Milli Rəqəmsal Yaddaş:
sosial şəbəkə istifadəçiləri
üçün etibarlı mənbə
Son illər sürətlə
həyatımıza daxil
olan sosial şəbəkələr yaşamımızın
ayrılmaz tərkib hissəsinə çevriliblər. Çox
az qrup
insan tapmaq olar ki, facebook,
whatsapp, twitter, youtube,
instagram, linkedin və s. kimi sosial şəbəkələrdən
istifadə etməsin.
İnsanların, xüsusən də gənclərin ciddi şəkildə marağına
səbəb olan sosial şəbəkələrin
əhatə dairəsinin,
təsir etdiyi auditoriyanın daha da genişlənməsi müsbət tərəfləri
ilə yanaşı, mənfi tərəflərini
də özüylə
gətirməkdədir.
XXI əsr hadisəsi
- internet fenomeni adlandırılan
sosial şəbəkələrdə
informasiya başgicəlləndirici
sürətlə dövr
edir. Qısa bir statistika təqdim etməklə bu sürəti az
da olsa təsəvvürünüzdə
canlandırmaq istərdik.
Son məlumatlara görə, sosial şəbəkələrdə fəal istifadəçilərin
sayı 3 milyardı ötüb. Hazırda dünyada
ən böyük sosial şəbəkə
facebook-dur. Bu sosial şəbəkənin
auditoriyası 2 milyard
fəal istifadəçidən
ibarətdir. Onların 87 faizi
mobil qurğulardan istifadə edir, 59 faizi isə hər gün facebook-a daxil olur. Fəal istifadəçilərinin sayı
1,5 milyard təşkil edən youtube video platforması bu göstərici üzrə ikinci yerdə qərarlaşıb.
Aktiv istifadəçilərinin sayına
görə növbəti
yerləri whatsapp, facebook messenger və wechat messencerləri tutublar. Whatsapp proqramının isə
600 milyon istifadəçisi
var. Bu rəqəmlərin getdikcə
artacağı heç
kim üçün
sirr deyil. İstənilən bir informasiyanın
bu sürətlə yayılma imkanının mövcud olması insanların xəbər almaq imkanını artırır. Sosial şəbəkələrin
hər gün genişlənən imkanları
şəxslərin bir-birilə
əlaqə qurmaq imkanını artırır.
Ancaq bunun eyni zamanda,
mənfi əks-təsirləri
də var. Fikrimizcə,
ən ciddi problem isə yayılan yanlış informasiyaların
insanların düşüncəsinə,
psixikasına təsir
etməsidir.
Bir çox hallarda real həyatda ətrafındakı
topluma ciddi bir təsiri olmayan şəxslər, təşkilatlar, şirkətlər
sosial şəbəkələr
vasitəsilə fenomen
ola bilirlər.
Son dövrlər lokal miqyasda bizim cəmiyyətimizdə,
qlobal miqyasda isə dünyada baş verən hadisələri təhlil etdikdə belə bir qənaət hasil olur ki,
proseslər əvvəl
virtual aləmdə meydana
gəlir, sonra isə real aləmdə davam edir. Bunun isə əsas təkanverici amili məhz sosial şəbəkələrdir. Sosial şəbəkələr
ilk fəaliyyətə başlayan
dövrlərdə o qədər
də ciddiyə alınmadığı halda
hazırda az
qala həyatımızın
hər anını diqtə edir. Burada qəsdən, yaxud bilməyərəkdən yayılan
dezinformasiya, şantaj
mahiyyətli xəbərlər
bir və ya bir qrup
insanın, təşkilatın,
şirkətin, hətta
dövlətin belə
varlığına son qoya
bilmək gücündədir.
"Ərəb baharı" adlanan inqilabların baş tutmasında sosial şəbəkələrin, daha
konkret desək, facebook-un və youtube-nin böyük rolunun olduğunu hər kəs etiraf etməkdədir.
ABŞ prezidenti Donald Tramp twitterdə paylaşdığı
statuslarla nəinki Amerika, hətta beynəlxalq ictimai rəyə belə ciddi təsir etməkdədir.
Mütəxəssislər, daha çox gənclərin sosial şəbəkələrdən istifadə etdiyini qeyd edirlər. Sual doğuran məqam isə budur: Nə üçün gənclər real ünsiyyət
əvəzinə virtual ünsiyyətə
daha çox üstünlük verirlər?
Halbuki üzbəüz görüşüb
danışaraq həll
edə biləcəyin
bir məsələni
virtual yolla, sosial şəbəkə vasitəsilə
bir neçə günə də həll edə bilməzsən. Fikrimizcə, sosioloqların, mütəxəssislərin
bu kimi psixoloji
məqamları dərindən
araşdırması lazımdır.
İnternet asılılığı bir
problemdirsə, sosial şəbəkələrdə hər cür informasiyanın yayılması
bir başqa problemdir. Zərərli informasiyaların fəsadları haqqında
mütəxəssislər zaman-zaman
həyacan təbili çalırlar. Bu çağırışlar diqqətə
alınmalıdır. Bizlər öz gənclərimizə,
insanlarımıza lazımi
bilgiləri verməzdən
öncə kənardan,
sosial şəbəkələrin
imkanlarından istifadə
edə bilən kimlərsə (xüsusən
düşmənlər) bu
bilgiləri vermək imkanındadır. Kənardan
bilgi alan
insan da onların ideologiyası, planı istiqamətində
hərəkət edə
bilər. İşin də ən
təhlükəli tərəfi
məhz budur. Xüsusən də müharibə
vəziyyətində olan,
Azərbaycan Respublikasına
qarşı daim şaiyə, şantaj, dezinformasiya, təxribat xarakterli məlumatlar yayan erməni lobbisinin mövcudluğu çalışmalarımızı və diqqətimizi ikiqat artırmağı tələb edir. Yanlış
və təxribat xarakterli informasiyaların sel kimi axışdığı
bir aləmdə doğru informasiyanı tapmaq o qədər də asan deyil.
