Xalq yazıçısı
Anara Litvadan yubiley təbriki
Mahir HƏMZƏYEV
Litva Azərbaycanlıları
Cəmiyyətinin sədri,
Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü
Litva Azərbaycanlıları
Cəmiyyətinin sədri,
Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü,
Dünya Azərbaycanlılarını
Əlaqələndirmə Şurasının
üzvü Mahir Həmzəyev Azərbaycan
Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anara
80 illik yubileyilə bağlı təbrik ünvanlayıb.
"Hörmətli Anar
Rəsul oğlu Rzayev!
Sizi - Azərbaycan
ədəbiyyatının dünyaca
ünlü klassikini, məşhur Xalq yazıçı və dramaturqunu, nüfuzlu ictimai-mədəni xadimi, şərəfli 80 illik yubileyiniz münasibətilə
həm Litva Azərbaycanlıları Cəmiyyəti
adından, həm də istedadınızın
Litvadakı çoxmillətli
pərəstişkarları adından səmimiqəlbdən
təbrik edirəm.
Bir sıra əsərləriniz Litva dilinə tərcümə
olunmuş və Litva oxucuları Sizi özünəməxsus
üsluba malik nasir, çoxsaylı romanlar və kinossenarilər müəllifi,
həmçinin, Litva
ədəbiyyatının səmimi
dostu kimi tanıyıb hörmət
edirlər.
Siz bu gün Litva Azərbaycanlıları Cəmiyyətinin
xətti ilə Litva mədəniyyət xadimləri və qələm qardaşlarınızla
yaradıcılıq münasibətlərini
davam etdirməklə,
yüzillik qədim tarixə söykənən
Litva-Azərbaycan ədəbi-mədəni
əlaqələri ənənələrini
genişləndirib zənginləşdirir,
xalqlarımızın mədəniyyətlərarası
dialoqunda yaradıcılıq
nailiyyətlərinizlə şəxsən
iştirak edirsiniz.
Azərbaycan Yazıçılar
Birliyinin təcrübəli
sədri olaraq Azərbaycan diaspor ədəbiyyatı təmsilçilərinin
fəaliyyətini həmişə
diqqət mərkəzində
saxladığınız üçün,
onlara əsl vətənpərvər ziyalı
və ustad sənətkar münasibəti
göstərib böyük
həssaslıqla yanaşdığınıza
görə Sizə minnətdarlığımı bildirirəm.
Hörmətli Anar müəllim, Sizə möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, uzun yaradıcılıq illəri və yeni-yeni parlaq ədəbi tapıntıların sevincini arzulayıram".
525-ci qəzet.- 2018.- 16 mart.