Daşla ruh
arasında...
Şair Adil Həsənoğlunun
"Daşlaşmış haray" poeması haqqında
düşüncələr
1980-ci
illərdə görkəmli şair
Əliağa Kürçaylının daşla bağlı silsilə
şeirlərini oxumuşdum. O dövr üçün həmin
şeirlər ədəbi tənqidin
diqqətindən yayınmadı və uzun müddət
daşlara bağlı düşüncəni müasir ədəbi prosesə çevirə bildi.
Şair
Adil Həsənoğlu iki ay
öncə mənə "Daşlaşmış haray" poemasını oxumaq
üçün verdi və poemanı oxuyandan sonra
yenidən həmin illərə
qayıtdım. Qənaətim hamının bildiyi bir fikrin
üzərində cəmləşdi. Hər şeirin
üzərində
yazıldığı zamanın möhürü
vurulur. İstər
Əliağa Kürçaylının, istərsə də
Adil Həsənoğlunun
yazdığı daşla bağlı şeirlərdə dövrün,
zamanın təsdiqi mətnin
orijinallığnı önə
çıxarır.
Əli
Kərimin "Daş"
şeirindən tutmuş (Məmməd Arazın daşla bağlı şeirləri,
Musa Yaqubun "Bu dünyanın qara daşı göyərməz",
Ramiz Rövşənin
"Göy üzü daş saxlamaz" şeiri daxil
olmaqla), bu günün gənc şairinin yazdığı "Daş"
şeirinə qədər nəyimiz
var, hamısında
dövrün ictimai siyasi
hadisələri iştirak edir, daş obrazı
yaşadığımız zamanın abı-havasını, ədəbi-bədii,
ictimai-siyasi iqlimini şərtləndirir.
Adil
Həsənoğlu "Daş
harayı" poemasına
maraqlı bir quruluş verib. Şübhəsiz ki, hər
bir şair yazdığı
şeirin rejissorudur və dostum
Adil də bu məsələni
ustalıqla həll eləyib.
Poema
9 hissədən ibarətdir: proloq, Şuşa (Brilyant),
Laçın (Süleyman daşı), Kəlbəcər
(Mirvarı), Ağdam (Zümrüd), Füzuli (Sapfır),
Qubadlı (Rubin), Zəngilən (Topaz) və epiloq hissələri ayrı-ayrılıqda müharibənin
cəmiyyətə, bütövlükdə insan mənəviyyatına, vurduğu zərbənin nəticələrini ifadə etsə
də, bu faciənin baş cümləsi daş, budaq cümlələri
isə işğal edilmiş
rayonlarımızdır.
Poemanın
proloq hissəsi müəyyən
ədəbi- bədii təcrübənin, müşahidənin
məhsulu kimi dəqiq faktlara əsaslanır və bu faktların üzərində
cəmləşən orijinal
fikirlər aydın, səlis təhkiyyə üsulu ilə
ifadə olunur. Misralar dolu sünbül kimidir. Bəndlər
bütövdür, samballıdır. Misranın bədii yükü yetərincədir. Fikir verək:
Gülləyə
tuş gələni var,
Köksü
çoxdan yaralıdı.
Yeri,
yurdu olur daşın,
Bilməlisən
haralıdı.
Daş
var, göydən yerə yağıb,
Zülm
ərşə dayananda.
Daş
var, yerdən atılıb,
Göyə
inam azalanda.
Daş
haqqında məlum informasiylar daha dərin qatlara enir. İnam
azalanda daşların göyə
atılmağı, üsyançıların son silahı,
köksünün yaralı
olmağı və digər
sıralanan əlamət və keyfiyyətlər imkan verir ki,
ardını sən özün söyləyəsən. Mətnin gücü odur ki, müəllif
sənə bu imkanı verir. Və sən mətndən sonra yeni abzas
başlaya bilirsən.
Başlayan anda qarşına çıxan bu misra səni çox
düşündürür.
Daş
var - hələ doğulmayıb.
Doğurdanmı,
belədir? Deyək ki, sinəmizə nə vaxtsa qoyulacaq daş hardasa var. Amma biz onu tanımırıq. Bir dəfə dərin və iti axan
çayın yatağında
bir daş gördüm, ağlımdan keçdi ki, o mənim
sinə daşım ola bilər.
Amma nə vaxt və harda?
Demək, hələlik sinə
daşım deyilsə, o daş
doğulmayıb. Başqa bir
şəkildə mövcuddur, amma əsas missiyanı yerinə yetirməyib. Yuxarıdakı misra imkan verir ki, deyim: hələ
dünya və kainat yaranmaqda davam edir. Bir cism ayrı-ayrı formalarda bir neçə dəfə
yaranır. Bu, kainatın
dialektikasıdır.
Sarsılmayan
əbədiyyət,
Yuxulara
dalıb burda.
Bəd
dualar, xoş niyyətlər,
Daşlaşıban
qalıb burda.
Səma
altda, daş müzeydə,
Bir
ulu millət yaşıyır.
Sevgi dilin bilir daşlar,
Burda ilk heyrət
yaşıyır.
