyor ki,
müsəlmanlar əleyhiə vaqe olub da bütün Qafqasiya
müsəlmanlarını bir növ “asma qılınc”
altında bulunduran fitnə irtica qüvvətinin zəif bir
nöqtə tapıb da oradan baş qaldırmaq istəməsindən
başqa bir şey degildir. Bu nöqtədən müsəlmanlar
həqqində xüsusi bir kin və ədavəti olan şəxslərlə
bərabər müsəlmanlara məxsus bir kin olmuyub,
onların fəlakətilə əlindən acıqlı və
yanıqlı olan, hürriyyətə zərbə vurmaq istəyən
xain mürtəcelər də az degildir. Bu mürtəcelər ermənilərdə olduğu
kibi ruslarda da çoxdur. Ehtimal müsəlmanların
öz aralarında da vardır.
İştə, fitnədən bəhs olunduğu zaman
burasını daima nəzərdə tutmalı, ona görə
də hərəkət eləməlidir. Bu xüsusda
heç şübhəsiz ki, ən faidəli çarə
müdafiəyi-hissə mühəyya olmaq, bundan ötrü də
bu gün inqilab və əskəri müəssisələr ilə
həqiqəti-əhvalı anlatmaq lazım. Zənn olunmasın ki, bu xüsusda müsəlmanların
səsi eşidilməz. Zənn
olunmasın ki, çoxmilyonlu xəlq bir kaç müfəttin
məqsəd mürtəcenin bazıcəyi-həvəsati
olub qərəzkar bir takım adamların sözünə
böyük bir millət suyi-zənn altına alınar da fəlakətlərə
məruz buraxılar.
Milli komitənin rəisi Məhəmməd Həsən
Hacınskinin Milli Şura iclasında dedigi söz, yerində
söylənilmiş sözdür. Qeyri millətlər
arasında həqiqi sosialistlər vardır ki, onlar öz tə-şəbbüslərilə,
bizim tərəfimizdən heç bir xahiş vaqe olmadan
müsəlmanlar həqqində olunan fitnələrə diqqət
edib səslərini onların müdafiəsinə
qalxızmışlardır.
Əvət,
min dürlü fitnələrə məruz olduğumuza
baxmayaraq Bakı Əmələ və Əskər Vəkilləri
Şurasının nəşri-əfkarı “sərkeş
başımız”ın Rusiya inqilabı qarşısında əgilməsini
tələb edib durduğu zaman ancaq “B.Raboçi” qəzetəsi
idi ki, rəfiqinin bu hərəkətinə “yabançı
sosialistlik” namı verərək protesto eləmişdi.
Fəqət
təəssüf olunuyor ki, bizi fitnələrə
qarşı müdafiə edən həqiqi sosialistlər
özləri dəxi az fitnələrə
məruz degildirlər.
M.Ə.Rəsulzadə
”Açıq
söz”, 30 iyun 1917, ¹509
Bazicə
- oyuncaq
Suyi-zənn
- pis xəyal
Müəssif
- təəssüf doğuran
Bu nədir?
Bəyazidov, köhnə idarənin bu rəzil xidmətkarını
bilərsiniz.
O xidməkarı ki, bu gün Rusiya müsəlmanlarının
etiraz və lənətlərinə baxmayaraq Nikolay hökuməti
onu müftiligə təyin eləmişdi. O Bəyazidov
ki, inqilab elan olunur-olunmaz müsəlmanların müraciəti
üzərinə bir mürtəce kibi həbs olunmuşdu.
İştə, bu mürtəce imdi inqilab
hökuməti tərəfindən sosialist Kerenski idarəsində
bulunan hərbiyyə vəzarətinin əskəri
axundluğuna təyin olunmuşdur.
