Mir Cəlal Paşayevlə bağlı nəşrlər və elektron baza təqdim edildi

 

Dünən XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, görkəmli ədib, professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi münasibətilə Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən nəşr edilmiş "Mir Cəlal. Biblioqrafiya", Nizami Cəfərovun "Mir Cəlal milli idealları" kitablarının "Mir Cəlal-110" elektron məlumat bazasının təqdimatı keçirilib.

 

Tədbiri Mili Kitabxananın direktoru Kərim Tahirov açaraq qonaqları salamlayıb, Mir Cəlal Paşayevin Azərbaycan elmi, ədəbiyyatı təhsilinin inkişafındakı xidmətlərindən danışıb. Direktor kitabxana tərəfindən bu günlərdə ədibin kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, uşaqlar üçün işlədiyi kitablar, elmi-tənqidi publisistik məqalələri, tərcümələri, tərtib etdiyi, ön söz yazdığı, redaktə etdiyi nəşrlər, rus başqa dillərdə çap olunmuş əsərləri, habelə həyat yaradıcılığını əks etdirən nəşrlərdən ibarət "Mir Cəlal Paşayev-110" adlı geniş sərginin təşkil olunduğunu bildirib. Milli Kitabxananın "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından tərtib etdiyi Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, yazıçı-alim, ədəbiyyatşünas Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr edilmiş biblioqrafiyanın elmi ictimaiyyət üçün əhəmiyyətindən danışıb, vəsaitdə görkəmli yazıçının həyat yaradıcılığına aid zəngin materialların, habelə onun dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan əsərlərinin əks olunduğunu qeyd edib. Direktor vurğulayıb ki, biblioqrafiyada ilk dəfə olaraq "Mir Cəlalın əsərləri dünya kitabxanalarında" bölməsində toplanan sənədlər ölməz sənətkarın irsinin bütün dünyada çox geniş yayılmasının əyani sübutudur. O, ilk dəfə olaraq "Əlavələr" bölməsində Mir Cəlal Paşayevin Bakı şəhərində yerləşən "Ədibin evi" Gəncə şəhərində yerləşən ev-muzeyində mühafizə olunan arxiv materiallarının da əhatə olunmasının biblioqrafiyanın əhəmiyyətini daha da artırdığını diqqətə çatdırıb.

 

Daha sonra ədibin həyat fəaliyyətindən bəhs edən 10 dəqiqəlik film nümayiş olunub. Mədəniyyət naziri Əbülfəs Qarayev Mir Cəlal Paşayevin zəngin yaradıcılığı haqqında danışaraq deyib ki, sənətkarın zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Nazir "YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında" Azərbaycan Prezidentinin 2008-ci il 31 yanvar tarixli sərəncamına əsasən, Mir Cəlal Paşayevin yubileyinin Parisdə, YUNESKO-nun iqamətgahında təntənə ilə qeyd edildiyini xatırladıb. Əbülfəs Qarayev ədibin ilk dəfə xaricdə 1950-ci ildə çex dilində kitabının çap olunduğunu deyib bu əsərin bərpa olunmuş nüsxəsini yazıçının oğlu, ADA Universitetinin rektoru Hafiz Paşayevə hədiyyə edib.

 

Xalq yazıçısı, "Ön söz"ün müəllifi Elçin Əfəndiyev bildirib ki, daxili zənginliyi ilə nəhəng bir şəxsiyyət olan Mir Cəlalı o, hələ uşaqlıqdan tanıyıb, onunla bağlı maraqlı xoş xatirələri yaranıb. Natiq qeyd edib ki, Mir Cəlal bütün fəaliyyəti boyu bədii yaradıcılığı ilə elmi, ədəbi-tənqidi yaradıcılığını qoşa davam etdirib, müəllim, elmi rəhbər olub. O, Azərbaycan ədəbiyyatı tarixində gözəl hekayələr ustası, rəngarəng mövzulara həsr olunmuş romanlar yaradıcısı, ədəbiyyatımızın klassik müasir dövrünü, müxtəlif problemlərini işıqlandıran onlarla dəyərli tədqiqat əsərinin müəllifi kimi tanınıb. Xalq yazıçısı Elçin elmi rəhbəri olmuş Mir Cəlal müəllimin şəxsiyyətinin xüsusiyyətlərini, xasiyyətinin parlaq çalarlarını aspiranturada oxuduğu vaxtlarda daha yaxından gördüyünü, onun klassik ədəbiyyatımızın tədqiqatçısı kimi ayrı-ayrı mərhələlərlə yox, böyük ədəbiyyatla məşğul olduğunu vurğulayıb: "Bir çoxlarının sosializm-realizmi ədəbi metoduna qulluq edib, estetikanı, nəzəriyyəni saxta vulqar sosioloji hökmlərə qurban verərək, konyukturadan eninə-uzununa bəhrələndiyi bir vaxtda, dəhşətli 37-ci il qasırğası zamanında, əhli-qələmin bir-birinə siyasi-sosioloji ittihamlar verdiyi bir dövrdə Mir Cəlal müəllim Füzulini təhlil edirdi, Mirzə Cəlilin tədqiqi ilə məşğul olur, əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərən ədəbi məktəbləri araşdırırdı".

