Elmi idrakla poetik qavrayışın qovşağında

 

Akademik Məmməd Cəfər Cəfərov Azərbaycan ədəbiyyatşünaslıq elmində xüsusi elmi məktəb yaratmış görkəmli elm xadimidir.

O, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının elmi-nəzəri konsepsiyasının yaradılmasının  banisidir. Milli romantizm ədəbiyyatının görkəmli yaradıcılarından olan Hüseyn Cavidə həsr olunmuş sanballı monoqrafiyası Azərbaycan cavidşünaslığının möhkəm elmi bünövrəsidir. Məhəmməd Hadidən bəhs edən araşdırması bu böyük  şairin sənət dünyasının pasportuna çevrilmişdir. Əsasən realist sənətkar kimi qəbul olunan Cəfər Cabbarlı sənətindəki romantikaya dair dərin elmi mülahizələri milli romantizm nəzəriyyəsini daha da zənginləşdirmişdir. Bütün bunların əsasında Azərbaycan ədəbiyyatşünaslıq elmində romantizmşünaslıq elmi məktəbi yaranmışdır. Azərbaycanda romantizm elmi cərəyanının problemlərinə, poetika estetikasına, habelə romantiklərin həyatı yaradıcılğına həsr edilmiş tədqiqatlar həmin romantizmşünaslıq məktəbindən doğulmuşdur.

 

Böyük mütəfəkkir ədəbiyyatşünas alim kimi qəbul olunan Məmməd Cəfər Cəfərovun elmi əsərlərində nəzəri təhlil ümumiləşdirmələr xüsusi yer tutur. Nizaminin humanizmimonoqrafiyası bu qüdrətli sənətkar haqqında nəzəri-fəlsəfi konsepsiyanın mükəmməl elmi ifadəsidir. MəşhurFüzuli sevirməqalələr silsiləsi Azərbaycan füzulişünaslıq elminin nadir hadisəsi bu böyük qəlb şairini dərindən başa düşməyin elmi-nəzəri açarıdır. Mirzə Fətəli Axundzadədən söz açan tədqiqatlarında Məmməd Cəfər Cəfərov Azərbaycan realizminin banisinin ədəbi irsi ilə sənət fəlsəfəsini, həmçinin şəxsiyyətini vəhdətdə təqdim etmişdir. Müasirləri olan yazıçı şairlər haqqında yazdığı oçerklərdə o, XX əsr Azərbaycan ədəbiyyatının əsas yaradıcılarının mükəmməl elmi portretini yaratmışdır.

 

Məlum olduğu kimi, akademik Məmməd Cəfər Cəfərov hələ öz sağlığında bədii əsərlərini kitab halında çap etdirməklə bu sahəyə olan ciddi münasibətini bəyan etmişdir. OnunQəribə adamlarkitabındakı hekayələr novellalar XX əsr Azərbaycan satirik-yumoristik nəsrinin bənzərsiz yaddaqalan nümunələridir. Bizim böyük mütəfəkkir alimin arxivindən əldə edib 2010-cu ildə kitab halında nəşr etdirdiyimizXatirələrmemuarı akademik Məmməd Cəfər Cəfərovun sözün əsl mənasında sənədli bədii nəsrin ustad yaradıcılarından biri olduğunu əyani surətdə nümayiş etdirir. Görkəmli elm xadiminin 1965-ci ildə yazdığı 2017-ci ildə çap etdirdiyimiz “Get dolangilən, xainsən hələtragikomediyası müasir Azərbaycan dramaturgiyasının nadir nümunələrindən biridir. Bundan başqa, Məmməd Cəfər Cəfərovun 1991-ci ildə tamamladığıİnsanlar talelərkinodramı böyük demokrat ədib Cəlil Məmmədquluzadə mollanəsrəddinçilik hərəkatından bəhs edən mənalı dramatik əsərdir. Bu qiymətli dram əsəri 2012-ci ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında uğurla tamaşaya qoyulmuş, ayrıca kitab kimi nəşr olunmuşdur. Elmi fəaliyyətində olduğu kimi, bədii əsərlərində Məmməd Cəfər Cəfərov orijinal yaradıcılıq xüsusiyyətlərinə malikdir. Dərin təhlil ümumiləşdirmə, sadəlik obrazlı ifadə tərzi onun elmi əsərləri üçün , bədii əsərlərindən ötrü əsas meyardır. Akademik Məmməd Cəfər Cəfərov elmi fəaliyyətində olduğu kimi, bədii yaradıcılıq sahəsində professionaldır. Elmi əsərlərindəki bədii-obrazlı düşüncə tərzi, bədii yaradıcılığındakı həyati-ictimai proseslərə dərin obyektiv baxış onun fəaliyyətindəki qoşa qanadların bütövlüyünü ifadə edir. Görkəmli alimin elmi idrakla bədii düşüncənin qovşağında yaranan bədii əsərləri bir yerdə kitab halında toplanılıb nəşr edilməyə, onun bədii yaradıcılığı haqqında elmi tədqiqatların yazılmasına layiqdir.

