Bir mənzum məktuba cavab
Yaltadan bizim təsərrüfat müdiri,
şair ürəkli Adil Qəmərlidən aldığım
mənzum məktub və ona yazdığım cavabdır
Aldım məktubunu xeyli dəyərli,
Ey əziz dostumuz, Adil Qəmərli!
Bil ki razı qaldıq məhəbbətindən,
Qəlbə qanad verən sədaqətindən,
Şirincə, duzluca hekayətindən.
Şeirinə şeirlə cavab verməmiz -
Cəsarət olsa da, məcbur olduq biz:
Əvvəla:
Çiçəklərin nəfəsindən,
Bülbüllərin xoş səsindən,
Çeşmələrin zümzüməsi,
Çinarların kölgəsindən,
Gözəl Alim ölkəsindən,
(Qəlbin dərin güşəsindən)
Salam olsun dosta, yada,
Var olsunlar bu dünyada!
Saniyən:
Burda şad-xürrəm yaşayırıq
biz
Niyyətimiz təmiz, qəlbimiz
təmiz
Ancaq sizlər üçün
darıxır könül,
Quş da eldən ayrı darıxır şəksiz.
Salisa:
Yazırsan ki: - Ey əziz dost, vəfadar,
Eylə bizi öz halından
xəbərdar.
Nə işdəsən, nədir
fikrin, xəyalın,
Haçan olur bizə qismət vüsalın?
Köçəri quşmusan, məkanın nədir?
Bu uzun səfərdən
məramın nədir?
lll
Möhtərəm Qəmərli, məlumun
olsun -
Ki, hələ “qandidat”, “felşerdir” - dostun
Deyirlər: “bilmirik, nə
olur-olsun
Bu yaxında gərək
o “doxtur” olsun”.
Bu fikrə şərikdir Orucəli də,
Əli də, Vəli də, Məmmədəli də.
Dostlar da istəyir alim olum mən,
Yəni ki, əməli-salim olum mən.
Məgər feldşer olan sayılmaz insan?
Bunla maraqlanmır Zaloğlu zaman!
Odur ki, bu ayın
on yeddisinəcən
Burda külüng
vurub işləməliyəm.
Fərhad
Şirin üçün
yardı dağları,
Yan-yana düzürəm mən sitatları...
lll
Sonra yazırsan ki, teleqram vurum,
Mənə pul göndərib edəsən məmnun.
Xeyli minnətdaram bu qayğınıza,
Bu dostluq eşqinə,
bu sayğınıza.
Ancaq yetər mənə “ikinci yarım”
Heç o da olmasa ötüşər
qarın...
İçimdə çox yoxdur bil tamahımız
Bizə kifayətdir öz maaşımız.
Yediyimiz
gündə “bir xurma” fəqət
Nizami nəsliyik,
bilmərik dövlət.
lll
Məndən salam yetir Əbülfəzlərə,
Yaquba, Həbibə, Əliheydərə.
Yaşara,
Quluya və Nürəddinə,
Mirəliyə, (qurban olaq cəddinə).
Qazaxlı Məmmədə, nadinc
Atifə,
Əylisli Yəhyayə, (o Mir Hatifə)
Rüstəmə: - dostanə əhli-imana
O fağır cənublu Şair oğlana,
Nadir (şahə), Mirzə (Cəmaləddinə),
Planı
doldurub gəlsinlər
dinə.
Salam olsun bir də
“sayuz” Aslana,
Beş aylıq “dinmə ver”, borcluyam ona.
Yenə borclu düşdük, lənət şeytana.
Məsuda
söylə ki gəlsin meydana!
Namə
yazsın, bizi də alsın qoy sana
Kamala, Kamrana və Mir Əzizə,
(Böyük olub, zülm etməsinlər bizə!)
Yoxsa uçurarıq təxti-tacların,
Əllərindən allıq ixtiyarların!
Hamımızın sevdiyimiz dostlara:
Undulmaz cənublu qardaşlara!
Pur Abbasa, Həmidə və Qafara
Zərafətim olmayan yoldaşlara:
Əlfağaya (Teybalıya), Həsənə,
Və Cəlal müəllimə,
dostu Əkrəmə,
Rəsula, Hüseynə və Muradxana.
Onların hirsindən biz gəldik
cana.
Muzeyçi Sadığa, Şəkil
çəkənə,
Dostların adları gəlmir
ki sana!
Lüğətçi Rəsula və Voroşilə,
Az qala yadımdan çıxmış
Dağlıya.
Özünü göstərən o ağıllıya.
Əcəb salıb qırğız dilin bəndinə.
Gərək bir gün gedək onun kəndinə,
Seyrə dalaq, gülümsəyən
ənginə.
O saz çalan suyuşirin oğlana,
Yenə tənqid yazır Aşıq Qurbana?
Həsənova, Oruca və Əliyə,
Bizim idarədən
gedən Vəliyə.
Söz müxtəsər ağıllıya-dəliyə...
(Qafiyə gətirdi sözü bu yerə...)
Kağıza sığmadı, al “vedemostu”
Çağır hüzuruna aşnanı, dostu.
Söz aç məhəbbətdən
gələrək dilə,
Səadətlər dilə, arzular dilə.
lll
Soruşursan məskənin haradır, nədir?
Olduğum yer bir yazıçıxanədir.
Əhli-xanə görünür bəxtəvərdir,
Yüz nəfərdən doxsanı
bir təhərdir
İçlərində yazıçı varmı? Güman
hey?:
Yarısı arvaddır, yarısı
kişi,
Çoxlarının qızıl-mızıldır dişi.
Kişilərin bağında var bir alça,
Arvadların işi tamamən hoqqa.
Şalvar
geyib tullanırlar aman, hey!
Onlara bəslənən aman-güman,
hey!
Üzdən bənzəyirlər sarı dovşana,
Saçların oxşadar topa yovşana.
İşləridir tamamilə bir dahi,
Bizim qızlar
qızıl güldür,
vallahi.
Mənnən yetir onlara bir
salam, hey!
Onların da yaddaşında
qalam, hey!
lll
Sanma işlər gedir tamam tərsinə,
Mən zərafət
etdim sənin xətrinə.
Hər şey uyğun gəlir burda əsrinə,
Kərəm bizdə minər əsrin tərkinə.
Ey bixəbər! Çox dəyişmiş zaman,
hey!
Daha getdi yeddi taxta
güman, hey!
lll
Kağıza sığmadı, aç vedemostu,
Çağır hüzuruna aşnanı-dostu.
Söz aç məhəbbətdən, gələrək dilə.
Səadətlər dilə, arzular dilə.
Şöhrətin qoy çatsın obaya-elə,
Görüşənə qədər, qal gülə-gülə.
Hə, görürmüsünüz Adil müəllim!
Hər bir tərəfimiz bilik və elm.
Elə bilirsiniz
şair tək sizsiz?
Şeirə, sənətə bələdlərik
biz.
Təbiət bizləri yaratmış
şair,
Sonradan olmuşuq
ədibü-nasir.
Canınız həmişə sağlıqla
dolsun,
Ömrünüz-gününüz işıqlı
olsun!
Elmimiz ucalıb inkişaf etsin,
İşləriniz daim uğurla getsin!
30 avqust 1960-cı il
Məmməd
Cəfər Cəfərov
525-ci qəzet.- 2018.- 17 mart.- S.12.