Dünya miqyaslı ziyalı
GÖRKƏMLİ
YAZIÇI VƏ İCTİMAİ XADİM ANARIN 80 YAŞI
TAMAM OLUR
Moskvada "Literaturnaya
qazeta"da Anarın yubileyi ilə bağlı yazı çıxıb. Yazını oxucularımıza təqdim edirik.
Bu gün doğrudan
da yalnız Azərbaycan mədəniyyətinin,
Azərbaycan ədəbiyyatının
böyük bayramı
deyil, həm də dünyanın ziyalı zümrəsinin,
bədii-elmi elitasının
bayramıdır.
Azərbaycanın Xalq yazıçısı,
Azərbaycan, Şərq,
Avropa və dünya mədəniyyətinin
dərin bilicisi, ədəbi təxəllüsü
Anar olan Anar Rəsul oğlu Rzayev 80 yaşını qeyd edir.
Səmimi
qəlbdən inanıram
ki, bu gün
Azərbaycan xalqıyla
bərabər Anarın
valideynlərinin - böyük,
unudulmaz Xalq şairləri Rəsul Rzanın (1910-1981) və Nigar xanım Rəfibəylinin (1913-1981) ruhları
da dünyaca tanınan oğulları üçün şad olur.
Anar hərtərfəli,
əsaslı, humanitar-mədəni
təhsil almışdır. Üzeyir
Hacıbəyov adına Konservatoriyanın
nəzdində musiqi məktəbini (1945-1955) Gümüş
medalla bitirmişdir. Azərbaycan Dövlət Universitetinin filoloji fakültəsində
(1955-1960) rus dili müəllimi diplomu almışdır. Moskvada Ali Ssenari
kurslarında (1962-1964) İosif
Olşanskinin sinfində
və Leonid Trauberqin rəhbərlik etdiyi rejissor emalatxanasında
(1974-1976) oxumuşdur.
Anar üç
yaradıcılıq İttifaqının
üzvüdür. Jurnalistlər İttifaqının (1962), Yazıçılar
İttifaqının (1964), Kinematoqrafçılar İttifaqının
(1966). O, Azərbaycan
Yazıçılar Birliyinin
sədridir. Azərbaycan, rus və başqa 40-dan çox dildə nəşr olunmuş 200-ə yaxın
kitabın müəllifidir.
Bakıda Azərbaycan dilində
Anarın 10 cildliyi, rus dilində 5 cildiyi çap olunmuşdur. 2016-cı ildə mötəbər
"Xudojestvennaya literatura"
nəşriyyatında iki
cildliyi çıxdı.
Bu iki cildliyə
Anarın geniş şöhrət qazanmış
şedevrlərindən başqa
yeni nəsr əsərləri "Ağ
qoç, qara qoç" (2004) və
"Göz muncuğu"
(2014) povestləri də
daxildir.
Yubilyarın Azərbaycan mədəniyyətinə
xidmətləri o qədər
böyük və çoxtərəflidir ki,
onları elə sadalamaqla iri bir "bələdçi
kitabı" tərtib
etmək olar. Amma onun
iki xidmətini unutmaq olmaz. Birincisi, Azərbaycan eposu "Kitabi-Dədəm
Qorqud"un 1300 illiyi onun təşəbbüsüylə
keçirildi və Anarın baş redaktor olduğu iki cildlik, elmi
cəhətdən sanballı
"Dədə Qorqud
ensiklopediyası" nəşr
olundu. İkinci xidməti 1990-cı illərin hərc mərcliyində Azərbaycan
Yazıçılar Birliyinin,
onun əmlakının,
mətbu orqanlarının
qoruyub saxlanması və Birliyin dövlət tərəfindən
daimi dəstək alması.
Sonda öz adımdan yubilyarı təbrik edirəm, ona dostcasına möhkəm cansağlığı,
fiziki və yaradıcılıq uzunömürlüyü,
sevgi, xoşbəxtlik
və çoxlu bədii uğurlar arzulayıram.
P.S.
"LQ" bu təbriklərə
qoşulur və yaxın nömrələrinin
birində oxuculara Anarın yeni yazısını təqdim
edəcək.
Əbuzər BAĞIROV
525-ci qəzet.- 2018.- 28 mart.- S.7.