Azərbaycanlı musiqiçi
Vyanada konsertlər verdi
Gənc azərbaycanlı pianoçu,
bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı
Abuzər Manafzadə Vyana şəhərində
yerləşən "ALMA" qalereyasında iki klassik konsert proqramı ilə çıxış edib.
Avstriyada
fəaliyyət göstərən
"Culture Meeting Point" mədəniyyət
qurumu tərəfindən
təşkil olunan konsertlərdə Manafzadə
Yohann Sebastian Bax, Frans List, Bethoven, İsaak Albeniz, Klod Debüssi və Modest Musorqskinin əsərlərini
səsləndirib.
A.Manafzadə qeyd edib ki,
konsertlərin Novruz bayramı ərəfəsinə
düşməsi onun
üçün xoş
bir təsadüf olub. Gənc musiqiçi həmçinin
diqqətə çatdırıb
ki, atası və bacısı - Azərbaycanın Əməkdar
artistləri İslam Manafov və Turan Manafzadə ilə birlikdə 2018-ci ildə çıxış
edəcəkləri bütün
konsertləri Azərbaycan
Demokratik Respublikasının
100 illiyinə və Heydər Əliyevin anadan olmasının 95 illiyinə ithaf edəcəklər.
Hazırda Abuzər Manafzadə Vyana Musiqi və
Səhnə Sənətləri
Universitetində dirijorluq
ixtisası üzrə,
Linz şəhəri Anton Brukner
Universitetində isə
fortepiano üzrə magistr
təhsili alır.
XƏDİCƏ
525-ci qəzet.- 2018.- 28 mart.- S.7.