Akademik Milli Dram Teatrında "Bir, iki - bizimki!"
tamaşasının premyerası olub
Martın
27-də Akademik Milli Dram Teatrında yazıçı Kamal
Abdullanın "Bir, iki - bizimki!" pyesi əsasında
hazırlanan tamaşanın premyerası olub.
Abbas Mirzə Şərifzadə adına səhnədə nümayiş olunan tamaşadan əvvəl çıxış edən teatrın bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov yeni yaradılan səhnə haqqında məlumat verib. Teatr rəhbəri bildirib ki, "Bir, iki - bizimki!" Azərbaycanın böyük teatr xadimi Abbas Mirzə Şərifzadənin adını daşıyan səhnədə nümayiş olunan ilk tamaşadır: "Yeni yaradılan səhnəmizin qapılarını tamaşaçıların üzünə açmağımızdan kollektiv olaraq çox məmnunuq. Bu səhnədə biz yeni tamaşalarla teatrsevərlərin görüşünə gələcəyik. Bu gün Kamal Abdullanın "Bir, iki - bizimki!" tamaşasını təqdim edirik. Martın 29-da isə "Qəribə əhvalat" adında yeni premyeramız olacaq. Bundan sonra bu səhnədə bir-birindən maraqlı tamaşalar mütəmadi olaraq oynanılacaq".
Daha sonra tamaşa nümayiş olunub. Səhnə əsərinin
quruluşçu rejissoru
Əlif Cahangirli, rəssamı əməkdar
mədəniyyət işçisi
İlham Elxanoğlu, işıq rəssamı
Rafael Həsənov, səs
rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Həsənovadır.
Səhnə əsərinin bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru,
xalq artisti Azər Paşa Nemətovdur.
Rollarda əməkdar artist Ayşad
Məmmədov, aktyorlar
İlahə Həsənova,
Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış
edir.
Tamaşaçılar tərəfindən alqışlar
və böyük maraqla qarşılanan oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 29 mart.- S.7.