 

İllərdən bəri şəxsi arxivimizdə saxladığımızBir mənzum məktuba cavabadlı poeması Məmməd Cəfər Cəfərovun poeziya sahəsində istedadlı qələm sahibi olduğunu meydana qoyur. Nizami adına Ədəbiyyat İnstitutunda çalışan elm adamlarının həyatına həsr olunmuşBir mənzum məktuba cavabpoemasında müəllif elmi mühitin real poetik mənzərəsini yaratmışdır. Əsərdə Məmməd Cəfər müəllim özü ilə birlikdə çalışmış alim yoldaşlarının bir-birindən fərqlənən fərdi xüsusiyyətlərini təqdim etmiş, az sözlə onların özünəməxsus portret cizgilərini canlandırmağa müvəffəq olmuşdur. BütövlükdəBir mənzum məktuba cavabpoeması elmi mühitin poetik panoramını təqdim edir. Müasirlərinin obrazlarını “Get dolangilən, xainsən hələtragikomediyasında örtülü şəkildə göstərən  Məmməd Cəfər Cəfərov bu poetik mənzuməsində onların bir çoxunu öz adı  soyadı, habelə səciyyəvi xarakterləri ilə birlikdə oxuculara çatdırmışdır. Əsərdəki nikbin yumoristik ruh da onun müasirləri haqqında açıq danışmasına imkan yaradır.

 

Poemadakı romantik ruh adları çəkilən tanınmış elm adamlarına yüksək münasibəti nəzərə çarpdırır.

Bir mənzum məktuba cavabpoeması Məmməd Cəfər Cəfərovun poetik istedadı haqqında dolğun təsəvvür ifadə edir. Poema müəllifin şeirşünaslığa dərindən bələd olmaqla bərabər, həm orijinal bədii təsvir ifadə vasitələri yaratmaq qabiliyyəti ilə yadda qalır. Bu əsər peşəkar bir şairin yetkin bir bədii əsəri təəssüratı oyadır.

 

Təəssüf ki, “Bir mənzum məktuba cavab”ın əlimizdə olan variantı bir qədər  natamamdır. Əsərin tam variantını axtarmaq səylərimiz hələ ki, bir nəticə verməmişdir. Lakin poemanın bizdə olan variantı əsərin ideya-məzmunu haqqında ümumiləşmiş təəssürat yarada bilir. Bununla belə, düşünürük ki, “Bir mənzum məktuba cavabbəlkə həmin məktubun ünvanlandığı şəxsin, yaxud əsərdə adları çəkilən elm adamlarının ailələrində qorunub saxlanılır. Belə haldaBir mənzum məktuba cavab”ın tam mətnini bizə təqdim edəcək şəxslərə əvvəlcədən minnətdarlığımı bildirirəm.

 

Məmməd Cəfər Cəfərovun 30 avqust 1960-cı ildə yazılmış “Bir mənzum məktuba cavab” poeması dövrün ədəbi mühitinə işıq salmaqla bərabər, bugünkü elm adamları, yeni elmi nəsillər üçündüşündürücü və əhəmiyyətlidir. Bunu nəzərə alaraq, poemanın bizdə olan mətnini oxuculara təqdim edirik. Elmi idrakla poetik qavrayışın qovşağında yazılmış bu əsər Məmməd Cəfər Cəfərovun bədii yaradıcılığını tamamlayır və şeir sahəsindəki istedadını diqqətə çatdırır. Poema Məmməd Cəfər müəllimin özünün elmi mühiti və müasirləri məsələsinə də aydınlıq gətirməyə imkan verir.

 

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik

 

525-ci qəzet.- 2018.- 17 mart.- S.12.