Ümumrusiya Müsəlman Şurası gərək bu
axundun təsbitini və gərək müsəlmanlardan
ötrü daha müzürr olmayan Tarnovskinin ruhani işlər
dəftərxanəsi müdürliginə məmuriyyətini
protesto eləmiş, qeyri-məzhəb işlər idarəsinin
müdiri professor Kotlyarovskidən bu iki adamın əzlini istəmişdir. İki gün
əvvəl aldığımız şura teleqrafından
anlaşıldığına görə Milli Şuranın
bu müraciəti Kotlyarovski tərəfindən rədd
edilmişdir. Demək ki, bütün Rusiya
müsəlmanları naminə vaqe olan müraciət
etinasız buraxılmışdır. Kotlyarovski
bütün Rusiya demokratiyasının etimadından məhrum
Kadet firqəsinə mənsub professorlardandır. Burasını nəzərə aldıqda Bəyazidov
kibi adamlarla həmkarlıq edə bilər - deyə təsəvvür
olunur. Fəqət demokratiyanın
etimadını qazanmış yarım sosialist bir hökumət
nümayəndəsi olmaq sifətilə professorun bu
etimadsızlığı şübhəsiz ki, yalnız knyaz
İvanovun degil, qrajdanin Kerenskinin də hesabına daxildir.
Bilxassə ki, Bəyazidov kibi bir mürtəce haman
Kerenski idarəsindəki hürriyyət ordusunun axundluğuna
təyin olunmuşdur.
Milli Şura həqli tələbi qarşısında
gördügü etimadsızlıqdan bütün Rusiya
müsəlmanlığı naminə inciyərək təəssüflə
bütün Rusiya müsəlmanlarına müraciət eləmiş,
Milli Şuranın qərarına əməl oluncaya qədər
başqa məzhəb işləri dairəsi ilə hər
növ əlaqələrini kəsməyi tövsiyə
etmişdir.
Milli Şura ilə hökuməti-müvəqqətəsində
zühur edən bu ixtilaf daha rəf edilməmiş və zehnlər
onun təsirilə həyəcanda ikən ikinci qara bir xəbər
də alındı. Kazandan gələn bu xəbər
dünki nömrəmizdə dərc edilmişdir. Bu xəbərdə müvəqqəti müsəlman
əskərləri şurasının rəisi İlyas Alkin cənabları
iyulun 15-də yığılması müqərrər olan
ümumrusiya müsəlman əskərləri syezdinin müsəlmanlardan
ötrü təhqiri mütəzəmmin gəlmələrlə
rədd edildigini bildiriyor. Təəssüf
olunuyor ki, teleqraf böylə mühüm bir məsələdə
çox müxtəsər çəkilmişdir. Teleqrafın müxtəsərligi üzündən
“təhqiramiz gəlmələrin” nədən ibarət
olduğu məlum degilsə də, syezdin məni
aşkardır.
Kerenski cənabları
hərbiyyə vəzarətinə keçər-keçməz
sosialistlərə yaraşan tovla və təbliğdən
ziyadə əmr və təshi ilə iş görməgə
başlamış. Bu tövr əmr insanı da
bilxassə inorodistlər həqqində göstərmişdir.
Əvət, Kerenski Finlandiyada söylədigi təhdidamiz
nitqindən sonra ukranıyalılara qarşı amiranə bir
vəziyyət aldı. Ukrayna Məclisi-Kəbiri-Millisini ictimadan
mən etdi. Fəqət ukranıyalılar
dinləmədilər, bilaicazə ictima etdilər.
Müvəqqəti Müsəlman Şurası Əskəriyyəsi
dəxi ukranıyalılar kibi bilaicazə
yığışmaq qərarını almış və
iyulun 15-də hökmən toplanmaya əzm etmişdir.