Bunun üçün də
virtual məkanda insanlarımızın
Azərbaycana aid olan doğru informasiyanı əldə etməsi işini asanlaşdırmağa
çalışmalıyıq. Fikrimizcə,
burada əsas çıxış yolu isə informasiyanı bir bazada toplamaqdan
keçir.
Bütün bu məqamları nəzərə aldıqda
sosial şəbəkələrin
və orada yayılan informasiyaların
həm də milli təhlükəsizlik
mövzusu olduğunu söyləyə bilərik. Dünya və
ölkə ictimai rəyinə ciddi təsir edən internet məkanda Azərbaycan haqqında doğru informasiyaların bir bazada toplanılması, onun istifadəçilər
üçün əlçatan
vəziyyətə gətirilməsi
görülməsi vacib
olan işlər sırasındadır.
Hazırda bu sahədə ölkəmizdə həm
dövlət, həm də ictimai qurumların gördüyü
işləri təqdirəlayiq
saymaq olar. Xüsusən də dövlət səviyyəsində ölkəmizə,
onun tarixinə, mədəniyyətinə, iqtisadiyyatına,
siyasətinə və
s. aid yalnız Azərbaycan
deyil, müxtəlif dünya dillərində kifayət qədər əhəmiyyətli məlumatlar
hazırlanıb istifadəyə
verilib.
Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini, Azərbaycan
Respublikasının müstəqillik
illərində qazanılmış
siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərini
təbliğ etmək
kimi önəmli fəaliyyəti yalnız təqdir etmək lazımdır. Qeyd etmək istərdik
ki, informasiyanı istehsal etmək qədər onu qoruyub saxlamaq, yerli və beynəlxalq
istifadəçilərə, o cümlədən, gələcək
nəsillərə çatdırmaq
da önəmlidir.
AMEA Mərkəzi Elmi Kitabxana (MEK) bu önəmli fəaliyyətə töhfə
verməkdədir. Hesab edirik
ki, virtual aləmin imkanlarının daha da genişlənməsi, sosial şəbəkələrin
istifadəçilərinin sayının artması elektron resurslara olan tələbatı da artırır. Buna görə də
Mərkəzi Elmi Kitabxana və onun tərkibində fəaliyyət göstərən
İnformasiya resursları
mərkəzi olaraq elektron resursları toplamaq, onları istifadəçilərə təqdim
etmək işini daha da genişləndirmək
niyyətindəyik. Kütləvi mədəniyyətin, hər
cür ziyanlı informasiyanın yayıldığı
internet aləmdə azərbaycanlı
oxucu üçün
vahid bir bazaya toplanmış etibarlı elektron mənbənin mövcudluğu
çox önəmlidir.
Belə bir məqamda qeyd etmək yerinə düşər ki, yuxarıda sadaladığımız məqamları
nəzərə aldıqda
Milli Rəqəmsal Yaddaş bazası sözügedən etibarlı
elektron mənbə rolunu oynaya bilər.
Həmin
ehtiyacı gördüyümüz
üçün MEK olaraq
2014-cü ildən etibarən
icra etdiyimiz Milli Rəqəmsal Yaddaş layihəsini
2017-ci ildən daha da genişləndirdik.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu tərəfindən "Milli
Rəqəmsal Yaddaş
üçün ümummilli
əhəmiyyət kəsb
edən məlumatların
toplanması, ekspertizası
və etibarlı saxlanılması" layihəsinin
dəstəklənməsi də
MRY bazasının əhəmiyyətini,
imkanlarını, effektini
daha da artırdı.
Bundan başqa, MEK tərəfindən
2017-ci ildə görülən
işlər nəticəsində
MRY elmiləşdi.
Bu barədə ilk dəfə
məlumat alan şəxslər üçün
bildirmək istərdik
ki, MRY-nin məqsədi Azərbaycanın
qədim mədəniyyətinin,
tarixinin bəşəriyyətin
inkişafına verdiyi
töhfələr barədə
Azərbaycanda və ölkəmizin hüdudlarından
kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq,
elektron kataloqa salmaq, arxivləşdirmək,
yerli və dünya oxucusunun, tədqiqatçısının istifadəsinə verməkdir.
İnanırıq ki, sosial şəbəkələrin aktiv
istifadəçisi olan,
virtual aləmdə ölkəmizin
haqq səsini dünyaya çatdırmağa
çalışan insanlar
üçün vahid
və etibarlı elektron mənbənin mövcudluğu, orada Azərbaycana aid qiymətli
informasiyanın toplanması
böyük bir imkan olacaq. Bu faktın özü
Milli Rəqəmsal Yaddaş layihəsinin əhəmiyyətini, ona olan tələbatı daha da artırır.
Bu tələbatı gördüyümüz üçün
MEK olaraq bizlər fəaliyyətimizdə həmin
məqamı nəzərə
alaraq işimizin əhatə dairəsini buna uyğun bir şəkildə tənzimləyirik.
Mübariz GÖYÜŞLÜ
AMEA Mərkəzi Elmi
Kitabxanasının Beynəlxalq və ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri
525-ci qəzet.- 2018.- 28 mart.- S.2.