"Könül inciləri"
sərgisi açılıb
Xətai Sənət Mərkəzində
gənc modelyer rəssam Könül İncinin "Könül
inciləri" adlı
fərdi sərgisi açılıb.
Sərgidə modelyer-rəssamın 30-dək əsəri
təqdim olunub.
Sərginin açılışından öncə
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının elmi
şurasının üzvü
Samir Sadiqov sərginin əhəmiyyətindən
söz açaraq, rəssama yaradıcılıq
axtarışında uğurlar
arzulayıblar.
Sonra iştirakçılar rəssamın
yağlı boya, qrafika, sulu
boya və digər texnikaları ilə işləmiş olduğu əsərlərə
baxıblar.
ŞAHANƏ
525-ci qəzet.- 2018.- 28 mart.- S.7.