“Ən gözəl müdafiə hücumdur”
şüarı ilə qarşı çıxıb da
hücumun hürriyyətə degil, irticayə xidmət edəcəgini
iddia edən Rusiya amədpərvərləri görünüyor
ki, pək də həqsiz degildirlər. Hücum
başlanıyor-başlanmaz hürriyyəti rəxnədar edəcək
bir çox əlamətlər görünməgə
başladı. O əlamətlərdən birisi də
iştə, müsəlman syezdinin mənidir. Məlum
olduğu üzrə inqilabın elan elədigi müqəddəs
əsaslara görə sair hürriyyətlərlə bərabər
ictima azadlıqları da mütəntən bir surətdə
elan olunmuşdur. Syezdin məni isə
hürriyyətin ən böyük rüknü olan ictima
azadlığına bir zərbədir.
Azadlığa endirilmiş hər zərbə təbii
olaraq əks zərbəyi mucib olur. Müsəlman əskərlərinin
bilaicazə olsa da, syezdi toplamaq əzmində olmaları
iştə, məcburiyyətlə hasil olmuş əks zərbələrdən
biridir.
Əcəba, hanki məntiqlədir ki, yarım sosialist
hökuməti bu kibi qatı tədbirlərə mən və
imtinah siyasətlərinə müraciət ediyor? Kəndisinin böylə mən
və imtina siyasəti nəticəsində iş
başına gəldigini və bütün vücudilə
şiddət politikasının doğurmuş olduğu bir
novzad olduğunu unutdumu? Nə tez unutdu? Unutmadısa da bu hərəkətlər nədir?
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 5 iyul 1917, ¹513
Böhrani-inqilab
İyulun ikisi ilə dördü arasında Petroqradda
hadis olan qanlı vaqeələr, biri digəri ardından gələn
böhranlı vaqeələrlə başa
çıxıyor. Kabinədə böhran, küçələrdə
üsyan, məmləkətdə həyəcan, bunların
hamısının üstündə hücuma
başlamış ordunun sınıqlığı, ikinci
Kornilov armiyasının hər bir cəhətcə
düşmənə üstün ikən məğlub
olması məmləkəti, inqilabı yeni bir böhran ilə
qarşı-qarşıya qoyuyor.
Fevral inqilabi-əzimini işıqlı ümidlərlə
qarşılayan əməlpərvər ürəklər iyul
ibtidasında çıxan bu qanlı və əndişəli
böhranları nə surətlə qarşılayacaq, hələ
bu böhran nəticəsində elan olunan “inqilab
diktatura”sına hanki bir baxışla baxacaqlar?
Diktatura demək, idareyi-mütləqə deməkdir ki,
tarixdə, inqilab zamanlarında, ixtilal və
qarqaşılıqların qabağını saxlamaq
üçün müəyyən bir şəxs və ya heyətə
hər növ fövqəladə tədbirlər görmək
həqqi verməkdən ibarətdir. Diktatura əksərən
əksinqilaba müncər olub müvəffəq olduğu
zaman hürriyyətlərin təhdidi ilə nəticələnər,
olmadığı təqdirdə məmləkəti daha ziyadə
bir fəlakət və böhrana uğradır.
Tarixi zamanlarda zamana hökm edə bilmək
üçün iqtidarlı ələ malik olmaq ehtiyacı ilə
bərabər o zamanın iqtizasını dərkə dəxi
böyük ehtiyac vardır.
Bugünki
dərdin çarəsini diktatura elanında görən
inqilabçılar və hər növ ictima və məclisləri
icra komitələrinin pişəzvəqt verəcəkləri
icazələrə bağlamaq surətilə “ifratpərvər”
cərəyanlarla mübarizə etmək istəyən
demokratlar məmləkətin istedad və arzusunu
düşünməyərək hücuma başlamaları ilə
zamanın iqtizasına həqqilə arif
olmadıqlarını bildirməmişlərmidi?
Fevral inqilabı istibdadı bitirdi və o məqsədlə
də elan olundu. İmdiki ixtilal isə müharibəyi
bitirmək istiyor. Çünki müharibənin
davamında həm məmləkətə, həm cümhuriyyətə,
həm də demokratiyaya faidə degil, zərər
görüyor. Həm həqiqətən də
böylədir. Rusiya giriftar olduğu bu qədər
müsibətilə bərabər bu qanlı hərbi bir an əvvəl bitirməzsə, əksinqilaba
xidmət etmiş olacaq və müharibənin vücudilə
bərabər elan olunan hər hanki bir diktatura isə
hürriyyət və cümhuriyyətdən ziyadə, irtica
qüvvələrinin artmasına xidmət edəcəkdir.
