Kamran Nəzirlidən yeni kitab
"Mütərcim"
Nəşrlər Evi tanınmış yazıçı
Kamran Nəzirlinin "Babalar nağıl
danışmırlar" hekayələr və miniatürlər
kitabını çapdan buraxıb.
Kitaba
yazıçının son illər qələmə
aldığı 25 hekayəsi daxil edilib. Kitab geniş oxucu
kütləsi üçün nəzərdə tutulub.
"...Hekayə
yazmağın yolu yazmaqdır; əlbəttə, istedad, dil,
ovqat, ruh, müşahidə, mütaliə... olmasa, sənin
yazdıqların heç nəyə dəyməz," deyə
müəllifin ön sözündə vurğulanır.
"Yazıçı sevdiyi işlə məşğul
olursa, yuxarıda sadaladığım cəhətləri
özünə əmr etməlidir. Istedad təbii vergi olsa
da, onu pas atmağa qoymaq olmaz, daim zəhmətə
qatlaşmalısan"...
Kamran
Nəzirli Azərbaycan və Belarus Yazıçılar birliklərinin
üzvüdür. Hekayələri müxtəlif ölkələrdə
– ABŞ, Rusiya, Türkiyə, Koreya, Hollandiya, Belarus, Özbəkistan,
Moldova, Gürcüstan, Ukrayna və s. almanax və jurnallarda dərc
olunub.
Yazıçı
əsasən, qısa hekayələri ilə tanınır.
Hekayələri dünyanın 10-dan çox dilinə tərcümə
olunub. Təqdim olunan topluda o, bu dəfə də özünəməxsus
üsluba sadiq qalıb. Yazıçının lakonik,
müxtəlif süjet və məzmunlu hekayələri
maraqla oxunur.
525-ci qəzet 2018.- 20 mart.- S.7.