 

Təhsil nazirinin müavini Firudin Qurbanov böyük ziyalı haqqında söz deməyin çox böyük şərəf olduğunu, bu cür şəxsiyyətimizin olması ilə fəxr etdiyini söyləyib. O bildirib ki, Mir Cəlal "Dirilən adam", "Bir gəncin manifesti", "Yolumuz hayanadır", "Açıq kitab", "Yaşıdlarım", "Təzə şəhər", "İnsanlıq fəlsəfəsi", "Subaylıq fəlsəfəsi", "Təzə toyun nəzakət qaydaları", "Vicdan mühakiməsi", "Anket Anketov", "Şərbət" digər əsərləri ilə görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində layiqli şərəfli yer tutur. Ədib, eyni zamanda, ömrünün sonunadək dərs dediyi Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olub, XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminə müstəsna xidmətlər göstərib.

 

BDU-nun rektoru, akademik Abel Məhərrəmovun fikrincə, XX əsrdə ədəbi fikirdə öz sözünü demək heç asan deyildi. Mir Cəlal məhz sözünü deyən böyük yazıçılardan olub. Özünəməxsus yaradıcı keyfiyyəti ilə seçilən yazıçı Azərbaycan ədəbiyyatında roman janrına yeni nəfəs gətirməklə bu sahədə özünəməxsus məktəb yaradıb. Ədibin əsərlərində irəli sürülən ideyalar bugünümüz üçün kifayət qədər aktualdır. Onun həm elmi, həm bədii yaradıcılığı tədqiqat mövzuları olaraq daim diqqətdədir araşdırılır.

 

Xalq şairi Fikrət Qoca Xalq şairi Nəriman Həsənzadə Mir Cəlalla bağlı xatirələrini danışıb, onun yazıçı adına nüfuz qazandıran şəxsiyyət olduğunu söyləyiblər.

 

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, akademik Nizami Cəfərov klassik irsin dirçəlməsində ədibin rolundan danışıb, onun əsərlərini oxumaqla həqiqi tarixi öyrənməyin mümkünlüyünü qeyd edib. Akademik söyləyib ki, yazıçının romanlarının hər fəsli bir əsərdir öz üslubu olan yazıçı bütövlükdə bizim dərin tariximizdir. Nizami Cəfərov Milli Kitabxana tərəfindən hazırlanmış biblioqrafik vəsaitin əhəmiyyətindən danışıb, elmi-tədqiqat işinin biblioqrafiyadan başladığını, mükəmməl biblioqrafik vəsaitlərin elmə töhfə olduğunu deyib.

 

Akademik Vasim Məmmədəliyev Mir Cəlal müəllimin adının hər zaman şərəf hörmətlə çəkildiyini, onun ən böyük əsərinin məhz ailəsi olduğunu söyləyib.

 

Professorlar Buludxan Xəlilov, Təhsin Mütəllimov da Mir Cəlal haqqında yüksək fikirlər söyləyib, onun şəxsiyyətinin yaradıcılığının misilsiz əhəmiyyətindən söz açıblar.

 

Daha sonra Milli Kitabxananın əməkdaşları tərəfindən ədibin yubileyi münasibətilə hazırlanmış elektron məlumat bazası təqdim edilib. "Rəsmi sənədlər", "Həyat yaradıcılığı", "Həyat yaradıcılığının əsas tarixləri", "Görkəmli şəxslər Mir Cəlal haqqında", "Mir Cəlalın müdrik kəlamları", "Mir Cəlal görkəmli şəxslər ədəbiyyatımız haqqında", "Mükafatları", "Əsərləri", "Xatirəsinin əbədiləşdirilməsi", "Videoqalereya" "Fotoqalereya" adlı bölmələrdən ibarət olan "Mir Cəlal Paşayev-110" adlı zəngin tammətnli baza bütün dünya oxucularının istifadəsinə verilib.

 

ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək bu cür nəşrlərin, sərgilərin, tədbirlərin təşkilinə görə Mədəniyyət Nazirliyinə, Milli Kitabxananın rəhbərliyinə, iştirak edən bütün qonaqlara, çıxışçılara təşəkkürünü bildirib. H.Paşayev Mir Cəlalın 2 ailəsinin - biri universitet, biri öz ailəsi - olduğunu söyləyib, yazıçının daim öz tələbələrinə diqqətlə yanaşdığını, universiteti çox sevdiyini qeyd edib.

 

Tədbirdə, həmçinin, Mir Cəlalın qızı, görkəmli alim Ədibə Paşayeva, ADPU-nun rektoru Cəfər Cəfərov, AMEA Riyaziyyat Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, professor Qəzənfər Paşayev, akademik Teymur Kərimli, filologiya elmləri doktoru İfrat Əliyeva, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Azad Qurbanov, kafedra müdiri Nadir İsmayılov, AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova başqaları iştirak ediblər.

 

Sonda Milli Kitabxananın direktoru Kərim Tahirov kitabların ərsəyə gəlməsində müstəsna xidməti olan mədəniyyət naziri Əbülfəs Qarayevə, Xalq yazıçısı Elçinə, kitabxananın əməkdaşlarına, digər respublika əhəmiyyətli kitabxana rəhbərlərinə təşəkkürünü bildirib.

 

 

525-ci qəzet  2018.- 1 may.- S.7.