Bu mülahizələr göz qabağına gətirildikdə
son günlərdə hadis olan əhvalın nə kibi nəticələrlə
qurtaracağı əndişəyi mucib oluyor.
İstibdadın sayılmış sonuncu günlərindən
bəri təkrar edilə-edilə hər növ təsir və
əhəmiyyətini itirmiş olan “vətən xətərdədir”
cümləsi təkrar qəzetələrin baş səhifələrinə
keçiyor.
Fəqət zamanın əsl bəlası bir kənarda
buraxılıb da hər növ günahı məqami-iqtidarda
duranlara xas bir zehniyyətlə müharibənin bir an əvvəl
tamam olmasını istəyən “ifrat” sosialistlərdən
görmək və bu görüş göstərməsilə
hərəkət edib inqilab diktaturasını o yolda işlətmək
Rusiyayı xətərdən qurtara biləcəkmi?!.
Kadetlərin kabinədən çıxdıqlarından
sonra müvəqqəti sosyalist hökuməti kadetlərdən
sol burjualarla etilaf edərək bu yeni etilaf hökumətinə
diktatura məqamını vermək istiyor. Əcəba,
“müdafiəçi” olsa da fəhlə və soldat vəkillərindən
ibarət olan demokratiya təşkilatı ilə hökumət
tərəfdarı sosialist firqələr diktaturayı qəbul
edəcəklərmi?
Diktatura başında Kerenski ilə Seretelinin
bulunmasına nəzərən güman etməlidir ki, elan
olunan diktatura bu firqə və qüvvətlərin
aldığı qərar nəticəsidir. Fəqət
teleqraflarda görülən bir xəbər bu mülahizənin
hələ tez olduğunu bildirir. Petroqraddan
gələn bir teleqraf diyor ki, Fəhlə və Soldat Vəkilləri
Mərkəzi Şurası diktaturayı qəbul etməməgə
qərar vermişdir.
Bu xəbərlərdə bir növ təzad vardır. Baxalım,
hadisələrin cərəyanı nə kibi istiqamət
alır.
“Açıq
söz”, 12 iyul 1917, ¹517
Tazə
Şurayi-Milli
Tazə təşkilat üsuli ilə təsis olunan
Şurayi-Milli əmələ gəldi. İyulun 12-də bu Şura
ilə üz-üzə gəldik: üzünə
baxılır, kəndisilə anlaşılır, vicdan və
idrakına inanılır bir Şura!
Millətin
hər bir təbəqə və sinfinin burada nümayəndəsi
var. Məhəllə, həmkar, məarifmənd, üləma,
sinif və məslək hamısı burada, millət etimad elədigi,
kəndisindən iş istədigi adamlarının
hamısını, heç olmasa çoxusunu burada görə
bilər.
Şuranın sayı 200 adama qədər çıxa biləcək bir halda. Hazırda 150-yə qədər adam mövcud. Bu Şura qabaqkı şuraya bənzəmiyor. İnqilab zamanının 3-4 ayı təsirsiz keçməmiş, fikirlərdə, təsəvvürlərdə bir növ kamal hasil olmuş. Hər kəs bir məsləki-siyasiyə doğru getməkdə, cəmaətdə siyasət axımları seçilməkdədir. Burada bu axımlardan hamısının nümayəndələri var.
Komitəyə seçilmiş 33 adam eynilə Şuranın kiçik bir nümunəsi.