Doğrudur, daş heyrətin
ilk şahididir. Harda iri
və kiçik daş görmüşəmsə,
ilk dəfə qışqıran
heyrətim olub.
Poemada daşlar
haqqında müxtəlif
ədəbi - bədii
cizgilər verilir. Əsas məsələ
o cizgilərin sənin
yadına deyilməyənləri
və yazılmayanları yada salmasıdır. Bax, burda mətn başlanır.
Burda nəfəslər dayanır,
Gəlir bircə daşın səsi.
Daşlara burda verilir,
Vətəndaşlıq vəsiqəsi...
O, daşın hər tilişkəsi,
İlişibdi yaddaşıma .
O, daş yuxumdan sallanır,
O, daş dönüb baş daşıma.
Poemanın süjeti şairin
anasının qəbirüstü
daşından başlayır.
Əsas başlanğıc
bu küləkmi, qasırğamı ananın
adı, soyadı yazılmış
daşı yerə salır. Şair həmin daşı evə
gətirir ki, ustaya düzəltdirsin. Daş düzələnəcən
Qarabağ müharibəsi
başlayır. Ermənilər dədə
- baba torpaqlarımızı
işğal edirlər.
Ananın qəbri adsız
- ünvansız
düşmən tərəfdə
qalır. Ad, soyad yazılmış başdaşı isə bizim tərəfdə, şairin evində. Çox qəribə bir paradoksdur. Şair deyir ki, qorxuram anamın qəbrini tapa bilməyəm.
Əlbəttə, bu, sözgəlişi
deyilir. Vətən
torpağında ana
qəbri itə bilməz. Ə.Vahid demiş ananın
da ünvanı elə vətəndir. Sonra gözəl bədii bir ümumiləşdirmə:
mən anamın məzarını
itirdim, Xocalıda nə qədər analar şəhid oldu.
Əsas
məsələ evdə
qalan adı, soyadı yazılmış
ananın başdaşıdır. Demək, həmin
daş ruh, həyat, müharibə, psixologizm, ədəbiyyat, mənəviyyat
və əxlaqdır.
Ananın adı, soyadı yazılmış
o daş nə vaxt o məzarın üstə qoyulacaqsa, onda birdəfəlik
müharibə bitəcəkdir.
Faciə
daşların ayrılması
və aralarındakı
əlaqələrin itməsidir.
Yeddi ədəd zərim itib,
Yeddi dağın
ətəyində.
Yeddi qara ilan yatır,
Yeddi arı pətəyimdə.
Yeddi olsaq əzilməzdik,
Yağı düşmən qabağında.
Bizi tək-tək qopardılar,
Bir ağacın
budağından.
Şair
poemada təkcə qəbirüstüdaşdan
yox (bu daş
başlanğıcdır), başqa daşlardan da bəhs edir . Artıq bu daşlar dünya
üçün gözəllik,
sağlamlıq
və mənəviyyat
simvoludur. Şair Brilyant, Süleyman, Mirvari, Zümrüd, Almaz, Sapfır, Rubin və Topaz daşlarını
məntiqi şəkildə işğal olunmuş rayonlarımızın
adı ilə bağlayır. Məsələn
Şuşa - Brilyant, Laçın - Süleyman
daşı, Kəlbəcər
- Mirvari, Ağdam - Zümrüd, Cəbrayıl
- Almaz, Füzuli- Sapfır, Qubadlı - Rubin
və Zəngilan - Topaz
daşları ilə
səciyyələnir. Maraqlıdır
ki, işğal olunmuş bölgələrinin
ruhunda həmin daşların siqləti, bir-biri ilə əlaqəsi, dünyasını
dəyişmiş insanlarla
və bu gün səngərlərdə keşik
çəkən əsgərlərimizlə
dərin bir anlaşması var.
Daşların xarakteri həmin bölgələrin əhvalına
üyğundur. Necə
ki, böyük Füzuli deyir: söz əhvalımcadır.
Brilyant, Süleyman daşı, Mivari, Zümrüd, Almaz, Sapfır, Rubin və Topazın insanların ruhuna təsir etmək, onları xoşbəxt eləmək, qəzəbi
azaltmaq, sevgini artırmaq iksiri var. Bu daşlar həmin yerlərin gilində, torpağında və daşındadır. İnsanları xəstəliklərdən,
ağrı-acılardan, fəlakətlərdən xilas edən bu daşlar poemada mənəviyyata,
təfəkkürə və
əxlaqa çevrilir. Bu daşlar mənən ana məzarının daşı
ilə əlaqələnir,
gözləgörünməyən, ilahi duyğu şifrələri ilə
bir-birinə informasiyalar
ötürür. Poemanın fəlsəfi qatı bu informasiyalarda sərgilənir. Bu informasiya
tarixlə ünsiyyətə girir, həmin bölgələrin
adət-ənənələri, yer-yurd, kənd adları, toponimləri ilə, bir sözlə, ruhları ilə birləşir, yeni məcrada, yeni ilahi mətnlə özünü müasir ədəbi prosesə təqdim edir.
Qəşəm NƏcƏfzadƏ,
Şair, "Qızıl kəlmə"
mükafatı laureatı
525-ci qəzet 2018.-
30 mart.- S.8.