Öz ardıcıllarını
yetişdirən ustad
Azərbaycan milli mədəniyyətinin
tərkib hissəsi olan muğamlarımız bu gün dünya
musiqisində fərqli,
özünəməxsus bir
yer tutur.
Belə bir əsrarəngiz musiqini isə üçlü ifada-xanəndə,
tar və kamança birgə ifaçılığından
kənarda görmək
mümkün deyil.
Bu üçlüyün əsas
tərkib hissəsi olan tar ifaçılığının
Azərbaycan mədəniyyətində
hər zaman özünəməxsus yeri
olub.
Tarixə nəzər salsaq görərik ki, müxtəlif dövrlərdə
ayrı-ayrı mənbələrdə
bu musiqi aləti haqqında qeydlər var. XIX əsrin ikinci yarısında Azərbaycanın görkəmli
tarzəni Mirzə Sadıq Əsəd oğlu - Sadıqcannın
tarı təkmilləşdirərək,
onu virtuoz musiqi alətlərinin səviyyəsinə çatdırması
bu musiqi alətini daha da məşhurlaşdırdı.
Tar ifaçılığında Qarabağdan
başlanan bu yeni yol daha
sonra Azərbaycan musiqi mədəniyyətinə
neçə-neçə məşhur
tarzənlər bəxş
etdi. Bu sənətkarlar
həm də zaman-zaman öz ardıcıllarını yetişdiriblər.
Onlardan biri də korifey
sənətkar, Xalq artisti, tarzən Ramiz Quliyevdir. Professor R.Quliyev müxtəlif
vaxtlarda öz yurd-yuvalarından didərgin
düşən musiqi
məktəblərinin müəllimlərinin
təcrübələrinin artırılmasında yaxından
dəstək olur.
Bugünlərdə uşaq musiqi məktəblərinin müəllimləri
yenidən tanınmış
tarzən R.Quliyevin təcrübə dərslərində
olublar. Müəllimlər tədris zamanı
qarşılaşdıqları problemlərlə bağlı
ustad sənətkardan
məsləhətlər alıblar.
Görüş zamanı Şuşa rayon Turşsu kənd Uşaq Musiqi Məktəbinin müəllimi Amil Məmmədov onlara yaratdığı bu şəraitə görə R.Quliyevə minnətdarlığını bildirib. Daha sonra Şuşa rayon Turşsu kənd Uşaq Musiqi Məktəbinin 4-cü sinif şagirdi Əkbər Məmmədovun tarda ifası dinlənilib. Onun müəllimi A.Məmmədovdan öyrəndiyi ifa tərzi R.Quliyev və təcrübə iştirakçıları tərəfindən qiymətləndirilib. Ustad sənətkar tarda öz ifası ilə bərabər, həm də Ə.Məmmədova tövsiyələrini verib. O, eyni zamanda, istedadlı şagirdlərin uğurlarını dilə gətirib.
Onu da qeyd edək ki, professor R.Quliyev məcburi köçkün gəncləri arasında tar ifaçılığının geniş yayılmasında, o
cümlədən, istedadlı tarzənlərin yetişməsinə
xüsusi diqqət və qayğı
göstərir.
525-ci qəzet.- 2018.- 17 mart.- S.13.