Komitə seçkisi əsnasında Şura bütün sürətlə toplanmasına rəğmən təşkilata istedad əsəri göstərdi. “Müsavat”çılardan bir heyətin təşəbbüsilə hazırlanmış olan namizədlər siyahısının layihəsi seçkiləri nəticəli bir hala qoydu. 60 ilə 80 arasında sabit bir əksəriyyətlə heyətin siyahısı keçdi. Anlaşıldı ki, Şura əzası arasında müxtəlif cəmiyyət və heyətlərin nümayəndəsi olmaq üzrə qüvvətli və disiplinə tabe müsavatçılar vardır. İştə, bu hal Şurayı işlək bir hala qoydu.
Şübhəsiz ki, işin ibtidası olduğundan və firqə həyatına biz tazə girdigimizdən “Müsavat” firqəsinin bu ilk təcrübəsində nöqsanlar yox degildi. Fəqət nöqsanlı da olsa bu hal özü bir kamaldır.
Şura tərəfindən seçilən komitə bu günə qədər iki iclas etmiş. Bu iclasların da sədrini, müavinlərini, katibini intixab eləmişdir. Bu günlər dəxi 5 şöbəyə bölünüb öz işinə başlayacaq.
Əvət, işə başlayacaq. Fəqət olduqca ağır, məsuliyyətli, zəhmətli bir işə başlayacaq.
15 üzvlük birinci komitə təşkil olunduğu zaman inqilabın ilk günləri, ballı günləridi. Hər kəsdə böyük ümidlər və könüllərdə həyəcanlı fərəhlər vardı. Fəqət bununla bərabər təşkilat naminə heç bir şey yox idi. Öylə bir zamanda müsəlman cəmaət işini idarəyə təşəbbüs edən komitə qüvvəti yetdigi qədər çalışdı. Nəhayət, xəlqimizin təşkilat və özünü idarəyə olan istedadı kəndisini göstərib dairəsinin genişlənməsini istədi. Bu istəyiş iştə, bugünki Şura ilə Komitəyi vücuda gətirdi.
Fəqət yeni vücuda gələn bu komitə bir şeyi dəxi göstərdi ki, cəmaət öz işini öz əlinə almaq istəməsi ilə bərabər bu günə qədər kəndisinə xidmət edən qüvvələrə hala etimad bəsləməkdə və onlardan bundan sonra xidmətlər də gözləməkdədir. Köhnə komitə ərkanının eyni ilə haman yeni komitəyə də seçildikləri bunu göstərməkdədir. Bu hal şübhəsiz ki, xadimlərimizi təşviq edər, ağır vəzifələrini ifa etdikdə kəndilərinə sühulət verər. Böylə bir sühulətə heç şübhəsiz ki, bu günlərdə iş başında bulunmaq vəzifəsilə vəzifələnən millət xadimləri yerdən göyə qədər möhtacdırlar.
İnqilab böhran keçiriyor. Məmləkət təhlükə içərisindədir. Anarxiya gözünü ağardıyor. Bütün Rusiya ilə bərabər millətimizin, əzcümlə Qafqasiya müsəlmanlarının halı da qorxular içindədir. Bu zaman inqilabın ilk günlərindəki zamandan daha məsuliyyətli, daha ciddiyyətlidir. Böylə bir zamanda cəmaət işinə məşğul olanların fikri şübhəsiz ki, hər cəhətcə əmin olmalıdır.
Şuranın, cəmaətin etimadına əmin olan Komitə əlbəttə ki, cəsarətlə öz yolunu gedə bilər və xəlqin etimadı sayəsində məqsədlərinə irişib, milləti də saxlar.
Bu etimad hazırda var. Lazımdır ki, bu etimad davam
etsin. Lazımdır ki, bu etimadın həqli olduğu
anlaşılsın. Bunun üçün
də lazımdır ki, tazə seçilmiş Komitə əzaları
gecə-gündüz işləsinlər.
İşləsinlər...
Müvəffəqiyyətlər!
“Açıq
söz”, 16 iyul 1917, ¹520
Sühulət - asanlıq, əlverişlilik
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2018.- 17 mart.- S.20-21.